Yılmaz Ərdoğan: ““Ceylan varsa, hər şey qaydasındadır...”” - MÜSAHİBƏ
25 may 2011
11:12
Türk rejissor Nuri Bilge Ceylan 64-cü Kann Film Festivalının Böyük Jüri mükafatını (Qran Pri) qazandı. Rejissor “Bir zamanlar Anadoluda” filmi ilə hamını heyrətləndirməyi bacardı.
Bəzi kinoşünaslar münsiflər heyətinin rəhbəri, amerikalı aktyor Robert De Nironu yerlibazlıqda günahlandırıb. De Nironun ABŞ filminə mükafat verməsini tənqidçilər Nuri Bilgeyə qarşı haqsızlıq sayıblar. Bununla belə, kinorejissor ölkəsinə qalib kimi qayıdıb.
Türkiyənin “Hürriyət” qəzeti də “kino məktəbi” adlandırılan “Bir zamanlar Anadoluda” filmində baş rol alan Yılmaz Ərdoğandan müsahibə alıb. Ərdoğan filmdə Komissar Naci obrazını yaradıb.
Kulis.az həmin müsahibəni oxuculara təqdim edir:
- Ceylanla işləmək sənə nə qazandırdı?
- Filmi “Nuri Bilge kimi bir ustadan nə öyrənə bilərəm” hissi ilə oynadım. Hər şeyə diqqət yetirirdim: işığı necə qurur, necə tənzimləyir, necə çəkir. Çox şey öyrəndim. Zərgər dəqiqliyi ilə işləyir.
- Siz də filmi ilk dəfə festivalda gördünüz?
- Bəli, əvvəl izləməmişdim. Filmi ilk dəfə Kannda izləməyin də ayrı bir ləzzəti oldu.
- Nuri Bilge Ceylanın gördüyü iş və filmin aldığı mükafat haqda nə deyə bilərsiniz?
- O, Kannda favorit idi. Hamının gözü bu filmdəydi. Məni ən çox təsirləndirən bizə aid bir şeyi bu qədər universal formada təqdim etməsi oldu. “Avropalılar belə sevər, elə sevər” məsələsini deyil, öz kəndi, öz torpağı ilə məşğul olan bir adamın hekayəsini çəkib mükafat alması böyük uğurdur.
“Mənim işim yaratdığım obrazı həyata qarşı müdafiə etmək idi”
- Qırmızı xalça üzərində gəzəndə nə hiss etdiniz? Həyəcan, qürur? İçinizdə “Bu günləri də gördün, Yılmaz” dedinizmi?
- İnsan o anları yaşayanda tam rahat olur. Demək olar ki, heç nə hiss etmirsən. Belə anlarda özümə kənardan baxmağa çalışıram. “Ey Yılmaz, saqqalın ağaranda oldu bu iş, başqa yerlərin ağarmasını gözləmədin”, - dedim öz-özümə.
- Komissar Naci əsl Anadolu insandır, eləmi?
- Mən aktyorluğa müdafiə sənəti kimi baxıram. Bu filmdə komissar Nacini həyata qarşı müdafiə etmək mənim işim idi. Özümü rolun içində hiss edib oynadım. Əlbəttə, əsas olan işlərdən biri aktyor rejissurasını qurmaqdır ki, bunun da ustası Nuri Bilgedir. Diqqətlə baxın, böyükdən kiçiyə - bütün rollarda oxsama yoxdur.
- Ən çox nədə çətinlik çəkdiniz?
- Filmin çəkilişləri Qırıqqalanın Kəskin qəsəbəsində oldu. Anadolu çölünün soyuğunu dərindən yaşadıq. Anadoluya yad deyiləm. Soyuğunu da bilən bilir...
“Ceylan varsa, hər şey qaydasındadır...”
- Bu rol təklif olunanda nə düşündünüz? Ssenarini oxudunuz, yoxsa “Nuri Bilge Ceylan varsa, gözübağlı çəkilərəm”, - dediniz?
- Doğrusu, “Nuri Bilge Ceylan varsa, hər şey qaydasındır”, - dedim. Çünki tanıyıram onu. Ağlında bir şey qurmadan, bir şeyi dəqiqləşdirmədən məni dəvət etməzdi. Çox inanıram ona.
- Sizin filmləriniz daha populyar və kommersiya xarakterlidir. Ceylanda isə tam əksi. Bu tərcübədən sonra iki tərz arasında özünüzü hansı tərəfə meyilləndirəcəksiniz?
- “Bir üslubum var, ölənəcən bu cür davam edəcəm” deyə, bir şey yoxdur. Hər gün yeni şeylər öyrənirəm. Məsələn, Nuridən öyrəndiyim ən vacib şey: mən – danışmaqla, o isə susduraraq dram quran rejissordur. Bu film Nurinin ən çox dialoq olan filmidir. Bu filmlə Nuri bizim tərəfə bir addım atdı, mən də onun tərəfinə iki addım atdım.
“Bizim güldüyümüz şeylər
- Demək istəyirsiniz ki, bu təcrübə sizin film üslubunuzu dəyişdirəcək...
- Mən teatrdan gəlirəm, kinorejissor deyiləm. Ssenarini əsas sayıram. Bu mənim həm üstünlüyüm, həm əksikliyimdir. Kinorejissorun foto ilə və daha çox susaraq çatdırmaq istədiyini mən yeni-yeni öyrənirəm. Mənim üçün çox faydalı oldu bu iş.
- Artıq Kann mükafatı almış bir filmdə oynamış aktyorsunuz. İndən sonra sizə çətin olmayacaq? Bir Şaxta Baba hekayəsini oynasanız, iki dəfə düşünməyəcəksiniz?
- Kanndan əvvəl hekayələrimin çox tanıdacaq, daha genişmiqyaslı mühitlər axtarırdım. Həyat özü məni Kanna apardı. Hələ ki bir neçə sürpriz ssenarilərim var...
- Geniş miqyaslı hekayələr deyəndə nəyi nəzərdə tutursunuz? Yumordan uzaqlaşmaqmı?
- Yumor lokal bir şeydir. Filmin premyerasında da buna əmin oldum. Filmi izləyən türklərin güldüyü məqamlara xaricilər gülmədi. Nə də olsa, onlar bizə aid şeylərdir. Mənim filmlərimdə də o ağırlıq var. Bizim yumorumuz filmin yayıla biləcəyi miqyası azaldır.
- Bəs televiziyada nələr edəcəksiniz? Seriallarda oynayarsınız bundan sonra?
- “Filmimiz Kannda mükafat aldı, artıq seriala çəkilmərəm” sözlərini demək doğru deyil. Ancaq televiziyadan soyumağa başlamışam. BKM-dəki uşaqları (Kanal D-də yayımlananan “Çok güzel hareketlər bunlar” televiziya proqramını nəzərdə tutur – Kulis.az) da bu günlər üçün yetişdirdik. Artıq televiziyanı onlara buraxacağam.
- Həyat yoldaşınız Belçim bəyəndi filmi? Çox həyəcanlı görünürdü...
- Çox bəyəndi... Məndən daha həyəcanlı idi. Çəkiliş meydançası ilə tanış olan bir insanı təəccübləndirmək çox çətindir. Bu filmdəki rolumla Belçimi təəccübləndirdiyimi gördüm, sevindim. Tamaşaçıya məni tanıdığını, əzbər bildiyi hissini unutdurmağa çalışdım.
Sonda aktyor Kannda mükafat alma xəbərini necə aldıqlarından da bəhs edib: “Festivalın son filmi “Bir zamanla Anadoluda” idi. Hamımızın qulağı jüridən gələcək telefon zəngində idi. “Təşəkkür edirik” desəydilər, çemodanları yığıb gəlməli idik. Telefon zəngi gəldi: “Ayrılmayın. Sizə aid olan bir neçə şey var”, - dedilər. Filmin prodüseri Zeynəb Özbaturun sevinc qışqırtısını eşitdik. Hər kəs “Ən yaxşı rejissor, ən yaxşı film, ən yaxşı ssenari? Nə aldıq görəsən?” deyə sevinclə bir-birini qucaqlayırdı. Amma hamının bildiyi bir şey vardı, film Kanndan mükafatla qayıdacaq! Bir neçə dəqiqədən sonra yenə qışqırıqlar qopdu. Nuri Bilge Ceylan gəldi. “Mənim təyyarə biletimi dəyişdirsinlər”, - dedi. Kannda mükafat həyəcanı belə yaşanırmış...”
Günel ƏSGƏRZADƏ

1315 dəfə oxunub
Oxşar xəbərlər
Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın
17:00
19 noyabr 2024
"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi
15:00
19 noyabr 2024
"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?
10:10
18 noyabr 2024
Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal
15:00
16 noyabr 2024
Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri
12:00
16 noyabr 2024
"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart
15:00
15 noyabr 2024