“Xalqlar dostluğu”ndakı sənətkar - REPORTAJ

“Xalqlar dostluğu”ndakı sənətkar - REPORTAJ
28 may 2011
# 12:00
Layihə: “Küçə musiqiçiləri”

Qarmonçu Elman dayını polis də bəyənir

Dünyanın bütün böyük şəhərlərində küçə müsiqiçiləri var. Bu, dilənçilik deyil. Küçə musiqiçiliyi zəhmətlə pul qazanmaqdır. Bəzi ölkələrdə hətta küçə musiqiçilərinin festivalları da keçirilir.
Bakıda çox da yayğın olmasa, küçə musiqiçiləri rast gəlmək olur. Onların bəziləri illərdəki küçələrdə gitara, qarmon, kamança çalırlar. Artıq məşhurlaşıblar.

“Küçə musiqiçiləri” layihəsində Bakı küçələrindəki musiqiçilərlə sizi tanış edəcəyik.

Bazarların qarmonçusu

“Xalqlar dostluğu” metrosundan çıxanda rastladım ona.
Qarmonu qucağında, gözündə qara eynək, qabağında pul yığmaq üçün qutu, siqaret kötükləri ilə dolu külqabı...

Əvvəlcə ifa etdiyi bir musiqiyə qulaq asdım. Qutusuna 40 qəpik atdım. Müsahibə almağa isə çox həvəslə razı oldu.

Fəhlə-qarmonçu

Qarmonçu Elman dayının 50 yaşı var. Əslən Cənubi Azərbaycandandır. Köhnə Əli-Bayramlı, indiki Şirvan şəhərində anadan olub.

Elman dayı qarmon çalmağı özü öyrənib. Notdan başı çıxmır. Fəhlə işləsə də, yaxşı qarmon çaldığına görə əvvəllər toylara aparırmışlar onu. Birlikdə toylara getdiyi dəstə dağıldıqdan sonra Elman dayı bu işi atıb. Sonra qarmondan pul qazanmağın başqa yolun tapıb...

Bir bazardan o biri bazara

15 ildən çoxdur ki, adamlar gur olduğu yerlərdə, xüsusilə bazarlarda qarmon çalır. “Montin” bazarında, “Vasmoy” parkında, “Gənclik”də köhnə “AMAY”ın qabağında işləyib. “Amma “AMAY”ın yerini heç nə verməz”, - deyir Elman dayı. “AMAY”ın sahibi ona həm işləməyə şərait yaradırmış, həm də arada maddi kömək edirmiş. “AMAY” köçürüləndən sonra o da yerini dəyişib.

Günə 5-10 manat

Uzun müddətdir ki, “Xalqlar dostluğu”nun çıxışında özünə yer eliyib. Hər gün gəlib burda qarmon çalır. Qutusuna atılan qəpiklərdən 5-10 manat çıxarda bilir.

Buranın polisləri də ona ilişmir, xətrini çox istəyirlər. Ətrafdakı dükan, kafe işlədənlər də qarmonçu Elman dayıya hörmət edirlər. Hər halda onun özü belə deyir.

““Dolya vorovskaya”dan acığım gəlir”

Adətən özü bildiyi mahnıları çalır. Amma bəziləri qutuya bir-iki manat atıb sifariş də verirlər qarmonçuya. Daha çox “Dolya vorovskaya” mahnısını istəyirlər. Elman dayının bu mahnıdan acığı gəlir. Özü daha çox xalq mahnıları xoşlayır. Unudulmuş, köhnə mahnıları çalmaqdan zövq alır.

“Müğənnilikdə pul çoxdur”

Televizorda ən çox muğam yarışmasına baxır. “Yeni ulduz” kimi yarışmalarla da arası yoxdur. Deyir ki, bizim millətdə müğənni olmağa həvəs çox böyükdür. Ona görə ki müğənnilikdə yaxşı pul var.

“Millət avara-avara gəzməklə məşğuldur”

Qarmonçu Elman dayı da indiki dövrdə kitaba marağın azalmasından şikayətlənir: “Sovetin dövründə kitabxanada çox kitabxana var idi. Hər addımda kitabxanaya rast gəlirdin. Kitabxanaları da adamla dolu görürdün. İndi Bakıda üç-beş kitabxana var. Onların da içində iki-üç nəfər adam görərsən ki, oturub qiraətlə məşğuldur. Qalanların hamısı avara-avara gəzməklə məşğuldur. Hamısı da müğənni olmaq istəyir. İndi hər şeyin dadı-ləzzəti itib...”

Sonda Elman dayı “Kulis”in kamerası üçün “Ad günü” filmindəki məşhur musiqini ifa etdi.


Elmin HƏSƏNLI
# 2803 dəfə oxunub

Oxşar xəbərlər

Səsin rəngi, dadı və dərdi - Səməndər Rzayevi bizə doğma edən nə idi?

Səsin rəngi, dadı və dərdi - Səməndər Rzayevi bizə doğma edən nə idi?

12:00 27 mart 2026
"Arvadının köməyi olmadan hətta özünü güllələyə də bilmirsən!" - İtaliyalı Nobel mükafatçısından sitatlar

"Arvadının köməyi olmadan hətta özünü güllələyə də bilmirsən!" - İtaliyalı Nobel mükafatçısından sitatlar

13:00 26 mart 2026
Mircəfər Bağırovun onu həbs edəcəyi qorxusu ilə yaşayan böyük sənətkar

Mircəfər Bağırovun onu həbs edəcəyi qorxusu ilə yaşayan böyük sənətkar

10:10 26 mart 2026
Şərq estetik düşüncəsi Qərb avanqard ənənəsi ilə vəhdətdə - Aydan Salahovanın qadın obrazları nəyi simvolizə edir?

Şərq estetik düşüncəsi Qərb avanqard ənənəsi ilə vəhdətdə - Aydan Salahovanın qadın obrazları nəyi simvolizə edir?

15:00 25 mart 2026
Sina səhrasında qətl - Mehdi Dostəlizadənin yeni hekayəsi

Sina səhrasında qətl - Mehdi Dostəlizadənin yeni hekayəsi

10:00 25 mart 2026
Başdaşına öz adının yazılmasını istəməyən dahi - Onu niyə bəyənmirdilər?

Başdaşına öz adının yazılmasını istəməyən dahi - Onu niyə bəyənmirdilər?

10:00 23 mart 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər