Murad Köhnəqala yataqda “qanına qəltan edildi”
13 iyun 2011
13:21
Bakıda qatarı gözləməyə səbrimiz çatmadı. Dörd nəfər pul qoyub bir “Jiquli” maşını tutduq və rayona gəlib çıxdıq. Yoldan evimizə teleqram vurduğumuza görə gəldiyimizi bilirdilər.
Mən kəndə düşəndə artıq gecə idi. Bu iki ildə kəndin küçələri xeyli dəyişmiş, yaşıl çəpərlərin yerində cansıxıcı daş hasarlar ucaltmışdılar. Qohum-qonşu bizə yığılmışdı. Tay-tuşlarım gəlib şappıltıyla qucaqlaşıb görüşürdü. Uşaq qoyub getdiklərim böyüyüb tanınmaz olmuş, yaşlılar bir az da qocalmışdı.
Səhər açılanda kəndin xeyir-şər qəssabı və aşpazları qapını kəsdirdilər. Qapıda mənim gəlişim üçün saxladıqları yüz kiloluq qara dananı kəsib soydular. Həyətdə iri qazanlar asıldı. Xətrimizi istəyən qohum-qonşu, o vaxtkı adət üzrə, gəlib mənimlə görüşür, yeyib-içib şənlənirdilər. Toy əhval-ruhiyyəsi qapımızda iki-üç gün uzandı. Balaca uşaqlar əsgər kəmərimi, papağımı, yalançı döş nişanlarımı əlimdən alıb apardılar...
Mən artıq indən sonrakı həyat yolumu təyin eləməli idim. Əsgərliyə qədər universitetin jurnalistika fakültəsindən və Gəncə Pedaqoji İnstitutundan “kəsilmişdim”. Valideynlərimin yenidən hazırlaşıb ali məktəbə girməyimi arzulayırdı...
Bir gün qonşu rayonun Zəyəm Cırdaxan kəndində diş texniki işləyən xalam oğlu Sərdar bizə gəlib dedi, gəl yanımda işlə, sənəti öyrən, sonra sənə diş texniki diplomu alarıq. O vaxtlar həmin texnikuma girmək üçün mütləq yüksək məbləğdə rüşvət verməli idin. Onsuz da bütün kitabları təkrar oxuyub universitetə hazırlaşmaq qarşımda bir ağır iş kimi dururdu. Zərrəcə kitab oxumaq həvəsim qalmamışdı. Xalam oğlunun təklifiylə razılaşdım və onun yanında şagird kimi işləməyi qərara aldım.
Xalamgildə qalıb Sərdara kömək etməyə, sənəti öyrənməyə başladım. Bir neçə ayım beləcə keçdi. Lakin elə orta məktəbdə oxuyandan şeir yazmağım vardı. O vaxtlar hər rayonda olduğu kimi, bizim rayon qəzetinin də nəzdində şeir dərnəyi olurdu. Ayda iki dəfə rayon şairləri redaksiyada yığılıb şeir oxuyar, bəyənilən şeirləri qəzetdə çap etdirərdilər.
Şeirlərim həm orta məktəb dövründə, həm də əsgərlik dövründə qəzetdə çap olunmuşdu. Odur ki, şeir yazmaq, şairlərlə görüşmək məni çox cəzb edirdi. Hər ayda iki dəfə kəndə gələr, oradan da rayon mərkəzinə şairlərlə görüşməyə gedirdim. Bir gün, həmişə şeir oxumağa gələn və öz kəndlərində müəllimlik eləyən Vurğun Əyyub mənə dedi ki, maraqlan, Moskvada yazıçılar üçün Dünya Ədəbiyyatı İnstitutu var, eşitmişəm, ora daxil olmaq da asandı, get orda təhsil al. Vurğun bəyin bu söhbəti könlümdə yeni bir işıq yandırdı...
***
Atam meşə mühəndisi olduğundan müxtəlif rayonlara meşə işlərinə göndərilirdi. Ona görə anam da məcburən atamla bərabər müxtəlif rayonlarda yaşamalı olurdu. Adətən, anamla atam kiçik övladlarını məktəb yaşına qədər öz yanlarında saxlaya bilirdilər. Məktəbə gedən bacı-qardaşlarımla mən kənddə nənəmin himayəsində yaşayırdıq. Nənəm savadsız olsa da, təhsilimizi ciddi nəzarətdə saxlayırdı...
Bu dəfə atam Şəmkir meşələrində işləyir, anam və ən kiçik qardaşımla Dəllərdə yaşayırdı. O vaxtlar Şəmkir Su Elektrik Stansiyası inşa olduğuna görə onsuz da su altında qalacaq Kür qırağı meşələri qırırdılar. İri palıd və çinar meşəliyini qırıb maşınlara doldurmağa atam başçılıq edirdi. Onlar öz idarələrini “Qırıntı idarəsi” adlandırırdılar. Buradakı ağaclar o qədər iri gövdəli olurdu ki, bəzən bir ağacı kəsib yıxmaq üçün əlində benzinlə işləyən mişar olan iki kişi üç gün işləyirdi. Kəsilən ağacları doğrayaraq maşınlara doldurub Dəllər stansiyasına gətirər, ordan da vaqonlarla, Allah bilir, sovetin hansısa şəhərinə daşıyırdılar.
Bir ağacın yıxılmasıyla yüz quş yuvası dağılırdı. Getdikcə meşənin bəzəkli quşları, vəhşi heyvanları yoxa çıxırdı. Gecələr cırcıramaların, səhər vaxtı quşların səsindən qulaq tutulurdu. Kürdə balıqlar göyə tullanır, günəşdə parlayırdılar. Bəzəkli ilanlar təlaşla ora-bura qaçır, quşlar qəmli vida mahnılarını oxuyurdu...
Qarşısı yavaş-yavaş kəsilən Kür çayının suları qırılmış meşələrin torpaqlarına gəlib çatmamış əhali meşələrdən təmizlənən xam torpaqlarda müvəqqəti olaraq əkin əkirdi. Müvəqqəti icarəyə götürdükləri xam torpaqlarda, əsasən, qarpız-yemiş, kartof-soğan yetişdirirdilər. Əkinçilər özlərinə çardaq tikər, bostan soğulana qədər bütün yayı əkinin yanında gecələyərdi. Burada işlədiyi müddətdə atam da bir neçə il bostan əkmişdi...
Havalar istiləşməyə başlayanda eşitdim ki, atam yenə ailəsini başına yığıb bostan əkməyə hazırlaşır. Sənətdən ayrılmamağım üçün ustadım məni Kürün qırağına buraxmaq istəmirdi. Lakin üzdə bildirməsəm də, beynimdəki yalnız Bakıya gəlib Yazıçılar İttifaqında adam tapıb onların vasitəçiliyi ilə Moskvaya oxumağa getmək idi. Odur ki, könlüm sənətdən xeyli soyumuşdu...
Qarpız tağlarının yenicə bar verən vaxtlarında bir-neçə dəfə qaçıb Kürün qırağında bostan işlərinə kömək etmişdim. Qarpızın yetişən vaxtlarında isə Kürün qırağına gəlib bir də texnik işinə qayıtmadım.
Biz gecələr çardaqda yatır, Kürə atma qarmaqlar atıb səhər tezdən maraqla qarmaqları çəkirdik. Balıq o qədər bol olurdu ki, çox vaxt tutduğumuzun yarısını Kürə qaytarırdıq.
Uşaqlıq dostum Rəhim, xalam oğlu Çingiz də hərdən kənddən gəlib günlərlə burda gecələyirdi. Bütün günü Kürdə çimir, Çingizin fotoaparatıyla müxtəlif şəkillər çəkirdik...
Məhsulun yetişən vaxtı dedilər, qarpız Gürcüstanda bizdəkindən üç dəfə bahadır, lakin dolu maşını ora keçirmək üçün Ceyrançölündə yolu bağlayan milislərlə anlaşmaq lazımdır. Mən atamla danışıb qarpızı Tiflisə aparmağın razılığını aldım. Atamın bir tanışının maşınını yükləyib gecə postun yanına gəldik. Burda bizdən başqa, 6-7 qarpız maşını vardı. Milislər hamıdan standart məbləğdə rüşvət alandan sonra maşınları gecəyarı sənədləşdirib buraxdı.
Səhərə yaxın Tiflisin girəcəyinə çatdıq. Yolda gürcü polisləri bizi saxladıb sənəd soruşanda, fikirləşdim ki, yəqin, bunlar da xeyli rüşvət istəyəcək. Lakin kapitan rütbəli bir gürcü milisi üstü çadırla örtülü hündür çanaqlı maşına qalxaraq oradan üç dənə iri qarpız götürdü və bizə yaxşı yol arzuladı. Biz Tiflisin “Saburtala bazarı”na gəldik. Atam bazarkomla danışıb bazarın həyətində dəmir barmaqlıqdan düzəlmiş ağzı qıfıllanan bir qarpız qəfəsi aldı.
Buranın öz qaydaları varmış, qarpızı boşaltmaq üçün tezcə ətrafımıza fəhlələr yığıldı. Onlar cərgəyə düzülüb qarpızı maşından qəfəsə boşaltdılar və haqlarını alıb yoxa çıxdılar. Sonra bizə bir gürcü qadını yaxınlaşıb kirayə ev təklif etdi. Mən onunla evin yerini öyrənməyə yollandım. Biz bazarın arxası tərəfdə dağ yollarına oxşar küçələrlə gedib qadının evinə çatdıq. O, mənə həyətdə tək otaq və mətbəxi olan bir yer göstərdi. İçəridə səliqəli bir yataq taxtı, paltar şkafı, mətbəxdə isə stol-stul vardı. Mən otağı bəyəndim və açarı ondan alıb bazara qayıtdım.
Təzəcə gətirdiyimiz qarpızın başına xeyli alıcı toplaşmışdı. Atamın bazardan götürdüyü tərəzini qarşıdakı stolun üstündə quraşdırıb qarpızın satışına başladım. Çəkdiyim qarpızları bıçaqla kəsib içini yuxarı qaldırır, hay-küy salıb camaatı başıma yığırdım. Atam mənim bu halımı görüb: “Sən elə əsl qarpız satansanmış!”, - deyə güldü. Bazarda Şəmkir rayonundan olan yaşlı alverçilər də vardı. Kirayə evə baxmağa gedəndə atam bu kişilərdən burda qalacağım müddətdə məndən də muğayat olmaqlarını xahiş edibmiş. Günorta yeməyindən bir az sonra atam mənə bir daha ehtiyatlı olmağı tapşırıb gəldiyi maşınla geri qayıtdı...
***
Mən günorta Oruc adlı azərbaycanlı kişinin yaxınlıqdakı kafesində nahar eləyir, axşamlar isə şəmkirlilərlə bazardaca açıq havada yeyib-içirdik. Kafedə qocaya kömək edən 25 yaşlarında Məryəm adlı gözəl bir qız vardı...
Bir gün səhər bazara gələndə eşitdim ki, şəmkirlilərin VAZ-06 “Jiquli” maşınını oğurlayıblar. Sən demə, burda maşın oğurluğu ilə məşğul olan xüsusi dəstə varmış. Artıq axşamlar araq içəndə birinci tost belə olurdu: “Arzu eləyirəm, maşın tezcə sağ-salamat tapılsın!” Onların bu tostuna gülməyim tutsa da, üzə vurmurdum. Yavaş-yavaş məlum oldu ki, adətən, burda oğurlanan maşınlardan uzağı bir həftəyə mütləq kimsə bir xəbər gətirir və sahibindən maşının yarı qiymətini istəyir. Razılaşmayan bir də heç vaxt öz maşınının üzünü görmür. Milisə şikayət edənlərə də yalnız “biz də axtarırıq” cavabını verirlər.
Bir axşam maşın sahibinə gürcü, rus, erməni dillərini bilən bir qıvrımsaçlı azərbaycanlı oğlan yaxınlaşıb maşını tapa biləcəyini dedi. Maşın sahibi ondan dönə-dönə xahiş etdi ki, öyrənib oğruların şərtini ona çatdırsın. Səhər həmin qıvrımsaç gəlib maşının bazar dəyərinin tən yarısını “oxudu”. Üstəlik, oğruların hədəsini də çatdırdı ki, pul vaxtında çatmazsa, maşının yandırılacaq. Sonra qıvrımsaç and-aman etdi ki, guya onu maşının yanına gözübağlı aparırlar. Nəhayət ki, sabah pul ödəndikdən sonra maşın bazarın qarşısında oğurlandığı yerdə peyda oldu və biz bu işi həmin axşam möhkəm “yuduq”...
Hərdən satdığım qarpızları kəsdirən müştərilər onun dadını, rəngini bəyənmirdilər. Bazarda bu işlər də tənzimlənmişdi. Bu bölgədə çoxlu sayda azərbaycanlılar yaşayırdı. Azərbaycanlı məktəbli uşaqlar hər gün yanıma gəlir, kəsik qarpızları məndən ucuz götürərək qoltuqlarına vurub bazarın ət satan, ağartı-göy satan alverçilərinə satardılar.
Mənim yanıma əsasən VI sinfə keçmiş, gürcü dilini yaxşı bilən Etoş (Etibar) dediyimiz dilli-dilavər bir oğlan gələr, kəsik qarpız alverindən qazanıb gedərdi...
Bir gün Etoş kafedən çölə boylanan Məryəmi göstərib dedi ki, Oruc kişi o çeçen qızını adamlara pulla satır, istəsən, qocanın özü ilə danışa bilərsən. Mən üzdə uşağın bu sözünü zarafata saldım, əslində isə bu iş marağımı çox çəkdi.
Sabahı gün kafedə oturanda Oruc kişidən qız haqda yüngülcə bir şey soruşdum. Qoca astaca özünə bir stəkan çay gətirərək qarşımda oturub Məryəm haqda danışmağa başladı: “Bala, bunun başı batsın, yiyəsiz qızdı, yanımda saxlayıram, ancaq hələ də bilmirəm bu, dəlidir, yoxsa ağıllı.” Dedim, mən də elə bilirdim, bu, sənin qızındır. Oruc kişi təzədən onu öyməyə başladı: “Belə baxanda, çox təmizkardır, əvvəl istəyirdim götürüb birinə ərə verəm, gördüm, yox ee, bu ərdə olmaq istəmir. Özü də ürəyinə yatan adam olmasa, qızıl da versən, yanına düşməz. Gah deyir, evdən qaçmışam, gah deyir, ərim döyürdü, gah deyir, uşağım olmurdu. Ürəyin istəyirsə, soruşaram, baxıb mənə cavabını deyər”.
Kişinin açıq söhbətindən sonra geri çəkilməyi özümə sığışdırmadım, həm də eqoizmim ayağa durdu, görəsən, mənə razı olacaqmı. Qoca yanımdan aralananda bildim ki, Məryəmlə danışmağa getdi. Mən həyəcanlı vəziyyətdə cavab gözləyirdim. Bir də gördüm, Məryəm mənə tərəf gəldi, gözlərini süzdürərək boş kasa və boşqabı qarşımdan götürüb cəld geri qayıtdı. Onun əsəbi görünən bu hərəkəti heç də məni açmadı. Az keçməmiş gəlib düz qarşımda oturdu. Dəli kimi əyri-əyri üzümə baxıb güldü və rusca soruşdu: “Məndən danışırdınız?”
Fikirləşdim, aha, deyəsən, işə düşmüşəm. Sakitcə “hə” dedim. Diqqətlə üzümə baxıb: “Məni istəyirsən?”- dedi. Sözümdən qaça bilməzdim, “istəyirəm”, - dedim. Təzədən güldü. Ağzındakı ağ, sağlam dişlərinin hamısı göründü. “Onda mən də səni istəyirəm”, - deyib çıxıb getdi.
Kafedən çıxanda Oruc kişi məni bir tərəfə çəkib qızın razılaşdığını bildirdi. Sonra məndən xəlvətcə 30 manat aldı. “Axşam özü gələcək yanına, amma pulunun yerini bilməsin haa, yaman oğru qızdır”, – deyib məni yola saldı.
Axşam bazar soğulan kimi qəfəsin qıfılını vurub bir az yemək-içmək götürdüm. Şəmkirlilərə dedim ki, mən bu gün evə tez gedəcəyəm. Bir də baxdım,
Məryəm yellənə-yellənə gəlir. “Gedək, - dedi, - düş qabağa!” Mən qabaqda gedir, o isə arxamca gəlirdi. Bizim həyətdə məndən başqa da kirayədə qalan bazar adamları vardı. Biz çatanda həyətdə heç kim görünmürdü, burda onsuz da heç kim heç kimin şəxsi işinə qarışmazdı. Evə girən kimi qapını arxadan bağladım. Aldığım bazarlığı mətbəxdə stolun üstünə düzdüm. Məryəm otağı o baş-bu başa hərlənib mətbəxə gəldi. Meyvələri yuyub səliqəylə stola düzdü. Məndən məzəli tonda: “Bəs neçə vaxtdır görürdün, niyə istəmirdin məni?” - soruşdu.
Mən də cavabında: “Nə bilim, elə bilirdim, kiminsə arvadısan”, - dedim. Məryəm şaqqanaq çəkdi: “Nə arvad, məndən arvad olar?” Mən arağı açıb ona da süzmək istədim. “Mən müsəlman qızıyam, araq içmirəm! – dedi, - sən də müsəlmansan, niyə içirsən?” Mən də zarafatla: “Bəs elə bilirdim, sən dəlisən, ağıllısanmış ki?” - dedim. “Ooo, dəli nədir, məndən ağıllı adam var, dəli ərə gedib kişilərə qulluq eləyən qadınlardı!” - dedi. “Bəs onda analar dəlidir, ərə gedib səni, məni doğur?” - soruşdum. “Yoox, o başqa məsələ, mən də nə vaxtsa doğacağam, ancaq indi yox!” - deyib güldü.
Bir azdan otağa keçdik. Mən yorğun adamlar kimi taxta uzandım. Məryəm şkafın qapısının arxasına keçib soyundu və özüylə gətirdiyi güllü ev xələtini əyninə geydi. Yeriyəndə xələtin düyməsiz ətəyindən ağ baldırları tam açıqda qalırdı. O, otaqda var-gəl edir, sanki bədəninin gözəlliyini göstərirdi. Nazik qaşları, qonur gözləri, nazik əsəbi dodaqları, gur saçı, ağ sifəti vardı. Bir az hərlənib məndən yaşımı soruşdu. Sonra: “Sən məndən xeyli uşaqsan”, - dedi.
Təzədən şkafın açıq qapısının arxasına keçdi. Bu dəfə oradan tərsinə geydiyi qoftayla çıxıb: “Haley-hop!”- deyə qışqırdı. Onun məzəli hərəkətləri mənə ləzzət edirdi. Uzanıb teatrdakı kimi gülə-gülə ona baxırdım. Bir az bu qiyafədə hərlənib yenə gizləndi. Baxdım ki, lifçiyini və nazik alt tumanını qapının üstünə asdı. Yenə həmin xələtdə peyda oldu. Bu dəfə xələtin kəmərini bağlamamışdı. Bir az gülüb yenə “haley-hop” elədi və xələtin yaxasını iki əliylə bir anlığa açıb yenə örtdü. Bu dəfə o, lüm-lüt idi.
Onun gözəl ağ bədəni, incə beli, tökmə ayaqları bir anlığa gözümdə şimşək kimi çaxdı. Məni gülmək aparmışdı. “Əla teatrdı, dayan, gedib bir “yüz” də vurum!” - dedim. Onun fantaziyası getdikcə artırdı. Bu dəfə təkcə ətəyinin bir tərəfini belinə bənd elədiyi yubkayla çıxdı. Lifçiyini isə kəmər kimi belinə bağlamışdı. Artıq məmələrini göstərməkdən utanmırdı. Qəfildən bu geyimdə “şpaqat” açaraq döşəməyə çökdü. Ayağa durub yenə qapı arxasına keçdi. Mən: “Bravo!” - deyə qışqırıb gülürdüm.
O, bu dəfə başında dəsmaldan papaq, əynində yalnız bikini və lifçik peyda olub dağlılar kimi, “hop-hop!” qışqıraraq rəqs etməyə başladı. Baxdım ki, kişilərin rəqsinə ironiya eləsə də, çox gözəl oynayır. Müxtəlif kəskin hərəkətlərlə oynayıb yorulduqdan sonra səhnədəki artistlər sayağı baş əyərək: “Tamaşa sona yetdi!” - dedi. Mən teatr tamaşaçıları kimi sürəkli əl çaldım. “Yox, mən bir “yüz” də vurmalıyam!” -dedim. “Səncə, mən dəliyəm, yoxsa ağıllı?” -
Məryəm dişlərini ağardıb gülə-gülə soruşdu. “Bunu aydınlaşdırmaq üçün qarşımızda bir gecəmiz var”, - dedim. “Əla cavabdı, haa bu!” - deyib güldü.
Başıma xeyli oyun açandan sonra işığı keçirib yanıma gəldi: “Çevril, belini masaj eləyim”, - dedi. Mən ağzı üstə uzandım. O, belimə minib əlini bir xeyli belimdə gəzdirdi. Sonra saçlarını belimə töküb kürəyimi öpməyə başladı. Belə həzin bir vaxtda qəfil belimi dişlədi. Sanki doğurdan ətimi qoparıb yemək istəyirdi. Mən ağrıdan qışqırdıqca o, daha bərk dişləyib dərimi dişində özünə dartırdı. Onun bu hərəkəti bütün sinirlərimi oyatmışdı. Güc-bəla ilə vəhşi dişlərindən xilas oldum. Dəli kimi qaçıb şkafda gizləndi. İşığı yandırıb belimə baxdım, dişləri belimə batmışdı. Bir azdan gülə-gülə şkafdan çölə çıxdı. Taxtda uzanıb gülməkdən uğunurdu. Mən dəhşət əsəbiləşmişdim: “Dəli olmusan, bəlkə, qudurmusan? Doğru sözümdü, səni həkimə göstərmək lazımdır!”
Mən əsəbiləşdikcə o gülürdü. “Gəl, yanımda uzan, - dedi, - yaranı öpəcəyəm!” “Lazım deyil, sənin öpməyin, sən adamı yeyərsən!” - dedim. Əsəbimdən istəyirdim onu möhkəm döyəm, bir az araq içib özümə gəldim. O, arxamca mətbəxə gəlib oturduğum yerdə məni qucaqladı. “Əşi, rədd ol, əl vurma mənə!”, - dedim. Məryəm məni öpür, əzizləyir, sığallayır, min oyundan çıxıb mənə yaltaqlanırdı. Axırda barışıb taxtın üstünə gəldik. Gecə səhərə qədər mənə verdiyi əzabın haqqını geri aldım...
O, mənə, nə vaxtsa sevdiyi çeçen oğlanla evli olduğunu, uşağı olmadığına görə onu boşadığını söyləyib ağladı. Tiflisdə xristian kişilərlə yatmağa heç vaxt razılaşmadığını, Oruc kişinin onu himayə etdiyini dedi.
Mən Oruc kişinin dediyini sınamaq üçün pullarımı evin ağlagəlməz yerində gizlətmiş, ancaq cibimdə on manata yaxın pul saxlamışdım. Səhər onu yola salandan sonra baxdım ki, Məryəm cibimdəki pulları qəpiyinəcən oğurlayıb...
Onun dişlədiyi yer belimdə uzun müddət qaysaqlayıb yara bağladı...

1530 dəfə oxunub
Oxşar xəbərlər
Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın
17:00
19 noyabr 2024
"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi
15:00
19 noyabr 2024
"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?
10:10
18 noyabr 2024
Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal
15:00
16 noyabr 2024
Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri
12:00
16 noyabr 2024
"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart
15:00
15 noyabr 2024