Elza Seyidcahan: “Allah mənə informasiya ötürür”

Elza Seyidcahan: “Allah mənə informasiya ötürür”
9 dekabr 2014
# 14:31

Əməkdar artist Elza Seyidcahan Allaha yazdığı məktubu dənizə atmaq fikrindən daşınıb.

Bu barədə Lent.az-a ifaçının özü məlumat verib.

O, bildirib ki, daha Allaha məktub yazmır: “Neçə il idi ki, Allaha məktub yazırdım. Allaha sonuncu məktubum 2007-ci ildə olub. O vaxtdan bəri yazmıram. Çünki yazacaqlarım bitdi. Allaha yazdığım məktubların sayı-hesabı yoxdur. İndi hər gün ruhum vasitəsilə Allahla mesajlaşıram. Ruhumla Allah arasında bir kontakt var. Onlar bir-birinə qaynaq olub. İçimdə nə olursa, bir baş ona (Allahı nəzərdə tutur) ötürülür. Məni hər şeydən xəbərdar edir. Birdən özümdə nə isə hiss edirəm, bədənimə vəsvəsə gəlir, tüklərim biz-biz olur”.

E.Seyidcahan iddia edib ki, Allah ona bu və ya digər yolla informasiya ötürür: “Bəzən yolda gedirəm və görürəm ki, zahirən eybəcər bir insan kənarda dayanıb. Öz-özümə deyirəm ki, “Nə olsun, bəlkə də onun içində bir aləm var?”. O dəqiqə içimdə bir titrətmə olur. Allah da cavab verir ki, “Hə, sən düz tutdun”. Bəzən nəyisə arzu edirəm, Allah mənə cavab verib deyir ki, “Hə, bax sən məni anladın”. Hərdən fikirləşirəm ki, Allaha yazdığım məktubları dənizə atım, amma sonra deyirəm ki, “yox atmayacam”. Bu da bir tarixdir. Sabah kimsə inanmaz, göstərərəm. Allaha yazdığım məktubları indi bir çox rejissorlar ssenarilər yazmağa başlayıblar. Artıq bununla bağlı böyük bir layihədə həyata keçiriləcək. Tam açıqlamaq istəmirəm”.

# 2031 dəfə oxunub

Oxşar xəbərlər

Əsir düşdü, əsərləri yandırıldı – Müharibə əleyhdarı rəssam

Əsir düşdü, əsərləri yandırıldı – Müharibə əleyhdarı rəssam

15:40 25 iyul 2026
Vladimir Vısotski kimdir? - SSRİ-nin əfsanəvi sənətçisinin faciəli həyatı

Vladimir Vısotski kimdir? - SSRİ-nin əfsanəvi sənətçisinin faciəli həyatı

13:37 25 iyul 2026
Film çəkilişində vəfat edən "xalq düşməninin oğlu" kimdir?

Film çəkilişində vəfat edən "xalq düşməninin oğlu" kimdir?

12:04 25 iyul 2026
Cob siqaret kağızı afişası, xəyalpərəslik... - Məşhur rəssamın 10 əsəri

Cob siqaret kağızı afişası, xəyalpərəslik... - Məşhur rəssamın 10 əsəri

11:00 25 iyul 2026
Ağacdan asılan cəsədlər "Əsrin mahnısı"na necə çevrildi? – Tükürpərdici hekayə

Ağacdan asılan cəsədlər "Əsrin mahnısı"na necə çevrildi? – Tükürpərdici hekayə

18:45 24 iyul 2026
Erotik əsərlər, Nobel və zəlzələ - Yaponiyanın ən qalmaqallı yazıçısı haqqında

Erotik əsərlər, Nobel və zəlzələ - Yaponiyanın ən qalmaqallı yazıçısı haqqında

14:30 24 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər