“Kepka ilə şəkil çəkdirə bilmərəm”
1 oktyabr 2012
16:09
Kulis.az-da Ramilə Qurbanlının “Muğam ifaçıları” layihəsi
Çoxdan görüşmək üçün vədələşirdik, alınmırdı. Uzun müddət idi ki, Ağaxan Abdullayevin səhhətində problemlər vardı. Nəhayət ki, xəstəliklə uzun mübarizədən sonra ustad xanəndə iş başına, sənətinə, tələbələrinin yanına qayıtdı. Bülbül adına Musiqi Məktəbində tələbəsi ilə işləyərkən görüşdük. Dərsi izlədik, sanki dərs deyil, bir musiqi ziyafəti idi. Zövqlə müşahidə etdiyimizdən bir saatlıq dərs bir anda başa çatdı. Fotoqrafımız Ağaxan müəllimin şəklini çəkmək istədi, xanəndə başında buxara papağı olmadığı üçün şəkil çəkməyə icazə vermədi. “Kişinin papağı olar, özü də hər kişinin öz papağı. Mən bu gün başıma isti olduğu üçün, həm də küçədə tanımasınlar deyə kepka qoymuşam. Kepka ilə şəkil çəkdirə bilmərəm ”. Biz də anlayış göstərib çəkmədik. Beləcə, söhbətə başladıq.
- Bakı kəndində doğulub böyümüsünüz?
- Yox, kənddə doğulmamışam, Bakının Sovet küçəsində doğulub, böyümüşəm. Əslim-köküm Bakının Türkan kəndindəndir, anam isə Novxanıdandır. Sonradan Əmircan kəndinə köçmüşük, indi də orda yaşayıram. Şəhərdə də evim var, Allah can sağlığı versin, prezident bağışlayıb, hələ ki, təmir edib başa çatdırmamışam.
Nəsildən, ailədən mənim kimi xanəndəlik edəni olmasa da atamın, əmimin, qardaşlarımın, indi dörd oğlum var ha, onların da hamısının gözəl səsləri var. Atam xanəndəlik eləməyib, amma çox gözəl muğam bilib, özü də yaxşı səs tembri olub. Səsi həm orta tembrdə olub, həm bəmdə, həm zildə. Onun evdə öz-özünə ifa etmələrinə qulaq asıb mən də həvəslənmişəm. Əvvəl musiqi məktəbinin tar sinfinə gedirdim, özüm çalıb, özüm də oxuyurdum. Sonra hamı dedi ki, yaxşı səsin var, keç xanəndəliyə. Özüm də gördüm ki, pis oxumuram.
- Sovet küçəsindən çox mədəniyyət adamı çıxıb.
- Hər cür adam vardı orda, hər bölgədən müxtəlif insanlar orda toplaşıb bir estetikaya tabe olmuşdular, “Sovetski” estetikasına. Orda şairi də vardı, rəssamı da, aktyoru da, xanəndəsi də. Hətta kimsəsizin biri gəlib bizim küçəyə çıxanda ona sahib çıxan tapılırdı. Mən də belə bir mühitdə musiqiyə bağlandım. Asəf Zeynallı adına Musiqi Məktəbində xanəndəlik sinfində Nəriman Əliyevdən dərs aldım. Nəriman Əliyev Seyid Şuşinskinin tələbəsi olub. Sonralar Seyidin heç kimi olmadığından Nəriman Əliyev ona oğulluq edib, ahıl yaşında baxıb, qulluğunda durub, rəhmətə gedəndə hörmətlə yola salıb. Mən Seyid Şuşinskinin mənəvi nəvəsiyəm. Bizim nəslin bütün böyük sənətkarları Nəriman Əliyevdən sənət dərsi alıb. Sonralar Xan kimi, Şövkət xanım kimi, Əlibaba Məmmədov gəldilər müəllimliyə.
- Sizə qədər ailənizdə səsi olanlar çox olsa da sənətə gəlmədilər, amma sizin ardınızca sonralar oğlunuz gəldi səhnəyə, gəldi və tez də getdi, deyirlər onun xanəndə olmasına siz mane olmusunuz.
- Yox, elə deyil. Xoşbəxtin gözəl səsi var, amma bunu özünə sənət seçməmişdi. Universitetdə oxuyanda özü “İmkan” qrupu yaratmışdı, onun nəzdində özü də çıxışlar edirdi, yaxşı da qarşılanmışdı. Görürsünüz, üstündən illər keçib, amma Xoşbəxt Abdullayev adı yaddan çıxmır. Təhsilini başa vurandan sonra dövlət işinə getdi və sevimli məşğuliyyətini atdı. İndi iki oğlum – Orxan və Hikmət ikisi də musiqini seçiblər. Biri gözəl tar çalır, o birisi də kaman. Hər ikisi yaxşı ifaçı olacaq, həvəsləri də var. Mən heç vaxt uşağın istəyinin qarşısına çıxmaram.
- İndiyə qədər çox yetirmələriniz olub və deyə bilərsiniz ki, birini o birindən ayırmıram, amma hansı sizin verdiyiniz tövsiyyələrlə bu günə qədər davam edir, yolunu sapdırmayıb?
- Mən bir yetirməmin adını çəkə bilərəm ki, o, da dünya şöhrətli xanəndədir. Alim Qasımovu bütün dünya tanıyır.
- Bir vaxtlar ustadlar onun ifasını hoqqabazlıq adlandırırdılar.
- İndi həmin ustadlar onu efirdə ağızdolusu tərifləyirlər, çünki anladılar ki, faktı danmaq olmaz. Alim fitri istedaddır, bunu ona mən verməmişəm, Tanrı vergisidir, amma mən ona bu istedadı necə istifadə etməli olduğunu öyrətmişəm. Uşaq birinci sinfə gələndə müəllim ona zehin vermir, hərifləri öyrədir. Allahın verdiyi bacarıq varsa, götürəcək və yoluna davam edəcək. Mən də Alimə muğamları öyrətdim, bacarığı, zəhməti onu bu mərtəbəyə çatdırdı.
- Niyə İranda muğamın daha çox şöbəsi işlənir, amma bizdə get-gedə azalır, çətin şöbələr ifa olunmur və unudulur?
- Nə danışırsınız, muğam Azərbaycanda indi olduğu qədər heç vaxt inkişaf etməyib. Allah Üzeyir bəyə rəhmət eləsin, muğamı proqram şəklinə saldı, onu dərslik elədi. O vaxtdan muğam tədris olunur və inkişaf edir. “Rast” məsələn, “Bərtaşt”, “Maye”, “Vilayəti” guşələri ilə oxunur. Vaxtilə çox xırda guşələri vardı, bir nəfəs edib deyirdilər filan guşəsidir. Bu xırda guşələrin hamısını Üzeyir bəy yığdı böyük guşələrin içinə. Dəsgah şəklində belə ifa olunur, xırdalıqlarla ifa edilsə, gərək bir muğam bir gün ifa olunsun. Azərbaycan muğamı dünyanın şah əsəri oldu. Zəif olsaydı, şah əsər elə İran muğamını edərdilər də. Bizim muğam da, onun ifaçıları da bütün şərqdə olan muğamdan və ifaçılarından güclüdür. Bizim muğam boğazı muğam olan şərq ölkələrinin heç birində yoxdur.
- Ustad ifaçılar gəncləri tənbəllikdə qınayırlar ki, yeni qəzəl oxumurlar, axtarışda deyillər. Oxunur ancaq Füzuli, Əliağa Vahid. Yoxsa bu gün qəzəl yazan yoxdur? Elə siz oxuduqlarınızı oxuyurlar.
- İfaçının özündən asılıdır. Hər bir ifaçı axtarmalıdır, özü üçün proqram düzəltməlidir. O qədər qəzəl yazanlar var ki, tapmaq lazımdır. Sözsüz ki, biz tələbələrə tövsiyyə edirik ki, axtarışda olun, yenilik axtarışında, istər musiqidə, istər qəzəliyyatda. Alim niyə Alim oldu, çünki həmişə axtarışdadır, indi mən gedib Alimi tapıb ona demirəm ki, axtarışda ol. Bu adam fitrətdən belədir. Quyuya su tökməklə quyu olmaz.
- Yetirmələriniz arasında sabahın Alimi olacağını hiss etdiyiniz birisi var?
- Mənim ömrüm buna çatmaz. Mən ikinci Alim görmürəm. Alimlər bir insan ömründə iki dəfə olmur, min ildə bir doğulur. Bəlkə onların arasında Alim yoxdur, amma tamam başqa aləm olanları var, gələcək göstərəcək. Alim olmaz, başqa aləm olar. Hanı Cabbar, Seyid, Xan əmi? Hər kəs öz adını qoyub gedir, demir ki, mən Xan olacam, Seyid olacam.
- Siz necə, iz qoydunuz?
- Onu mən deyə bilmərəm, muğam xiridarları bilər. Sənətkar özünü tərifləməz, ona xalq qiymət verər.
- Deyəsən səhhətinizdə problemlər vardı.
- İndi çox şükür yaxşıyam, əsas odur, o barədə danışmayaq, keçdi getdi.
- İnşallah, qayıtmaq ehtimalı da yoxdur.
- Onu Allah bilir. Hələ ki, yaxşıyam, işləyirəm, tələbələrimlə məşğulam. Səsim də yaxşıdır.
- Konsert necə, gözlənilir?
- Allah istəsə, olar, mənim istəyimlə deyil, Allah istəsə, olacaq. Yaxşı şeyin xiridarı az olur.
- Niyə operanın solisti olmamısınız, Məcnunu oynamaq arzunuz olmayıb?
- Mən köhnə sənətkarların yolu ilə getmişəm. Xan əmi Məcnun oynayıb? Yox. Allah rəhmət eləsin, Yaqub Məmmədovu nə qədər dəvət etdilərsə, gedib Opera teatrında işləmədi.
- Niyə?
- Ürəyi istəməyib, məni o yerlərə çəkməyin.
- Bakı toylarından danışmaq istəyirdim sizinlə, deyirlər o toylar hər ifaçını qəbul etmədiyi halda siz əbədi Bakı toylarının ifaçısısınız.
- Çünki bayaq dediyin xiridarlar ordadır, Bakı toylarında. Onlar muğamı, qəzəli-musiqini gözəl bilirlər.

1619 dəfə oxunub
Oxşar xəbərlər
Etoliyalı - Eyvind Yonsonun hekayəsi
15:00
24 noyabr 2024
Evində timsah saxlayan şair - O niyə milçəyinin dəfninə milyon dollar xərcləmişdi?
17:00
23 noyabr 2024
Gertruda Komorovskaya - Həmid Piriyevin yeni hekayəsi
15:00
22 noyabr 2024
"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif
12:26
22 noyabr 2024
Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın
17:00
19 noyabr 2024
"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi
15:00
19 noyabr 2024