İstanbulda Kamal Abdullanın yeni kitabı nəşr edilib

İstanbulda Kamal Abdullanın yeni kitabı nəşr edilib
7 yanvar 2013
# 11:38

İstanbuldakı “Ötüken” nəşriyyatı Bakı Slavyan Universitetinin rektoru, AMEA-nın müxbir üzvü, professor Kamal Abdullanın “Mitten yazıya ve ya Gizli Dede Korkut” kitabını çap edib.

APA-nın məlumatına görə, əsəri türkcə çapa Balıkesir Universitetinin professoru Ali Duymaz hazırlayıb. Kitabda professor Ali Duymazın, professor Rəhman Bədəlovun və müəllifin ön sözləri də öz əksini tapıb.

Xatırladaq ki, professor Ali Duymaz azərbaycanlı yazar-alim Kamal Abdullanın 1997-ci ildə “Ötüken” nəşriyyatında çapdan çıxmış “Gizli Dede Korkut” kitabını da Türkcə yayına hazırlamış elm adamıdır. O, APA-ya açıqlamasında Kamal Abdullanın kitabının genişləndirilmiş şəkildə ikinci dəfə çap edilməsini “Türkiyənin elmi-ədəbi həyatında önəmli hadisə” kimi dəyərləndirib: “Kamal bəyin kitabı Türkiyədə sadəcə “Kitabi-Dədə Qorqud” dastanının tədqiqatçıları üçün deyil, elmin humanitar sahələrində araşdırmalar aparan hər kəs üçün qiymətli bir əsərdir. Bunu nəzərə alaraq Kamal Abdullanın əsərinin ikinci nəşrini çapa hazırladım və nəşriyyat “Mitten yazıya veya Gizli Dede Korkut” kitabını böyük istəklə çap etdi. Kamal Abdullanın “Kitabi-Dədə Qorqud” dastanlarına semiotik baxımdan yanaşması türk filologiyası üçün yeni bir olaydır. Əsəri daha geniş variantda ikinci dəfə Türkiyənin elmi dairələrinə təqdim edə bildiyimə görə özümü xoşbəxt sayıram”.

“Ötüken” nəşriyyatından APA-ya bildiriblər ki, Kamal Abdulla bu nəşriyyatda kitabı ikinci dəfə çapdan çıxan ilk azərbaycanlı müəllifdir.

Qeyd etmək yerinə düşər ki, Türkiyədə semiotik-strukturalist metodla aparılan araşdırmaların sayı çox azdır. Son illər semiotik-strukturalist metodun dünya miqyasındakı önəmli təmsilçiləri olan Claude Levi-Strauss, Roland Barthes,Michael Faucault, Tzvetan Todorov, Viktor Şklovski və başqalarının əsərlərinin türkcə çap edildiyi, semiotuk-strukturalist metodun bəzi özəl universitetlərdə tədris edilməyə başlandığını görünür. Bu baxımdan professor Kamal Abdullanın “Mitten yazıya veya Gizli Dede Korkut” kitabı Türkiyədə həm “Kitabi-Dədə Qorqud” dastanını yeni metodlarla araşdıranlar, həm də semiotik-struktur metodu öyrənənlər üçün qiymətli bir mənbə olacağı şübhəsizdir.

# 2409 dəfə oxunub

Oxşar xəbərlər

Qrafikaya romantik ruh bəxş edən rəssam - Cəmil Müfidzadə yaradıcılığının estetikası

Qrafikaya romantik ruh bəxş edən rəssam - Cəmil Müfidzadə yaradıcılığının estetikası

15:30 24 fevral 2026
Lənkəran səhnəsində "daxili mən"lə üzləşmə - "Gəlinlik paltarı" tamaşasının premyerasından təəssüratlar

Lənkəran səhnəsində "daxili mən"lə üzləşmə - "Gəlinlik paltarı" tamaşasının premyerasından təəssüratlar

14:30 21 fevral 2026
Amerikada sensasiya yaradan azərbaycanlı - O, KQB-nin təqibindən necə xilas olmuşdu?

Amerikada sensasiya yaradan azərbaycanlı - O, KQB-nin təqibindən necə xilas olmuşdu?

12:00 20 fevral 2026
Yalanlar, maskalar və çılpaq həqiqət - "Ruh" tamaşası haqqında

Yalanlar, maskalar və çılpaq həqiqət - "Ruh" tamaşası haqqında

10:00 20 fevral 2026
"Folklordakı Cırtdan avtoritetinin məhv edilməsi..." - Necə oldu ki, Qırmızıpapaq Canavarın sevgilisinə çevrildi?

"Folklordakı Cırtdan avtoritetinin məhv edilməsi..." - Necə oldu ki, Qırmızıpapaq Canavarın sevgilisinə çevrildi?

15:00 19 fevral 2026
Öz şah əsərinə nifrət edən dahi - Naşirlər onun hansı kitabını çap etməyə qorxmuşdular?

Öz şah əsərinə nifrət edən dahi - Naşirlər onun hansı kitabını çap etməyə qorxmuşdular?

12:00 19 fevral 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər