Bu gün tanınmış serb şair Miloş Tsrnyanskinin doğum günüdür.
Kulis.az onun məşhur "Serenada" şeirini təqdim edir.
Eşit, sarı və yeni Ay ağlayır.
Dinlə məni, sevgilim, sonuncu dəfə.
Öləcəyəm və mənim üçün darıxanda,
Günün qürubunda adımı çağırma...
Solmuş, sarı yarpaqlardan əsən küləyi dinlə.
O sənə oxuyacaq - mən payızı sevmişdim,
Sənin ehtiraslarını, çılpaq biləklərini deyil,
Soluxmuş, qırmızımtıl budaqların qucaqlamasını...
Və ürəyin mənim üçün sızıldayanda -
Solmaqda olan bir budağı qucaqla və öp.
Ah, kimsənin nə şərəfi, nə ehtirası,
Nə də məni sevməyə yetəcək qədər alovu var...
Yalnız qamətli qovaqlar
Və tənha, qürurlu şam ağacları.
Yalnız qamətli qovaqlar
Və tənha, qürurlu şam ağacları.
Potkamyen, Qalisiyada, 1915
Rus dilindən sətri tərcümə: Aydan Ağayeva