Bəxtiyar Vahabzadə haqqında elmi araşdırmalar toplusu çap olunub

Bəxtiyar Vahabzadə haqqında elmi araşdırmalar toplusu çap olunub
4 dekabr 2025
# 15:30

XX yüzil Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri Bəxtiyar Vahabzadə haqqında elmi araşdırmalar toplusu çap olunub.

Kulis.az xəbər verir ki, “Bəxtiyar Vahabzadə zirvəsi” adlanan kitabı çapa Bakı Dövlət Universitetinin Azərbaycan ədəbiyyatı tarixi kafedrasının professoru Vaqif Sultanlı hazırlayıb.

Kitaba “Həyatın rəngləri, zamanın təzadları, sözün ağrıları” adlı “Ön söz” yazan Vaqif Sultanlı şairin yaradıcılığı ilə bağlı düşüncələrini belə ifadə edir: “Bəxtiyar Vahabzadə sənətə yaşadığı dönəmin şərtləri ilə uyuşmayan cəsarət örnəyi gətirib. Özəlliklə, xalqın tarixinə, taleyinə münasibətdə şairin sərgilədiyi barışmaz vətəndaşlıq mövqeyi olduqca önəmlidir. Təkcə yazıları ilə deyil, ictimai mövqeyi ilə də cəmiyyətə cəsarət ruhu verdiyi üçündür ki, ən çətin dönəmlərdə siyasi şəxsiyyətlərə deyil, bir sənətkar kimi ona güvənilməsi burdan qaynaqlanır.

Bəxtiyar Vahabzadənin iki fərqli siyasi sistemdə yaşayıb yaratması, həyatının böyük bir dövrünün imperiya illərinə, daha az dönəminin ölkənin bağımsızlığa qovuşduğu çağlara təsadüf etməsi yaradıcılığının məzmununa təsirsiz ötüşməyib. Lakin imperiya illərinin sərt senzura yasaqlarına baxmayaraq o, milli mövqeyini tərk etməmiş, ideologiyanın əsirinə, rejimin quluna çevrilməmiş, sovet cəlladlarının qanlı repressiyalarından qorxmadan ölümün gözünə dik baxan bir çox sələfləri kimi yazıları ilə ən sərt dönəmlərdə belə həqiqəti söyləməyin mümkünlüyü örnəyini göstərib”.

Bəxtiyar Vahabzadənin anadan olmasının 100 illiyi münasibətilə hazırlanmış kitaba görkəmli elm adamlarının, ədəbiyyatşünasların məqalələri daxil edilib.

# 1680 dəfə oxunub

Oxşar xəbərlər

Şəhid Xudayar Yusifzadəyə həsr olunmuş mahnı-klip təqdim edildi

Şəhid Xudayar Yusifzadəyə həsr olunmuş mahnı-klip təqdim edildi

14:00 20 oktyabr 2026
Azərbaycanın “Qarabağ xalçası”  Lima Metropoliten Muzeyinin mədəni irs kolleksiyasında

Azərbaycanın “Qarabağ xalçası” Lima Metropoliten Muzeyinin mədəni irs kolleksiyasında

13:30 20 oktyabr 2026
Qızını itirdi, özü ağır xəstə idi, amma yenə səhnəyə çıxdı – Şövkət Ələkbərova kimdir?

Qızını itirdi, özü ağır xəstə idi, amma yenə səhnəyə çıxdı – Şövkət Ələkbərova kimdir?

13:00 20 oktyabr 2026
Miri Rəsulzadənin yeni kitabı çap olundu

Miri Rəsulzadənin yeni kitabı çap olundu

12:59 20 oktyabr 2026
Azərbaycan əsilli rusiyalı reper Navai Qazaxıstandan deportasiya olundu

Azərbaycan əsilli rusiyalı reper Navai Qazaxıstandan deportasiya olundu

12:53 20 oktyabr 2026
Atatürkün  "Nutuk"u 8 xarici dildə nəşr olundu

Atatürkün "Nutuk"u 8 xarici dildə nəşr olundu

12:40 20 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər