Nigar Köçərli münsiflərin ballarını açıqladı - ANALİZ

Nigar Köçərli münsiflərin ballarını açıqladı - ANALİZ
7 iyun 2011
# 10:31
Qalmaqalla yekulaşan ikinci Milli Kitab Mükafatında münsiflərin əsərlərə verdikləri ballar açıqlanıb.

17 münsifdən təkcə şair Vaqif Səmədoğlu qiymətləndirmədə iştirak etməyib. Kulis.az-a açıqlamasında V.Səmədoğlu gözündə xəstəlik olduğuna görə əsərləri oxuya bilmədiyini deyib.

Pərviz necə qalib oldu?

“Yad dildə” romanı ilə birinci yerin sahibi Pərviz Cəbrayıl 128 bal alıb. İkinciliyə layiq görülən Məqsəd Nurun balı isə Pərvizinkindən 1 bal aşağıdır.

MKM-in bu ilki qalibi Pərvizə 7 münsif 10 bal verib: Niyazi Mehdi, Rafiq Əliyev, Cəmil Həsənli, Rüstəm İbrahimbəyov, Elçin Şıxlı, Mehriban Ələkbərzadə və Şahbaz Xuduoğlu.

Rəbiyyət Aslanova və Afaq Məsud Pərvizi 3 balla qiymətləndiriblər.
Pərvizin birinci olmasına etiraz edərək münsiflər heyətindən istefa verən Rəşad Məcid isə Pərvizə 7, Çingiz Abdullayev isə 5 bal verib.

İkinci və üçüncülər

127 balla ikinci yerə çıxan Məqsəd Nura ayrı-ayrılıqda verilən ballar yüksəkdir. Pərvizin siyahısında iki nəfərin 3 balı varsa Məqsəd Nurda ən aşağı bal 5-dir. Bu qiyməti ona Elçin Şıxlı yazıb.

M.Nura 10 balı Rəşad Məcid, Rəbiyyət Aslanova və Hamlet İsaxanlı verib.

Üçünci yer hərəsində 119 bal olmaqla iki nəfər arasında Natiq Rəsulzadə və Nəriman Əbdülrəhmanlı arasında bölüşdürülüb.
N.Əbdülrəhmanlıya təkcə Şahbaz Xuduoğlu 10 bal verib. Ona ən aşağı balı (5 balı) isə Rüstəm İbrahimbəyov yazıb.

MKM-in digər ən qalmallı iştirakçısı, mükafatdan imtina edən Natiq Rəsulzadəyə isə 5 münsif 10 bal verib: Çingiz Abdullayev, Rüstəm İbrahimbəyov, Elçin Şıxlı, Rəşad Məcid, Nərgiz Cəlilova.
Mehriban Ələkbərzadə, Hamlet İsaxanlı, Afaq Məsud Natiq Rəsulzadənin əsərini 4 balla qiymətləndiriblər.

Ballar üzrə dördüncü yerin sahibi Paşa Qəlbinurdur. Ona ən yüksək balı (10) Rəşad Məcid verib.

Ballar üzrə əsərlərin sıralaması belədir:

1. Pərviz – “Yad dildə”- (128)
2. Məqsəd Nur – “Şəhər meri” (127)
3. Natiq Rəsulzadə - “Xunxarlar” (119), N.Əbdülrəhmanlı – “Yolsuz” (119)
4. Paşa Qəlbinur – “Qara su” (109)
5. Mirmehdi Ağaoğlu – “Küləyi dişləyən” (107)
6. Natella Osmanlı – “Mən axmağam” (103)
7. Etimad Başkeçid – “Kenterberri” (101)
8. Azər Abdulla – “Sarı tağ” (97)
9. Aslan Quliyev- “Sonuncu” (85)

 

A. Abdulla

A. Quliyev

E. Başkeçid

M. Ağaoğlu

M. Nur

N. Rəsulzadə

N. Osmanlı

N. Əbdulrəhmanlı

P. Qəlbinur

Pərviz

Niyazi Mehdi

6

5

7

7

8

6

7

7

7

10

Rafiq Əliyev

5

4

5

4

9

5

5

5

6

10

Ayaz Salayev

5

5

6

6

8

7

6

9

9

9

Cəmil Həsənli

8

7

8

7

9

8

7

8

8

10

Şahbaz Xuduoğlu

7

6

7

10

7

6

6

10

6

10

Çingiz Abdullayev

8

7

7

5

7

10

9

8

9

5

Rüstəm İbrahimbəyov

5

5

5

6

7

10

7

5

8

10

Vaqif Səmədoğlu

 

 

 

 

 

 

 

 

 

 

Ramiz Fətəliyev

3

3

4

4

7

7

8

6

7

9

Elçin Şıxlı

4

4

5

6

5

10

7

7

4

10

Rəşad Məcid

8

7

10

9

10

10

9

8

10

7

Afaq Məsud

3

3

4

5

7

4

3

7

4

3

Nərgiz Cəlilova

10

8

9

8

8

10

8

9

8

9

Balaş Qasımov

8

8

8

8

8

8

8

8

8

8

Hamlet İsaxanlı

8

2

3

10

10

4

2

7

2

5

Rəbiyyət Aslanova

4

5

4

3

10

10

5

6

8

3

Mehriban Ələkbərzadə

5

6

9

9

7

4

6

9

5

10

 

97

85

101

107

127

119

103

119

109

128




Elmin HƏSƏNLİ
# 1576 dəfə oxunub

Oxşar xəbərlər

"Bu hekayə deyil, əhvalatdır..." - Müzakirə

"Bu hekayə deyil, əhvalatdır..." - Müzakirə

15:00 20 iyun 2025
Nazir qızının faciəvi sonu - Səməd Vurğunun Cəlalı və Humayı, əslində, kim idi?

Nazir qızının faciəvi sonu - Səməd Vurğunun Cəlalı və Humayı, əslində, kim idi?

12:00 20 iyun 2025
"Onu incitmək, zorlamaq olmaz" - Ötən gün intihar edən azərbaycanlı rəssam haqqında bilmədikləriniz

"Onu incitmək, zorlamaq olmaz" - Ötən gün intihar edən azərbaycanlı rəssam haqqında bilmədikləriniz

12:00 19 iyun 2025
Oğurluğa gəlmişəm, qorxmayın... -  Əli Çağlanın şeirləri

Oğurluğa gəlmişəm, qorxmayın... - Əli Çağlanın şeirləri

17:00 17 iyun 2025
...Tanrıdan yazılantək

...Tanrıdan yazılantək

15:42 17 iyun 2025
"Bu romanda hər şey ötəridir, səthidir..." - Rəşad Səfər Şərif Ağayarın romanını tənqid etdi

"Bu romanda hər şey ötəridir, səthidir..." - Rəşad Səfər Şərif Ağayarın romanını tənqid etdi

12:00 17 iyun 2025
#
#
# # #