“Cənnət Səlimova nazirliyin çaldığı havaya oynayır - SÖHBƏT
20 may 2011
16:53
“Dövlət teatrları nazirliyin bazarıdır, onlar nə versələr, teatr da onu satır”
Əməkdar artist, “Qızıl Dərviş” mükafatçısı Gənc Tamaşaçılar Teatrının aktyorudur. 44 yaşı var, qarşısında yeni yollar, yeni imkanlar açılan dövrüdür. Yeni, fərqli obrazlar üçün yanğılı vaxtıdır. Yəqin bütün bunları oxuyan ona bir az qibtə də edəcək, amma İlqar Cahangirov və onun həmyaşıdı olan çox aktyorumuz indi , sadaladıqlarımın həvəsi ilə yox, havası ilə yaşayır. 200 manat məvacibinə “ əməkdar artist” fəxri adına görə 30 manat da əlavə olunur. Əlqərəz, qoy, bunların hamısı barədə bu yaşantının içində olan danışsın. İlqar Cahangirov Kulis.az-ın həmsöhbətidir.
“Kiminsə atasının, dostunun pyesi olduğu üçün...”
- “Kamera” teatrı yaranan vaxtları siz tələbə ikən o teatrda işə başladınız, 10 ildən artıq vaxtın söhbətidir, eləmi?
- Bu teatr 16 il əvvəl üç qrupdan ibarət kursdan yarandı. “Məkkəyə yol” adlı ilk tamaşa təqdim olundu. İnstitutda, Musiqili Komediya Teatrında, Opera studiyasında məşqlər edirdik. 1992-ci ilin sentyabrından Şəhriyar adına mədəniyyət evi Bakı Mədəniyyət İdarəsinə verildi, bizə də orda yer ayrıldı. Əsl yaradıcı teatr idi, Cənnət xanım heç vaxt kiminsə atasının, dostunun pyesi olduğu üçün onu səhnəyə hazırlamırdı. Sırf yaradıcılıq baxımından, sərbəst tamaşalar hazırlayırdıq. Öz tamaşaçılarımız vardı. Kamal Abdullanın “Ruh” tamaşasını oynadıq, çox yaxşı qarşılandı. 2008-ci ilin sentyabrında Kamera Teatrının hökmü oxundu, Gənc Tamaşaçılar Teatrına qarışdı. İndi o tamaşaları böyük teatrın səhnəsində oynamaq olmur, baxılmır.
- Deməli, Kamera teatrında yetişən aktyorlar üçün böyük teatrın səhnəsində problem yaranır?
- Əlbəttə, yaranır. Biz Türkiyədə, İranda, Ukraynada festivallarda böyük səhnələrdə oynamışdıq. İndi böyük səhnəyə daimi uyğunlaşmağımız lazım gəlir. “Otello” tamaşasında iki addım atıb sözümü deyirdim. İndi də bəzən alışqanlıqdan eyni cür hərəkət edirəm, böyük səhnədə düzgün alınmır, tamaşaçı deyir ki, bir-birinizin qarnına girməyin, səhnə genişdir.
“Əmri verib, icra elədilər”
- Üç ayrı-ayrı məktəb görmüş aktyorlar, öz ənənəsi olan Gənc Tamaşaçılar, Cənnət Səlimova məktəbi keçmiş Kamera Teatrı və Hüseynağa Atakişiyevin yetirmələri olan Gənclər teatrlarının nümayəndələri indi bir səhnədə eyni fikrə qulluq etməlidirlər. Bu baxımdan, deyəsən, çəkişmələr düşür?
- Təbii olur. Mənim üçün bir çətinlik yoxdur. Vaqif Əsədovla “Oliver Tvistin məcaraları ” nda işlədik. Ənənəvi bir teatr məktəbi var, psixorealizm, Vaqif Əsədov o üslubda işləyir. Mən də 16 il o səpgidə işləmişəm. Sadəcə indi böyük səhnədə oynamalıyam. Elə bil hovuzda üzmək öyrənib, okeana atılmışam, amma təbii elə hallar da olur ki, aktyor rejissorun, rejissor da aktyorun nə dediyini anlamır, yaxud anlamaq istəmir.
- O tamaşanı özünüz bəyəndiniz?
- Tamaşa kimi hə, amma aktyorlar tamaşanı çəkib apara bilmirlər. Rejissor quruluşunu verib. Tamaşanı bərkitmək aktyorun üzərinə düşür.
- Mən o tamaşada darıxdım...
- Onun günahı aktyorlardadır. Bəzi aktyorların oyunu yaxşıdır, yarıtmayanların güdazına onlar da gedir. Məşq prosesində necə idilərsə, elə də qalırlar, yaradıcılıq yoxdur. Cənnət xanımın bir adəti var, deyir vəziyyət, hadisə budur, indi onu yaşa və mənə göstər.
- Niyə “Romeo və Cülyetta” nəsrə çevrilmədən, şeir dili ilə səhnəyə gətirilir. Bugünkü teatr üçün, sizcə, bu nə qədər arzu olunandır və səhnədə təbii dildə deyil, pafosla danışmaq sizə çətin olmur?
- Çox çətin olur. Mən şeirli tamaşanı heç sevmirəm. Adam kimi danışmadığımızdan bəzən çaşqınlıq yaranır. Tərəf müqabilin ani hecanı unutdusa, bütün mətin, poeziya itir. Nə deyəcəyini çaşıb qalırsan. İndi ən böyük problem tamaşaçının bizi eşitməməsidir. Böyük səhnədə bəzən sənin rola qapılıb pıçıltı ilə dediyin sözü tamaşaçı eşitmir. Ən vacib yerləri eşitmir, mən onu yüz faiz yaşadım, amma tamaşaçı eşitmədi, o nüansı unutdum. Biz tamaşaçı üçün oynayırıq o, eşitməlidir bizi. Kamerada zal kiçik, tamaşaçılarla yaxın təmasda belə problemlər olmurdu.
- Kamera teatrını Gənc Tamaşaçılar Teatrına qarışdıranda kollektivin fikrini soruşan olmuşdu?
- Yox, Mədəniyyət və Turizm Nazirliyi əmrini verdi və icra etdi.
“Əmimi oynayan məndən gəncdir”
- Kamera teatrında həvəslə, böyük ümidlərlə işə başladığınız vaxtlardakı sənət həvəsiniz qalmayıb...
- Deməzdim qalmayıb, amma qalıb da deyə bilmirəm. Məsələn, indiki heyətlə bəzən sənə aid olmayan rolu oynayırsan. Gənc Tamaşaçılar Teatrında altı nəsil aktyor var. İndi mən 44 yaşımda 16 yaşlı yeniyetməni oynayıram. Əmimi oynayan məndən gəncdir. Bu Kamera teatrında yeyilərdi, çünki hamımız həmyaşıd idik. Kaş, iki kəlməsi olan bir obrazı oynayım, mən o rolu göstərərəm. Nəinki hər an səhnədə olan, amma öz rolunu oynamayan aktyor olam. Bakıda ilk Vaqif İbrahimoğlu bir məktəb yaratdı, Hüseynağa Atakişiyev, Cənnət Səlimova da məktəb yaratdılar. Vaqif İbrahimoğlu özü getdi, amma yetişdirib və onun məktəbinin davamı olacaq. Elə Vidadi özü bu saat “Yuğ” teatrında eyni ənənə ilə tamaşalar qoyur. Onların ənənəsi, məktəbi tamam fərqlidir. Hüseynağa müəllimin ənənəsini elə öz teatrına baş rejissor təyin olunmuş Rəhman müəllim davam etdirə bilərdi, nə isə nazirlik o məktəbin qalmasını istəmədi. Kamera teatrının son illərində bir dəfə tamaşamıza baxıb dedim ki, deyəsən “miniazdrama” olmağa başlamışıq. Ona görə də nazirlik Kameranın tifağını dağıtdı ki, bir “Azdrama” var, bəsdir. Cənnət xanım müəllimimdir, böyük sənətkardır, amma dövrünü artıq yaşayıb. Yaratdı, amma məktəb qoymadı, davamı olmadı. Ya da ki, onu nazirlik çağırıb baş rejissor qoymaqla ”mənim çaldığımla oynamalısan” dedi, aldılar Cənnət Səlimovanı. İndi onlar hansı tamaşanı istəsə, onu hazırlayıb qoyacaq.
- Təbii ki, ona göstərilən etimadı doğrultmalıdır. “Oliver Tvist”də mən sizin ifanıza baxıb eyni fikri beynimdən keçirmişdim. Düşündüm ki, deyəsən İlqar Cahangirov Nurəddin Mehdixanlı məktəbinə keçib?
- Razıyam sizinlə. Bilirsən ki, Pantomimdi, “Yuğ”du fərqli teatrlardı. İnanırdım, indi də inanıram yeni nə isə edə bilərəm, az-çox eləmişik də. Stimul yoxdur. 200 manat məvacib alıram, ayın ortasına qədər çatmır. Sonra ata-ananın təqaüdündən 5-3 manat alırıq.
“Bu sənəti atmasam, axmaq olaram”
- Amma kimlərlsə, hansı əsaslarlasa seçilib təqaüdə, mükafata layiq görülür. Həmin məbləği bütün aktyorların maaşına əlavə etmək daha düzgün olmazdımı?
- Bunların hamısının günahkarı Mədəniyyət və Turizm nazirliyidir. Niyə mənimlə çiyin-çiyinə işləyən dostuma o təqaüd verilsin, sağlığına qismət o, da dolanmalıdır, mənə yox? Mən dolanmalı deyiləm? Yalnız ona görə ki, kimsə rəsmi tədbirlərdə çıxış edir, bəlağətli təriflər deyir. Mən onu bilmirəm, heç vaxt da etməyəcəm. Eləmək istəmirəm. Nazirlik əgər məsləyə sənət deyil, başqa baxımlardan yanaşırsa, lap səhv eləyir. Sənətimlə məşğulam, düzdür, ona görə də bu gün mənə bir 700-800 manatlıq məvacib verən olsa bu sənəti atmasam axmaq olaram, çıxıb gedərəm. Ona görə də bu gün teatrlar uşaq baxçasıdır, rejissorlar da dayələr. Bu günə gəlib çıxmağının səbəbi də tərəfkeşlik, riyakarlıq, saxtakarlıq. Dövlət teatrları nazirliyin bazarıdır, onlar nə versələr, teatr da onu satır. Nazirlik, teatrın direktoru onun yaradıcı işlərinə qarışmamalıdır. Sən mənə şəraiti yarat, işi məndən tələb et. Yox, hökmən filan əsəri qoy, filan aktyorla işlə. Hətta filan aktyoru seç, o birini gözdən sal. Buna sənət, istedad baxımından yanaşılarsa, yanmaram, əksinə sənətkarlığa, teatrın yüksəlişinə xidmət edər. İstəyirsən lap Avropadan rejissor gətir bu vəziyyətlə ortaya heç nə qoya bilməyəcək. Gətirdilər də Musiqili Komediya Teatrında “Xanuma” hazırladı, öz tamaşalarımızdan nə ilə fərqləndi? Heç nə ilə, zibil ki, zibil.
- “Xanuma”da heç olmasa estetika vardı...
- O da rejissorun gürcü olmasından irəli gəlirdi. “Filan aktrisa mütləq oynamalıdır” hökmü ilə heç bir rejissor işləyə bilməz.
“Bulvarda klounluq edə bilərəm”
- Gənc, istedadlı, potensialı olan aktyorlar niyə yığışıb bir teatr yaratmağa cəhd etmir?
- Azərbaycanda ədəbiyyat niyə inkişafdadır, çünki gənc yazara bir nootbuk kifayət edir ki, istedadını ortaya qoysun. Onu Şahbaz Xuduoğlu imkansız gənc üçün təmənnasız çap edəcək. Rəssamdır, öz evində bir ağ kətana cızma-qara edir çıxarır küçəyə bir turist alıb onu xoşbəxt edir. Mən neynəyə bilərəm? Yalnız bulvarda klounluq edə bilərəm. Mən xammalam, məndən istifadə olunmalıdır. Bir teatr yaratmaq nə mənim, nə Qurbanın, Ayşadın, Şövqünün işi deyil. Yaşamaq uğrunda mücadilədəyik. Mən 10 il şadlıq evlərində operatorluq etmişəm.
“Şirkət rəhbəri boğulurdu elə bil”
- Camaat niyə teatrlara meyilli deyil?
- Teatral xalq deyilik. Bizim kökümüzdə qaravəllidir, keçəl, kosadır. İndi onun müasir forması “Bu şəhərdə”dir. Bu millətinki əyləncədir. Rəfaellə Coşqun dostumuzdur, amma reallıq budur. Axı “Danabaş kəndinin əhvalatları” kimi klassikanı mən necə əyləncəyə çevirim? Rəsmilər bir dəfə teatra gəlmirlər. Gərək dövlət adamları teatra maraq göstərsin ki, xalq da onların ardınca getsin. Mən “Danabaş kəndinin əhvalatları”nda Xudayar bəyi oynayıram. Bir dəfə bir şirkət üçün oynayırdıq. Mənim səhnəm var orda, başqasının arvadını özümə övrət etməyə çalışıram, uşaqlarını döyüb qovuram, arvadı zorla tabe etməyə çalışıram, əlimi basıb şamı söndürürəm. Bu yerdə gözlərim qabaqda əyləşmiş şirkət rəhbərinə sataşdı, o, əlini atıb qalstukunu boşaltdı, udqundu. Boğulurdu elə bil. Özünü görmüşdü deyəsən, yəqin bir də teatra getməz.
“Bəlkə məktəbə mənim adımı verəcəklər?”
- Kinoya münasibətiniz necədir?
- Kino məktəbimiz davamsız oldu. “Bir cənub şəhərində”, ən sonuncu “Güllələnmə təxirə salınır” vəssalam. İndi heyrətləndirmək dövrüdür. Bunu edə bilmirik. Amerika, Avropa filmləri evimizin içindədir. Bu gün istər teatr, istər kino tamaşaçını heyrətləndirməlidir. Necə ki, “Aurovision” heyrətləndirdi. O ki, qaldı elitar mədəniyyətə, o heç vaxt öz dövründə kütləviləşməyib. İndinin də Füzulisi, Nizamisi, Ərəblinskisi var, illər, əsirlər sonra bəlli olacaq. Bəlkə yaşadığım Ceyranbatan qəsəbəsində məktəbə mənim adımı verəcəklər?
Ramilə Qurbanlı

1273 dəfə oxunub
Oxşar xəbərlər
Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın
17:00
19 noyabr 2024
"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi
15:00
19 noyabr 2024
"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?
10:10
18 noyabr 2024
Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal
15:00
16 noyabr 2024
Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri
12:00
16 noyabr 2024
"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart
15:00
15 noyabr 2024