Erotik tabloları məhv edilən rəssam - O, niyə narkotik vasitələrin təsiri altında işləyirdi?

Erotik tabloları məhv edilən rəssam - O, niyə narkotik vasitələrin təsiri altında işləyirdi?
28 oktyabr 2025
# 16:15

28 oktyabr tanınmış fransız sürrealist rəssam Andre Massonun anım günüdür.

Kulis.az bu münasibətlə sənətkarın həyatı və fəaliyyəti haqqında diqqətçəkən faktları təqdim edir.

Andre Masson 1896-cı ildə Fransanın Pikardi bölgəsində anadan olub.

O, Belçikada böyüyüb, Brüsseldə və Parisdə incəsənət təhsili alıb. Birinci Dünya müharibəsində Fransa ordusunda iştirak edən Masson ciddi şəkildə yaralanıb.

Rəssamın ilk əsərlərində kubizm təsirləri görünür. Daha sonra o, sürrealizmə yönəlib və sənətini şüurun təsirindən azad etməyə çalışıb.

Masson inanırdı ki, şüurun azalması sənəti daha sərbəst və yaradıcı edəcək. Buna görə də bəzən uzun aclıq, yuxusuzluq dövrlərində və ya narkotik vasitələrin təsiri altında işləyib.

1926-cı ildən etibarən Masson təcrübəli üsullarla, məsələn, kətana qum və yapışqan ataraq və yaranan formaların ətrafında yağlı boya istifadə edərək maraqlı işlər yaratmağa başladı.

1920-ci illərin sonunda avtomatizmi məhdud hesab edərək sürrealist hərəkatı tərk edib, daha strukturlaşmış bir üsluba keçib.

Onun əsərlərində tez-tez zorakılıq, erotizm mövzuları və İspaniya vətəndaş müharibəsinə reaksiyalar əks olunub.

1936-cı ildə Masson Corc Batal tərəfindən nəşr olunan "Acephale" jurnalının ilk sayının üz qabığını çəkib və 1939-cu ilə qədər bütün nömrələrdə iştirak edib.

II Dünya müharibəsi zamanı Almaniyanın Fransanı işğalı dövründə onun əsərləri “degenerativ” hesab olunmuşdu.

Masson Varian Frayın köməyi ilə Fransanı tərk edib əvvəl Martinik adasına, sonra ABŞ-a köçüb.

Nyu-Yorka çatanda gömrük işçiləri onun erotik rəsmlərindən bir neçəsini pornoqrafik hesab edərək məhv etmişdilər.

Amerikada Konnektikutda yaşadığı dövrdə Massonun əsərləri abstrakt ekspressionist rəssamlara böyük təsir göstərib.

Müharibədən sonra Fransaya qayıdıb və burada bir çox mənzərə əsərləri yaradıb.

Andre Massonun ögey qardaşı məşhur psixoanalitik Jak Lakandır. Lakan Qustav Kourbetin "Dünyanın mənşəyi" ("L’Origine du monde") adlı əsərinin son sahibidir və Massondan əsərin sürrealist variantını yaratmasını xahiş etmişdi.

Bu tablo Lakanın ölümündən sonra mirasçıları tərəfindən Fransa dövlətinə verilib və hazırda Parisdəki Orsay Muzeyində nümayiş etdirilir.

# 1994 dəfə oxunub

Oxşar xəbərlər

Səbr və ümidin rəngli abidəsi   - Tahir Salahovun "Abşeron qadınları"

Səbr və ümidin rəngli abidəsi - Tahir Salahovun "Abşeron qadınları"

12:00 19 sentyabr 2026
“Ərtoğrul süvari alayının Qalata körpüsündən keçidi” - Fausto Zonaronun tablosu

“Ərtoğrul süvari alayının Qalata körpüsündən keçidi” - Fausto Zonaronun tablosu

15:00 18 sentyabr 2026
“Geri qalan heç nəyin əhəmiyyəti yoxdur” – “Nothing else matters" necə yarandı?

“Geri qalan heç nəyin əhəmiyyəti yoxdur” – “Nothing else matters" necə yarandı?

16:00 17 sentyabr 2026
Süni təbəssümlər, saxta rəqslər və böyük üsyan - Qadağalar altında kimlər qalib gəlir?

Süni təbəssümlər, saxta rəqslər və böyük üsyan - Qadağalar altında kimlər qalib gəlir?

15:00 17 sentyabr 2026
Füzuliyanə təbiət və Abşeron lirikası - "Torpağın arzusu" tablosu

Füzuliyanə təbiət və Abşeron lirikası - "Torpağın arzusu" tablosu

14:00 17 sentyabr 2026
Azərbaycandan İslam dünyasına yayılan irfan işığı: Seyid Yəhya Bakuvi

Azərbaycandan İslam dünyasına yayılan irfan işığı: Seyid Yəhya Bakuvi

12:00 17 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər