Niyə uşaq mahnıları bəstələnmir? - ARAŞDIRMA

Niyə uşaq mahnıları bəstələnmir? - ARAŞDIRMA
14 iyun 2011
# 11:45
Sovet vaxtı 1 iyun televiziyada uşaq verilişləri olardı, uşaq mahnıları oxunardı. Bu il istisna bir hala belə rast gəlmədik. Milli parkdakı atraksionlarda uşaqlarımız üçün əcnəbi mahnılar səsləndirilirdi. Nə sözü bəli, nə musiqisi ürəyəyatımlı. Yalnız səsi uşağın başına düşən musiqilər idi.

Çoxdandır, lap çoxdan Azərbaycan musiqisində uşaq musiqilərinin, kinoida uşaq kinolarının yeri görünür. Uşaq musiqiləri çox az yazılır, onları da təbliğ edib balaca tamaşaçılara çatdırmaq fikrində olan efir yoxdur. Uşaq filmləri ümumiyyətlə çəkilmir, telekanallarda uşaq verilişlərinə də az rast gəlinir. Odur ki, bunların hamısı ayrı-ayrılıqda bir mövzu olduğu üçün əvvəlcə musiqidən başlamağa qərar verdik.

Niyə uşaq musiqisi bəstələnmir?

Əməkdar incəsənət xadimi, dramaturq, bir vaxtlar uşaq musiqiləri də yazan bəstəkar Ruhəngiz Qasımova hesab edir ki, uşaq mahnıları yazmaq üçün bəstəkarlara sifariş verən yoxdur: “Əslində? yazanlar yenə yazır, sifariş gözləmirlər, amma onun təbliğatı azdır. Uşaq mahnıları az yazılır, çanki ondan bəstəkarların gəliri olmur, təbliğatı olmadığı üçün yazılanlardan da dinləyici xəbərsiz olur. Bu münvalla da balaca tamaşaçılarda musiqi-estetik tərbiyədə kasadlıq yaranır. Sovet vaxtı televiziyalarda, radiolarda uşq musiqilərinin yayılması kütləvi formada idi. Fikir verirsinizmi, “Asif, Vasif, Ağasif”, “Şir evdən getdi”, “Mən mahnı qoşuram” və s. filmlərdəki musiqiləri o vaxtkı uşaqlar indi də əzbər bilirlər. İndiki uşaqların əzbər bildikləri hansı mahnılardır? Deyiləsi deyil. Hazırda çox gözəl uşaq kollektivləri var, onlar üçün bəstələnən xüsusi mahnılar var, amma onların çıxışları efirlərdə lazımi vaxtlarda və lazımi qədər yayılmır. Uşaq üçün verilişlər uşaqlar məktəbdə, baxçada olanda verilir. Məsələnin başqa bir səbəbi də bəstəkarların maddi cəhətdən təminatsızlığıdır. Əməyinin qiymətləndirilməsi bəstəkarın işinə stimul verməlidir”.

Eyni fikri bəstəkar, əməkdar incəsənət xadimi Eldar Mansurov da söylədi:

“Əvvəllər uşaq musiqisi yazan bəstəkarın, sözlərini yazan şairin əıməyi dövlət tərəfindən qiymətləndirilirdi. İndi nə dövlət bu iş üçün vəsait ayırır, nə də özəl qurumlar. Bəstəkar da sifariş olunanı yazır ki, əməyinin müqabilini də görsün. Mən arada uşaq musiqiləri də bəstələyirəm, uşaq kollektivlərinə ona görə imtina edə bilmirəm ki, uşaqları çox sevirəm. Bu mahnılar yazılsa da ömürləri də çox az olur, yəni dinlənilmir ki, yadda da qalsın. İndi istər məktəbdə, istər baxçada hansı uşağı dindirsən ya meyxana oxuyacaq, ya da rep. Niyə elə bu janrlarda da uşaq musiqiləri olmasın? Hanı “Kuklam”, “Cücələrim”, “Ağacdələn”, ”Alma”, “Lalə”, “Şıltaq günəş”, “Ay, mənim, göyərçinim” kimi səs salan uşaq mahnıları?

Bu gün hansı yeni uşaq mahnısının adını çəkmək olar? “Can bala” qrupu var, çox az tanınır, bu anda heç bir mahnıları yadıma düşmür. Onları kim, hansı telekanal, yaxud radio hansı marağına görə təbliğ etməlidir?! Gərək yaxşı pul ödəsin, amma uşaq qrupunda pul hardandır?! Ümid qalır dövlətə, bu iş birbaşa dövlətin marağında olmalıdır. Uşaq musiqiləri, uşaq filmləri, onlara aid intellektual verilişlərlə böyüyən, tərbiyə alan uşağın zərərli adətlərə, nəhayət, cinayətə meyili çox az olar, bəlkə də heç olmaz”.


Ramilə QURBANLI
# 6317 dəfə oxunub

Oxşar xəbərlər

XIX əsr Paris modasının siması  - O, hansı məşhur rəssamların sevimli modeli idi?

XIX əsr Paris modasının siması - O, hansı məşhur rəssamların sevimli modeli idi?

12:00 14 noyabr 2025
Əsərləri Milli İrlandiya Qalereyasında saxlanılan rəssam - Onun hansı tablosu rekord qiymətə satılmışdı?

Əsərləri Milli İrlandiya Qalereyasında saxlanılan rəssam - Onun hansı tablosu rekord qiymətə satılmışdı?

15:08 10 noyabr 2025
Danimarka şahzadəsinin ölümdən qurtardığı şair  - Ona niyə yazmağı qadağan etmişdilər?

Danimarka şahzadəsinin ölümdən qurtardığı şair - Ona niyə yazmağı qadağan etmişdilər?

10:00 10 noyabr 2025
Modern romanı yenidən inşa edən yazıçı

Modern romanı yenidən inşa edən yazıçı

18:15 6 noyabr 2025
"Əjdaha" karvansarası açdı, dostunun tablosunu özü tamamladı -  Renessansın unudulmuş rəssamı kim idi?

"Əjdaha" karvansarası açdı, dostunun tablosunu özü tamamladı - Renessansın unudulmuş rəssamı kim idi?

14:30 5 noyabr 2025
Erotik əsərlərlə tanınan polyak şair - Onun şeirlərinin tərcüməsi niyə mümkünsüz sayılırdı?

Erotik əsərlərlə tanınan polyak şair - Onun şeirlərinin tərcüməsi niyə mümkünsüz sayılırdı?

13:00 5 noyabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər