At kimi it, “basketbolçu” tutuquşu

At kimi it, “basketbolçu” tutuquşu
17 sentyabr 2012
# 05:00
Dünyaca məşhur “Ginnesin rekordlar kitabı” gələn il 22 dildə, 100-dən çox ölkədə çap olunacaq. 2,7 milyon nüsxəsinin satılacağı güman edilən kitabdan ən maraqlı 7 rekordu sizə təqdim edirik:

1. Ən hündür it

Zevs adlı itin sahibi, alman Deniz Dorlaqın ən çox bu sualı eşidir: “Bu itdir, yoxsa at?”. Əlbəttə, bu itdir, sadəcə boyu bir balaca böyükdür. 2011-ci ilin oktyabrında Zevsin ayağından boynuna qədərki uzunluğu 1,12 metr olub, iki ayağı üstündə dayananda isə boyu 2,2 metr olur.

2. “Basketbolçu” tutuquşu

Kaliforniyada Zak adlı tutuquşu peyda olmayana qədər bu kateqoriya rekordlar kitabına düşməyib. Bu tutuquşu miniatür basketbol səbətinə dəqiqədə 22 atış edir. Lakin fərqliliyi bununla bitmir. Bundan əvvəl ən çox söz ehtiyatı – 100 söz ilə rekordlar kitabına bir dəfə də adını yazdırıb.

3. Ən balaca vertolyot

Dünyanın ən balaca vertolyotu GEN H-4-ün vintinin uzunluğu 4 metrdir. Yaponiyanın “Gen Corporation” kompaniyası tərəfindən hazırlanan vertolyot 70 kiloqramdır.

4. Ən güclü əzələ

Misirli Mustafa İsmayılın əzələləri kimi əzələ hələ görünməyib! Şişirdilməmiş halda 62,2-65 sm olan əzələlər şişmiş halda normal insan başı boyda olur. İsmayıl bu əzələlərə sahib olmaq üçün həyatının 11 ilini həftədə 6 dəfə məşq edərək keçirib.

5. “Pirsinq torbası”

Argentinalı Aksel Rosales bu ilin fevralında üzündəki 280 pirsinqlə rekord vurub. Bəlkə indiyə qədər pirsinq sayı artıb artıq.

6. Ən böyük ayaqqabı kolleksiyası

Kaliforniyalı Darlin Flinniz 12 il ərzində 15 min 665 ayaqqabı alıb. Heç bilirsiniz bu ayaqqabıların ümumi dəyəri nə qədərdir? Yarım milyon dollardan çox!

7. Ən hündür saç

Yapon Kaçixiro Vatanabe “vulkan” saç forması ilə fərqlənir. 113,5 sm uzunluğundakı saçını Vatanabe 15 ilə uzadıb. Saçlarını bu cür qaldırmaq üçünsə ona 2 saat vaxt, üç saç lakı və bir saç geli lazım olub.

Hazırladı: Rena Nevzat
# 2950 dəfə oxunub

Oxşar xəbərlər

Maska arxasındakı tənhalıq:  Key Seycin sirli əsəri

Maska arxasındakı tənhalıq: Key Seycin sirli əsəri

12:30 25 iyun 2026
İşə gecikdiyi üçün həbsxanaya düşən azərbaycanlı rəssam kim idi?

İşə gecikdiyi üçün həbsxanaya düşən azərbaycanlı rəssam kim idi?

16:33 24 iyun 2026
Qaçılmaz sonun kətan üzərində təsviri - Leypoldun "Məzarlığın girişi" tablosu

Qaçılmaz sonun kətan üzərində təsviri - Leypoldun "Məzarlığın girişi" tablosu

16:00 24 iyun 2026
Rembrandtın ən istedadlı tələbəsi - Onun əsərlərini niyə ustadının adına çıxırdılar?

Rembrandtın ən istedadlı tələbəsi - Onun əsərlərini niyə ustadının adına çıxırdılar?

13:30 24 iyun 2026
Heç kimin tanımadığı rəssamın şedevri - Adi səhər yeməyi necə sənət əsərinə çevrildi?

Heç kimin tanımadığı rəssamın şedevri - Adi səhər yeməyi necə sənət əsərinə çevrildi?

18:25 22 iyun 2026
Xoşagəlməz hadisə - Nadir Yalçının hekayəsi

Xoşagəlməz hadisə - Nadir Yalçının hekayəsi

12:00 22 iyun 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər