Xəstəxanaya yerləşdirilən aktyorun son vəziyyəti - Açıqlama

Xəstəxanaya yerləşdirilən aktyorun son vəziyyəti - Açıqlama
3 dekabr 2025
# 16:52

Məşhur türk aktyor Murat Cemcirin ötən çərşənbə günü qəfil halının pisləşdiyi və xəstəxanaya aparıldığı bildirilmişdi.

Kulis.az xəbər verir ki, xəstəxanadan bu gün sevindirici açıqlama gəlib.

Tibb müəssisəsinin baş həkimi Metin Uzun mediaya aktyorun vəziyyəti haqqında danışıb:

“Murat bəy xəstəxanamıza aşağı mədə-bağırsaq traktında qanaxma əlamətləri ilə müraciət etdi. Kliniki qiymətləndirmədən sonra reanimasiyada nəzarətə götürüldü. Təkrar kolonoskopiya və müvafiq müalicələr aparıldı. Komandamız qanaxmanı nəzarət altına aldı.”

Həkim qanaxmanın başlanmasından üç gün keçdiyini və artıq təkrarlanmadığını vurğulayıb:

“Qastroenteroloq Arzu Tiftikçinin nəzarətində olan xəstəmiz reanimasiyadan palataya köçürülüb. Ümumi vəziyyəti stabildir və yaxşılaşma dinamikası müsbətdir.”

# 901 dəfə oxunub

Oxşar xəbərlər

Şahzadə Harri:  "Xoşbəxt olanda anama xəyanət etdiyimi  düşünürdüm"

Şahzadə Harri: "Xoşbəxt olanda anama xəyanət etdiyimi düşünürdüm"

14:36 10 oktyabr 2026
2026-cı ilin ən populyar "gənclik sözü" seçilir: "Crashout", "Ragebait", yoxsa "Peak"?

2026-cı ilin ən populyar "gənclik sözü" seçilir: "Crashout", "Ragebait", yoxsa "Peak"?

13:37 10 oktyabr 2026
Ruzbeh Məmmədin yeni kitabı çap olundu

Ruzbeh Məmmədin yeni kitabı çap olundu

12:33 10 oktyabr 2026
BBC-də 50 illik tarixə son:  Məşhur proqramlar büdcə kəsintisinin qurbanı oldu

BBC-də 50 illik tarixə son: Məşhur proqramlar büdcə kəsintisinin qurbanı oldu

12:06 10 oktyabr 2026
Hollivud aktyoruna silahlı basqın:  "Sevimli yalançılar"ın ulduzu vəhşicəsinə döyülərək soyuldu

Hollivud aktyoruna silahlı basqın: "Sevimli yalançılar"ın ulduzu vəhşicəsinə döyülərək soyuldu

11:00 10 oktyabr 2026
Qızının faciəsindən sonra danışa bilmədi – Nuriyyə Əhmədovanın həyatını dəyişən gün

Qızının faciəsindən sonra danışa bilmədi – Nuriyyə Əhmədovanın həyatını dəyişən gün

10:30 10 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər