“Hərb və sülh”ü oxumaq çox çətin idi

“Hərb və sülh”ü oxumaq çox çətin idi
2 aprel 2013
# 14:00

Tez-tez getdiyim bir kafedi “Travellers coffee”. Demək olar ki, hər gün oranın “ice dream”indən içirəm. Ötən həftə də ordaydım. Sol tərəfimdə sakitliyi pozan iki xanımın qəhqəhəsi məni cəlb elədi. Gözlərimi qıyıb baxanda gördüm ki, xanımlar “Avroviziya-2011”-in qalibi Eldar Qasımovla oturublar. Təbii ki, bir neçə suala cavab almaq üçün Eldar bəyin masasına yaxınlaşdım. Məni süsusi mehribanlıqla qarşıladı, gülərüzlə suallarımı cavabladı.

- Məşhur olduqdan sonra fanat kütləsi, tanınmış sima olmaq həyatınıza necə təsir göstərdi? Birdən-birə bu cür məşhur olmaq sizi qorxutmadı?

- Əslində yox, çünki mən hələ çoxdan özümü bu populyarlığa hazırlayırdım. Mən bilirdim ki, bu peşənin müsbət və mənfi tərəfləri var.

- Məsələn, siz dostlarınızla burda yemək yeyirdiz və mən gəlib sizə mane oldum. Mən əminəm ki, bu cür hallar az baş vermir. Fanat kütləsi də sizi yəqin ki, belə narahat edir.

- Yox, bu şəxsən mənim üçün çox müsbət haldı. Mən ünsiyyəti çox sevirəm və bu mənim peşəmdi. Hə, bəzən əhvalım pis olanda bunu istəmirəm, o vaxtlar mən evə qaçıram.

- Uşaqlıqdan yadınızda qalan, dünya görüşünüzə təsir etmiş bir kitab, ya da müəllif adı çəkə bilərsiz?

- Mən deyə bilmərəm ki, bu təsiri bir nəfərə borcluyam. Uşaqlıqda mən bədii ədəbiyyata daha çox üstünlük verirdim, indi isə elmi ədəbiyyatı daha çox oxuyuram. Məsələn, atçılıqla məşğul oluram və atlar haqqında oxuyuram. Bundan başqa üzgüçülüklə məşğulam və bu haqda çox oxuyuram.

Amma təsir edən bədii əsərlərə “Hərb və sülh”ü misal göstərə bilərəm, onu oxumaq çox çətin idi. Məktəb vaxtı mən bu əsərə bir nöqteyi-

nəzərdən yanaşırdım, indi isə tam başqa aspektdən yanaşıram. Eləcə də Paulo Koelyonun, Frederik Beqbederin əsərlərini yenidən dərk edirəm.

- Beqbeder və Kuelyo dediz. Sizcə “Hərb və sülh”ü oxuyub dərk edə bilən bir oxucunun Beqbederin, ya da Koelyonun əsərlərini bəyənməsi paradoksal deyil? Onlar daha sadə dildə və daha sadə problemlər haqda yazmırlar sizcə?

- Bilirsiz, siz klassikanı da sevə bilərsiz, amma popsanı da dinləyib bəyənə bilərsiz. Bu da elədi. Mən deməzdim ki, Paulo və Beqbeder tam popsadı, amma onlar daha çox xalq dilində yazırlar və millətə, kütləyə daha yaxındırlar.

- Mənə hansı filmi tövsiyə edə bilərsiz?

- Mən bir neçə il bundan əvvəl “Haçiko”ya baxmışam və hələ də təsiri altındayam. Baş rolun ifaçısı Riçard Girdi. Filmdə insanın itlə

dostluq münasibətindən söhbət gedir. Bu olan əhvalat əsasında çəkilmiş filmdi və bu filmə baxanda çox ağlamışam. Film bitəndə mən düşündüm ki, mənə heç bir dost lazım deyil, mənə bircə it lazımdı ki, ömrümün axırınacan dostum olsun.

- Musiqiçilərin nə dinlədiyi mənə həmişə maraqlı gəlib. Nə dinləyir Eldar?

- Əsas popsa dinləməyi sevirəm, amma əhvaldan asılıdı. Hərdən olur ki, klassik musiqi dinləmək istəyirsən. Amma əhvalım yaxşı və ya normal olanda popsa dinləməyi sevirəm. Selion Diona və Robi Viliamsa qulaq asıram və s.

- Sizcə ən böyük bəstəkar kimdi?

- Məncə bu Ferenz Listdi. Daha sonra Şubert. Şopeni də sevirəm.

- Bəs Vaqner?

- Məncə başa düşmək və həzz almaq üçun hələ ona çatmalıyam. Amma yenə də mənim üçün ən böyük bəstəkar Baxdı.

# 4203 dəfə oxunub

Oxşar xəbərlər

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

17:00 19 noyabr 2024
"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

15:00 19 noyabr 2024
"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

10:10 18 noyabr 2024
Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

15:00 16 noyabr 2024
Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

12:00 16 noyabr 2024
"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

15:00 15 noyabr 2024
# # #