Folknerlə Vudi Allenin məhkəməsi

Folknerlə Vudi Allenin məhkəməsi
1 avqust 2013
# 12:07

Amerika Birləşmiş Ştatları məhkəməsi Uilyam Folknerin varisləri tərəfindən “Parisdə gecə yarısı” filmində yazıçının bir cümləsini səhv verməkdə təqsirləndirilən rejissor Vudi Allenin xeyrinə qərar çıxarıb. “Huffington Post”-un verdiyi xəbərdə belə deyilir.

U. Folknerin “Bir rahibə üçün rekviyem” (“Requiem for a Nun”) adlı kitabında qalmaqala səbəb olan cümlə “Keçmiş heç vaxt yox olmaz, keçmiş keçmişdə belə qalmayıb” kimi yazılıb. V. Allenin filmində Oven Uilsonun yaratdığı qəhrəman 20-ci illərin məşhur yazıçıları ilə tanış olur və epizodlardan birində belə deyir: “Keçmiş məhv olmadı. Keçmiş hətta keçmişdə belə qalmadı. Bunu kimin dediyini bilirsən? Folkner. O, haqlı idi. Onunla şam yeməyində qarşılaşdıq və tanış olduq...”

Yazıçının varisləri V. Alleni və filmi istehsal edən “Sony Pictures” şirkətini müəllif hüquqlarını pozmaqda günahlandırıb. Hakim Judge Michael P. Mills Folknerin kitabını və filmi analiz etdikdən sonra V. Allenin xeyrinə qərar çıxarıb: “Bu məhkəmənin əsas mövzusu romandakı bir cümlənin Hollivud filmində yazıçıya istinadla sitat gətirilməsinin müəllif hüquqlarına zidd olub-olmamağıdır. Kitabı və filmi analiz etdikdən sonra ortada belə hüquq pozuntusunun olmadığı aydın olur”.

U. Folknerin müəllif hüquqlarını qoruyan Lee Çaplin isə bu qərarın ABŞ-dakı yazıçılar üçün problem yaradacağını və dünyadakı yaradıcı insanlara zərər verəcəyini söyləyib. L. Çaplin vəziyyətlə başqa qanuni yollardan istifadə edəcəklərini də qeyd edib.

# 2541 dəfə oxunub

Oxşar xəbərlər

Kainatı ironik və gülməli təqdim edən yazıçı - Onun mistik  "42" rəqəminin sirri nə idi?

Kainatı ironik və gülməli təqdim edən yazıçı - Onun mistik "42" rəqəminin sirri nə idi?

15:00 11 mart 2026
“Kəkələmə rolları"na görə truppaya qəbul edilən aktyor - Bəşirin Səfəroğlu erası necə başlamışdı?

“Kəkələmə rolları"na görə truppaya qəbul edilən aktyor - Bəşirin Səfəroğlu erası necə başlamışdı?

12:00 11 mart 2026
Romantizmin üsyankar nəzəriyyəçisi - O, Avropanın gələcəyini necə təsəvvür edirdi?

Romantizmin üsyankar nəzəriyyəçisi - O, Avropanın gələcəyini necə təsəvvür edirdi?

16:00 10 mart 2026
Çağdaş Güney Azərbaycan ədəbiyyatı: Dünəndən bu günə nə dəyişib?

Çağdaş Güney Azərbaycan ədəbiyyatı: Dünəndən bu günə nə dəyişib?

15:00 10 mart 2026
İstintaq - Əli Novruzovun hekayəsi

İstintaq - Əli Novruzovun hekayəsi

10:00 10 mart 2026
Mənə sevgi gətir - Çarlz Bukovskinin hekayəsi

Mənə sevgi gətir - Çarlz Bukovskinin hekayəsi

10:00 9 mart 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər