Şizofreniya, qadağalar və siyasi təqib - Allahı təhqir etdiyinə görə həbs olunan şair

Şizofreniya, qadağalar və siyasi təqib - Allahı təhqir etdiyinə görə həbs olunan şair
3 dekabr 2025
# 18:41

Bu gün məşhur macar şair Attila Jozefin anım günüdür.

Kulis.az onun haqqında materialı təqdim edir.

Budapeştin ən ucqar, ən yorğun küçələrindən birində kasıb bir ev vardı. Bu evdə bir gün bir uşaq dünyaya göz açdı – Attila. Onun doğulduğu gün heç kim bilmirdi ki, Macarıstan ədəbiyyatının gələcək ən dramatik talelərindən biri həmin an yazılmağa başlayır.

Attilanın atası sabunçu, anası xidmətçi idi. Uşaq cəmi üç yaşında ikən ata evdən qaçdı, Amerikaya getdi. Bir daha geri dönmədi. Şeirlərində daim itki, yarımçılıq, qorxu axtaran ruh bəlkə də, elə o gün formalaşmışdı.

***

Anasının ağır zəhmətlə onları dolandırmağa çalışdığı illərdə üç uşaq hər gün onun necə yorulduğunu, necə əldən düşdüyünü görürdü. Nəhayət, bir gün o qadın da xəstəlikdən sındı. Attila və qardaşları Macarıstan Uşaqlara Yardım Dərnəyi tərəfindən müxtəlif ailələrə paylandı. Attilanı isə Ocsöd kəndində donuzlara baxan bir ailəyə verdilər. Adını belə dəyişdirdilər – Pişta!

***

Yeddi yaşına qədər orada yaşadı. Anası sağalan kimi geri qayıtdı. Amma taleyin qisası davam edirdi – evə kömək etmək üçün kiçik yaşlarından işləməyə başladı: teatrlarda su satdı, günəmuzd işlər gördü. Cəmi 14 yaşında anasını itirmişdi və həyat onun üçün tamamilə qaranlıq olmuşdu.

Attila József şizofreniya ilə mübarizə aparırdı. İlk intihar cəhdi… dəhşətli olsa da, düz 9 yaşında baş vermişdi.

***

Bütün bu iztirabların içində Attila yazmağa başladı. Kiçik yaşlarından şeirləri qəzetlərdə çap olunurdu. Sonralar Macarıstanın ən sanballı ədəbi jurnalı sayılan "Nyuqat" onun şeirlərini dərc etməyə başladı.

17 yaşında ilk kitabı “Gözəllik dilənçisi” işıq üzü gördü. Amma gənc şair üçün uğur hər zaman cəza ilə yan-yana gəldi. “Baş qaldıran İsa” şeirinə görə Tanrını təhqir etdiyi iddiasıyla cinayət işi açıldı.

20 yaşında çıxan “Hayqıran mən deyiləm” kitabı isə onu universitetdən qovdurdu. Faşist düşüncəli Macarıstanda kitab inqilabçı sayılmışdı.

müəyyən edilməmiş

Macarıstanda xatirəsinə qoyulan abidə

***

Bir professor tərəfindən ilk öncə Vyana Universitetində, daha sonra isə Sorbonda təhsilini davam etdirdi. Amma həyat yenə imkan vermədi. Heç birini bitirə bilmədi. Budapeştə qayıdanda Marto Vaqo adlı bir qıza aşiq oldu. Varlı ailənin qızı olan bu qadınla aralarındakı təbəqə fərqinə baxmayaraq bir-birilərini sevirdilər. Ruhi vəziyyəti yaxşı olmayan Jozef bu sevginin çətinlikləri ilə mübarizə apara bilmədi və nəticədə uzun müddət xəstəxanada müalicə aldı.

***

1930-cu ildə Kommunist Partiyasına üzv oldu. Faşizmin sərt günlərində partiya işində fəal idi. Amma çox keçmədən onlarla da ixtilafa düşdü və qovuldu.

“Yaz Gecələri” kitabı qadağan edildi. “Kənar məhəllədə gecə”, “Çox incidir” kitabları çap olundu, amma o, psixoloji çöküşdən qurtula bilmədi. 1935-ci ildən etibarən xəstəxanalar yenə onun həyatının bir parçasına çevrildi.

***

Şizofreniyanın hökm sürdüyü, həyatın cilov vermədiyi, sevginin belə onu sağalda bilmədiyi bir ruh… 1937-ci ilin soyuq bir günündə özünü qatarın altına atdı.

undefined

Macarıstandanın Seqed Universitetində qoyulan heykəli

Ədəbiyyat yoxsulluqla parçalanmış, cəmiyyət tərəfindən əzilmiş, amma misilsiz dərinlikdə olan bir şairi itirdi.

O isə yalnız bir şeyi qazanmışdı: keçib getmiş bir ömrün içində həqiqəti deyə bilmək azadlığını.

# 1251 dəfə oxunub

Oxşar xəbərlər

Şahzadə Harri:  "Xoşbəxt olanda anama xəyanət etdiyimi  düşünürdüm"

Şahzadə Harri: "Xoşbəxt olanda anama xəyanət etdiyimi düşünürdüm"

14:36 10 oktyabr 2026
2026-cı ilin ən populyar "gənclik sözü" seçilir: "Crashout", "Ragebait", yoxsa "Peak"?

2026-cı ilin ən populyar "gənclik sözü" seçilir: "Crashout", "Ragebait", yoxsa "Peak"?

13:37 10 oktyabr 2026
Ruzbeh Məmmədin yeni kitabı çap olundu

Ruzbeh Məmmədin yeni kitabı çap olundu

12:33 10 oktyabr 2026
BBC-də 50 illik tarixə son:  Məşhur proqramlar büdcə kəsintisinin qurbanı oldu

BBC-də 50 illik tarixə son: Məşhur proqramlar büdcə kəsintisinin qurbanı oldu

12:06 10 oktyabr 2026
Hollivud aktyoruna silahlı basqın:  "Sevimli yalançılar"ın ulduzu vəhşicəsinə döyülərək soyuldu

Hollivud aktyoruna silahlı basqın: "Sevimli yalançılar"ın ulduzu vəhşicəsinə döyülərək soyuldu

11:00 10 oktyabr 2026
Qızının faciəsindən sonra danışa bilmədi – Nuriyyə Əhmədovanın həyatını dəyişən gün

Qızının faciəsindən sonra danışa bilmədi – Nuriyyə Əhmədovanın həyatını dəyişən gün

10:30 10 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər