Sevgililərim: İlk sevgilim – III HİSSƏ

Sevgililərim: İlk sevgilim – III HİSSƏ
2 may 2011
# 11:52
... Bizi rayonun hərbi komissarlığının qarşısından Bakıya yola saldılar. Avtobusda 30-a yaxın çağırışçı vardı. Əsgərliyə getdiyimizə görə hamımız sevinirdik.

Bizim avtobusda gələn uşaqların hamısının sənədini əsgər arxası ilə gələn bir zabitə təhvil verdilər. Zabitdən bizi hara apardıqlarını maraqla soruşurduq, lakin ondan dəqiq bir söz qopara bilmədik...

Bizi dəniz limanından gəmiylə Türkmənistana, ordan da Tacikistana apardılar. Gəldiyimiz bu inşaat hərbi hissəsi düz Pamirin ətəyində çadırlarda bərqərar olmuşdu. Hər biri üç “vzvod” olmaqla üç rotadan ibarət hərbi hissə idi. Cəmi doqquz çadır, hər çadırda isə 30 nəfər yerləşirdi. Bizi “rota”lara payladılar.

Bura uzaqda yerləşən İsfara şəhərinin ərazisi idi və böyük bir qəsəbə tikilirdi. Cərgəylə düzülmüş yaşayış evlərini özülündən açarına qədər bizim hərbi hissə tikirdi. Təzə başlayanda biz palçıq qarışdırır, özül qoyur, kərpic boşaldırdıq. Hörgü və suvaq işləri ilə bizdən yaşlı çağırışçılar məşğul olurdu. “Vzvod” komandiri üstümüzdə nəzarət eləyirdi. Axşamlar şam yeməyindən sonra yay kinoteatrında kinoya baxırdıq.

Hərbi hissənin üç tərəfi beton plitələrlə çəpərlənmiş, bir tərəfi isə açıq idi. İstədiyimiz vaxt ətrafdakı kəndin mağazasına gedə bilirdik. Hərbi hissənin cəza “qaubvaxt”ı yox idi. Sözə baxmayan əsgərlər yeməkxanada qab-qaşıq yumaq, aşbaza yardım etməklə cəzalandırılırdı. Biz oradan çox da aralana bilmirdik, çünki ətrafdakı kənddən sonra əkin sahələri başlayırdı. Şəhərə getmək üçün maşın tutmaq lazım gəlirdi. Axşamlar çox vaxt Firdovsinin “posılka”da gətirtdiyi sazı və Şakirin qarmonuyla başımızı qatırdıq.

Burada gözə dəyən qız-gəlinin heç sifətini də görə bilmirdik. Bizi görən qızlar bic-bic gülər, ağız-burunlarını yaylıqla bağlayardılar...

Beləcə əsgərliyimizin 1 ilindən çoxu getmişdi. Artıq qəsəbə tam tikib təhvil verilirdi. Eşidirdik ki, hərbi hissənin rəhbərliyi haradansa dəvət gözləyir. Söhbət gəzirdi ki, bizi Rusiyanın hansısa şəhərinə aparacaqlar. Həyacanla gözləyir, allaha yalvarırdıq, bircə bu Orta Asiyadan xilas olaq. Yay cəhənnəm kimi isti, qış küləkli-sazaqlı olurdu...

Mart ayı idi. Artıq əriklər çiçəkləmişdi. Bizi avtobuslara doldurub dəmiryol stansiyasına gətirdilər. Yük vaqonlarında taxtadan ikimərtəbəli yataq taxtları düzəltmişdilər. Hərə döşəyini götürüb özünə bir yer tutdu. İçəridə kömür peçi qoyulmuşdu.

Küncdə bir tualet də qondarılmışdı. Əsgərlər üç belə vaqonda, zabit korpusu isə qonşu plaskart vaqonda yol başlamışdıq. Peçin qoyulmasından başa düşdük ki, mütləq soyuq tərəflərə gedirik. Bizimlə qalan komandirə bir sutkalıq quru yemək ərzağı, qənd, çay, su qoyub qapını bağladılar. Sonralar ərzaq qurtardıqca əlavə eləyirdilər. Biz sevindiyimizdən qışqırıb ulaşırdıq. Artıq Qazağıstan çöllərini ötüb keçirdik...

Təxminən bir həftədən sonra Tayqa meşələri başladı. Bir dəfə qatar Tayqanın ortalarında dayandı. Vaqondan tökülüşüb qurşağa qədər çatan təmiz qarın içində eşələndik. Canavarlar kimi qatar fit verənə qədər oynaşdıq. Birxətli dəmir yolu Tayqanın qövsi kənarına tabe olduğu üçün qatar iki sutka yanüstə getdi...

Nəhayət, Kemerova vilayətinin Prokopyevsk şəhərinə çatdıq. Xudmani bir şaxtaçılar şəhəri idi. Buradakı kişilər əsasən kömür şaxtalarında işləyib yüksək maaş alırdılar.

Gətirdiyimiz ləvazimatları yük maşınlarına yükləyib avtobuslara əyləşdik. İçəridə ağız deyəni qulaq eşitmirdi. Hamı sürücüdən rus qızları haqda soruşurdu. Nikolay kişi dedi, şəhər ilk dəfə əsgər görəcək, neçə vaxtdı qızlar sizi gözləyir. Kişinin sözündən coşan uşaqların gözləri bərələ qalmışdı...

Bizi yerləşdirmək üçün bir orta məktəbi yeni binaya köçürmüş, köhnəni bizə vermişdilər. Artıq bura bizim hərbi hissə idi. Tramvay dayanacağı binanın 15-20 addımlığında yerləşirdi. Yol qırağında buz hələ əriməmişdi. Mən cəhənnəmdən cənnətə gəlmiş insanın duyğusunu yaşayırdım...

Bizi dəstələrlə cərgəyə düzüb mahnı oxuda-oxuda, yarım dayanacaq qədər məsafədə yerləşən yeməkxanaya apardılar. Yolda addımladıqca məktəbli qızlar “soldat-soldat” qışqırıb yanımızca gəlirdilər. Zabitlərin təpinməsinə baxmayaraq, dəstənin yanından əl çəkmirdilər. Onlar bizi yeməkxananın yanında gözləyir, uzaqdan baxa-baxa bizimlə geri qayıdırdılar. Onlar bizə qədər həmin məktəbdə oxuduqlarından bizim gəlişimizdən xəbərdar imişlər və hərəsi öz xəyalında bir əsgərlə özünə sevgi macərası qurubmuş...

Burda da tikinti işlərinə başladıq. Bizim briqada yeni tikilən hündürmərtəbəli binaların içində kərpicdən arakəsmələr hörürdü. Mən artıq bu işləri yaxşı bacarırdım. Günorta yeməyinin haqqını yaxın kafedə əsgər talonuyla ödəyirdik. İş yoldaşlarımız bizə xəlvəti araq süzürdü...

Axşam yeməyindən, bir də yatmazdan əvvəl yoxlama olurdu, sonra hamı yatmalıydı.

Bəxtimizdən biz burda “ded” idik. Zabitlər bizə çox da bənd olmurdular. Çünki “molodoy”lar əsasən bizim uşaqlardan qorxub çölə çıxmırdılar. Yatmaqmı olardı?!

Bir gün Yaşar mənə dedi, bir məktəbli qızla tanış olmuşam, deyir, dostunu gətir, rəfiqəm də əsgərlə dostluq eləmək istəyir. Biz yeməkdən sonra həyətdən çölə çıxıb danışılan yerə gəldik. Yaşar çox yaraşıqlı idi. Yeddinci sinif şagirdi İra ona vurulmuşdu. Yanındakı qızla məni tanış elədi, adı Zina idi. Zina sarı saçlarını kürəyinə buraxmış, ağ sifətli, qonur gözlü şən bir gözəl idi. Sürətlə danışırdı. Birazca birgə hərlənib iki-iki bölündük. “Atam şaxtada işləyir, mən 7-də oxuyuram, əlaçıyam. Anamdan icazə alıb gəzməyə çıxmışam, bəs siz hardansınız?” – belə söhbətlər eləyirdik.

Qaranlıq düşmüşdü. Onunla evlərin arasında bir xəlvətə çəkildik. Burda bir-birimizin üzünə xeyli tamaşa elədik. Onun baxışları mənim sifətimdə hərlənirdi. Düşüncəmdən keçənlər bunlar idi: “bu nə gözəldi, doğurdanmı mən burdayam, nə yaxşı məndən qorxmur?” Birdən o, yavaşca əlimdən tutub: “məni niyə öpmürsən?” dedi. Özümdən yaşca balaca qızın aparıcılıq eləməsindən xeyli utandım. Belindən tutub özümə sarı çəkdim. Nəfəsindən xoş qoxu gəlirdi, dodaqları çox qaynar idi...

Yaşargillə ayrıldığımız yerə gələndə Zina qoluma girib mənə qısılmışdı. Onlar bizə uzaqdan baxıb gülüşdülər. Ayrılanda Zina məni kənara çəkib yaxamdakı dəmir düyməni oynadaraq: “məni unutma, yaxşı, məndən başqa heç kimlə görüşmə, səni sevirəm” sözlərini bayaqkı dodaqlarıyla pıçıldadı...

Axşamlar söhbətimizin mövzusu yalnız qızlar olurdu. Hərə öz görüşdüyü qızdan danışırdı...

Bizi hər həftə şaxtaçıların hamamına aparırdılar. Suyu gur axan arakəsmə duşları vardı. Şaxtaçılar hardansa birbaşa liftlərlə hamamın paltarsoyunma yerinə qalxırdı. Bədənləri qapqara olar, bircə gözləri ağarardı. Hamısının bədənində “nako” olurdu. Hamam “nakolka” sərgisinə bənzəyirdi. Bəzi şaxtaçılar maaş günü binanın yanına gələr, əsgərlərlə xəlvətcə araq içib gedərdi...

Məktəbli qızlar oralardan əl çəkmirdi. Hərbi hissənin komandiri məktəb direktorları ilə bu barədə danışmışdı, ama xeyri yox idi. Bir gün söz yayıldı ki, yaşlı qızlar məktəbli qızları döyüb qovur.

Əsgərlərlə yataq həyatı yaşamaq istəyən yeni dəstə sabahdan axşama oralarda hərlənir, əllərinə keçən azyaşlıları saçlayıb çırpırdı. Beləcə, tanışlığımızın 15-20 günündən sonra Zinanı itirəsi oldum. Bir dəfə Yaşar mənimlə içəndə, yaşlı qızların İra ilə Zinanı necə qovduğunu, onların isə ağlaya-ağlaya necə qaçdığını mənə danışıb kövrəldi...

Artıq “qudurmuşduq”. Qızlarla yatmaq üçün dörd nəfər dost hərbi hissənin ətrafında ev kirayələdik. Şam yeməyindən sonra qızlar yığıldığı yerə gəlirdik. Dostlardan ikisi artıq bunu reallaşdırsa də, mən hələ heç kimlə yataq yaşamamışdım.

Bir gün yenə həmin taxta skamyanın yanına gəldim. İki qız dostlarımla oturmuşdu, dörd nəfərin bir arağı, bir dənə də stəkanı vardı. Firdovsinin dizində oturan qız mənə dedi, indi bura bir rəfiqəmiz gələcək, heç kimi bəyənmir, onunla danışarsan.

Nəhayət, dedikləri qız gəlib çıxdı. Qızlar onu məzəmmət etdilər: “harda qalmısan?” Bizi tanış elədilər. Adı Toma idi. Onun yüngülcə çilli, küskün uşaq sifəti, gözəl ayaqları, nazik beli, sarı qıvrım saçları vardı. Yanaşı duranda başı mənim burnumun ucuna çatırdı. Mənim təklifimlə biz yan-yana oturduq. Onun mənə meyillənməsinə qızlar “ooo!” deyə gülüşdü. Toma cavabında gülə-gülə: “bəli, o, mənim xoşuma gəldi!” dedi...

Aradan bir neçə gün keçəndən sonra Tomanı gecəni bir yerdə keçirməyə razı saldım. Gecəyə cavabdeh olan baş leytenant Zaytsevə bir araq alıb sübh tezdən gəlmək şərtilə aradan çıxdım. Bir araq, bir neçə kotlet və taxta evin açarını götürüb küçəyə cumdum.

Toma məni gözləyirdi. Qaçaraq gəlib sınıq divanlı evə daxil olduq. Toma çantasından çıxardığı salanı, çaxırı və kəsik qara çörəyi stola düzərək: “nənəmi zorla yola gətirdim” - dedi. Sonra əlavə elədi: “Gəl, belə danışaq, mən çaxır içim, sən də araq.”

Toma çox xoşbəxt görünürdü. Ağlımıza gələn söhbətlər eləyirdik, hər dəfə içib stəkanı yerə qoyanda öpüşür, sonra yemək götürürdük. Üçüncü stəkandan sonra onun qulağına yavaşca “soyun” dedim. “Yox, əvvəlcə sən soyun!” – güldü. Mən qabaqca köynəyimi, sonra çəkmələrimi çıxardım. Toma çəkməmin birini götürüb burnuna yaxınlaşdırdı və ciyəridolusu qoxladı. Mən tələsik gah onu soyundurur, gah özüm soyunurdum. Artıq onun köynəyini, lifçiyini çıxarmışdım. O, yubkasını soyunduqca dik məmələri oynaşırdı...

Qırıq divanın üstündə xeyli eşələndik. Hər şey çox tez bitdi. Təcrübəsizliyimi hiss eləmişdi. Gülüb: “tələsmək lazım deyil, yavaş-yavaş elə” – dedi. Biz bir dəfə də içib tezcə uzandıq. Toma altımda zarıdıqca mən duruxurdum, elə bilirdim, yenə nəyisə düzgün eləmirəm. O isə dodaqlarını dodağımdan bir an aralayıb “sən davam elə!” deyirdi. Biz səhərə kimi yatmadıq. Arada başını sinəmə qoyaraq barmağıyla bədənimdə fiqurlar cızıb danışırdı: ”Əsgərlikdən sonra qalıb şaxtada işləyərsən, mənim yaşım düzələn kimi nigaha girərik. Bir qızımız olar. Sizə gedərik, sən ata-ananla görüşərsən. Səni evinizə buraxsam, qorxuram geri qayıtmayasan...”

Mən Tomanı kəndimizə aparmağımı, kənddə mənə həqarətlə baxanları, atamın bizi evdən qovmasını, özümdən böyük iki subay qardaşımın necə pərt olmasını təsəvvür eləyirdim.

Səhərə yaxın Tomanın çaxırının dibindəkini də bölüb içdik. Dodaqlarım sızlayırdı. Divardakı qırıq güzgüdə özümə baxdım. Toma dodağımı o qədər sormuşdu ki, alt dodağıma qan sağılmışdı...

Bu az zamanda biri-birimizdən ötəri dəli kimi olmuşduq. Fürsət düşən kimi onunla taxta evə gəlirdik. Son vaxtlar dostlarla taxta evin açarı üstə az qalırdıq bir-birimizlə dalaşaq...

Bir gün Toma görüşə gələndə əlində mənə bir dəstə gül gətirmişdi. Dedi, polis şöbəsinin qarşısından yığdım, dalımca düşdülər, qaçıb tramvaya tullandım. Onu əlində çiçək qucağıma alıb bir neçə dəfə fırlandım...

Əsgərliyin bitməsinə hələ dörd ay qalırdı. Bir gün Toma qızlardan mənə məktub göndərdi, təxminən belə: “Nənəmi qatarla Novosibirskdəki bacısıgilə aparmalıyam, bir həftə olmaya bilərəm, darıxma...”

Tomanın şəhərdə olmamaq xəbəri məni dəhşət darıxdırırdı...
Bir gün yenə oğurlanıb bayıra çıxdım. “Məclisə” iki yeni qız qoşulmuşdu. Biri ucaboy, Valya adlı gözəl qız idi. Ona göz qoyduğumu görən qızlar dedilər, belə eləmə, Toma səni bağışlamaz. Mən onlara sadəcə, darıxmamaq üçün günümü şən keçirmək istədiyimi dedim.

Artıq beş gün keçmişdi, Tomadan xəbər yox idi. Altıncı gün Valya dizimin üstə oturduğu vaxt qəfildən Toma yanımızda peyda oldu. Az qaldı ürəyim üzülsün. O, əllərilə üzünü tutub geri qaçdı. Dalınca yüyürüb qışqırırdım ki, Valya ilə aramızda heç nə olmayıb...

Toma məni bağışlamadı. Bir də onun üzünü görmədim. Lakin əsgərlikdən sonra həmin şəhərə qayıtdım və Tomanı tapdım. Bu görüş haqda sonra yazacağam...
# 1478 dəfə oxunub

Oxşar xəbərlər

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

17:00 19 noyabr 2024
"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

15:00 19 noyabr 2024
"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

10:10 18 noyabr 2024
Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

15:00 16 noyabr 2024
Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

12:00 16 noyabr 2024
"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

15:00 15 noyabr 2024
# # #