Ailənin dağılmamağı üçün nə etməli?

Ailənin dağılmamağı üçün nə etməli?
6 iyul 2013
# 07:30

Kulis.Az evliliyi qorumağın 10 qaydasını təqdim edir.

- Bankda hesab açdırdığınızı düşünün. Bu hesaba nə qədər xoşbəxt xatirələr yatırsanız, münasibətiniz bir o qədər xoşbəxt və uzun olar. Məqsədiniz hesabınızdakı xoşbəxtlik miqdarını doldurmaq olsun.

- Bir-birinizə olan diqqətsizliyinizin səbəbini tapın. Qısqanclıqlar, həddən artıq birlikdə vaxt keçirmə, diqqətinizin uşaqlara verilməsi, maddi sıxıntılar, evlilik məsuliyyətinin ağırlığı münasibətləri ən çox gərginləşdirən hadisələrdir. Bunları dəf etməyə çalışın. Hətta qarşılıqlı olaraq “kar”, “kor”, “lal” olmağı da sınaqdan keçirin.

- Qarşınızdakı insandan nələr gözləyirsiniz? Sevgi, anlayış, gülərüzlülük, dostluq, səmimiyyət, əmək, səbir, fədakarlıq, sədaqət. Demək, elə xoşbəxt evliliyinizin açarı da onlardır, bunu qarşınızdakına da bildirin.

- Sevgili olduğunuz vaxtlarda etdiklərinizi təkrarlayın. Evlənəndən sonra bir çox cütlüklər daha böyük məsuliyyət sahibi olduqlarını zənn edib, sevgili ikən etdiklərini təkrarlamaqdan çəkinirlər. Beləliklə, sevgili olduqları vaxt onları xoşbəxt edən fəaliyyətlərdən uzaqlaşırlar. Bu da evliliyin monotonlaşmasına səbəb olur.

- Həyat yoldaşınızın fikirlərinə və xəyallarına dəyər verin. Razılaşmasanız belə, fikirlərinə hörmətlə yanaşın və sona qədər dinləyin.

- Yeniliklərə açıq olun. Həyatınızı bölüşdüyünüz insana gözləmədiyi sürprizlər edin; yeni bir əşya alın, fərqli bir süfrə hazırlayın, daha cazibədar görünün. Ortaq nöqtələrinizi fərqli qiymətləndirmək də elə yenilikdir.

- Onun marağına səbəb olmaq üçün münasibətinizə gizlilik qatın.

- Narsist olun. Özünüzü sevin, bəyənin ki, ətrafınızdakılar da bundan təsirlənsin.

- Əziz kişilər, qadınınıza qarşı daha diqqətli olun. Saç rənginin dəyişdiyini, makiyaj tərzini, arıqlamasını və ya kökəlməsini, sizin üçün etdiyi xırda şeyləri nəzərdən qaçırmayın.

- Nə qədər əsəbi olsanız da, əsla əl qaldırmayın. Evdən çıxıb bir az hava alın, gəzin, musiqi dinləməyə çalışın, ya da bir az yatın. Mübahisənizi tənzimləməyə cəhd edin; məsələn, səsinizin qalxdığını hiss etdiyiniz anda dərin nəfəs alıb sakitləşin. Özünüzü bir anlıq onun yerinə qoyun.

# 2594 dəfə oxunub

Oxşar xəbərlər

Xalq yazıçısı Anar orada tək oturmayıb... - FOTOYADDAŞ

Xalq yazıçısı Anar orada tək oturmayıb... - FOTOYADDAŞ

14:37 31 mart 2026
"Təslim olma, çətinliklərdən keçməyin yeganə yolu budur..." - Məşhur ingilis yazıçıdan aforizmlər

"Təslim olma, çətinliklərdən keçməyin yeganə yolu budur..." - Məşhur ingilis yazıçıdan aforizmlər

12:00 30 mart 2026
Nə üçün? - Süleyman Sani Axundovun hekayəsi

Nə üçün? - Süleyman Sani Axundovun hekayəsi

15:00 29 mart 2026
"Necə gedib yatacaqsan evində rahətlə?" - Mirzə Əli Möcüzün şeirlərini niyə  çap etmirdilər?

"Necə gedib yatacaqsan evində rahətlə?" - Mirzə Əli Möcüzün şeirlərini niyə çap etmirdilər?

12:00 29 mart 2026
"Döyüşə bilmirdin, ölməyə gedəydin Şuşaya..." - "Otel otağı"nın yaddaşla hansı əlaqəsi var?

"Döyüşə bilmirdin, ölməyə gedəydin Şuşaya..." - "Otel otağı"nın yaddaşla hansı əlaqəsi var?

12:00 28 mart 2026
Kabuslu ev - Virciniya Vulfun hekayəsi

Kabuslu ev - Virciniya Vulfun hekayəsi

10:00 28 mart 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər