“Səni heç kim kinoya çəkməz, Nikulin” ANIM

“Səni heç kim kinoya çəkməz, Nikulin” ANIM
14 sentyabr 2012
# 04:00
Sovet adamlarının sevimli Yuri Nikulini Smolenskdə dünyaya gəlib -1921-ci ilin dekabrında. Sosialist Əməyi Qəhrəmanı, Xalq artisti, “Vətən Qarşısında Xidmətlərinə görə” Centlmen Ordeni və sair, və ilaxir.

Yurinin atası Smolensk teatrında işləyirdi, anası da həmin teatrda aktrisa idi. Vladimir Andreyeviç öz yaratdığı truppa ilə yumoristik tamaşalar hazırlayır, özü də həmin tamaşalarda oynayırdı.
Nikulin dünyaya gələndən dörd il sonra ailə Moskvaya köçür. Atası öz sevimli işi ilə məşğul olur – estrada və sirk səhnələri üçün reprizlər yazırdı. Anası isə heç yerdə işləmədən yalnız oğlunun tərbiyəsi ilə məşğul olurdu. Anası tez-tez onu tamaşalara aparır, evə qayıdandan sonra baxdıqları tamaşaları ailəvi müzakirə edərdilər. Beləliklə, Nikulin uşaqlıqdan teatr mühitini yaxından tanıyırdı.

Nikulinin təhsil aldığı məktəbdə isə atası dram dərnəyinə rəhbərlik edirdi. Dərnəkdə Yuri özü də vardı. M. Qorkinin “Uşaqlıq” tamaşasında Yuri Peşkovu oynamışdı.

Oxuduğu məktəb o dövrün qabaqcıl məktəblərindən idi. Nikulin o qədər də yaxşı oxumurdu. Yeddinci sinfi bitirəndə sinfin ən yaxşı oxuyanlarını səkkizə keçirdilər, Nikulini isə həmin məktəbdən yeddinci sinifdən xaric etdilər. Yuri adi məktəbdə orta məktəbi başa vurdu: “Adi məktəbə keçmək mənim üçün kədərli deyil, əksinə çox sevindirici idi, çünki orda həyətdə bir yerdə oynadığım uşaqlarla oxuyurdum. Dərsdən qaçır, həyətdə futbol oynayırdıq. Məktəbə həyət hasarını keçib gedir, elə həmin hasardan da geri qayıdırdıq, beləliklə yolu qısaldırdıq.


ƏSGƏRLİKDƏN MÜHARİBƏYƏ

Onuncu sinfi bitirən Yuri ordu sıralarına çağırılır. Hərbi xidmətdə zenit atıcılığına düşən Yuri sonralar o illəri belə xatırlayırdı: “Mənim qeyri-standart bədən quruluşuma şinel uyğun gəlmirdi, çiyinlərim sallanır, şinel əynimdən tökülürdü. Arıq ayaqlarım sapoqların içində oynayırdı. Addımlayanda hamı mənə baxıb gülür, əlacım kəsilir mən də onlara qoşulub özümə gülürdüm.”

Bir-neçə ay sonra Finlandiya ilə müharibə başlayır. Yoldaşları kimi Nikulin də müharibəyə getmək üçün ərizə yazdı. Döyüşlər lap yaxında Leninqrad uğrunda gedirdi. Nikulinin zenit batareyası hava hücumundan müdafiə üçün gözləmə mövqeyində dururdu.

Xidmətinin ikinci ili Nikulin plevrit olub hospitala düşür. Müalicədən sonra isə onu sanitar hissəyə sanitar kimi göndərirlər. Bir il orda fəaliyyət göstərib evə qayıtmağa hazırlaşırdı ki, 1941 – ci il Böyük Vətən müharibəsi başlayır.

Müharibənin ilk günlərindən Nikulinin olduğu bölüm alman təyyarələrini atəş altına götürür. Zenit batareyasının tərkibində Nikulin 1943-cü ilin yazına qədər döyüşür. İki dəfə isə ciyərlərinin soyuqlaması və kontuziyaya görə hospitala düşür.

“Mən elə də cəsarətli deyildim, qorxurdum, amma başqaları qışqırıb qaçır, ağlayırdı, mən belə etmirdim. İlk dəfə yanımda adam ölməsini uzun illər unuda bilmirdim. Oturduğumuz yerə düşən mərminin qəlpəsi yanımdakı yoldaşın başını üzdü. Mən heykələ dönüb onun başsız dim-dik oturan bədəninə baxırdım.

Qələbəni Nikulin Baltikyanı ölkələrdə qarşıladı. Tərxisolunma etapla aparıldığından Yuri müharibə qurtarandan bir il sonra Moskvaya qayıtdı.

“SƏNİ HEÇ KİM KİNOYA ÇƏKMƏZ”

Qayıdan ilin yayı Nikulin sənədlərini Moskva Kinematoqrafiya İnstitutuna verir. Üçüncü turda onu imtahanlardan uzaqlaşdıran imtahan komissiyası deyir ki, “Səni heç kim kinoya çəkməz, aktyor olmağı belə çox istəyirsənsə get teatr institutuna”.

İki dəfə teatr institutuna sənəd verən Nikulin bu uğursuzluqlardan bezir.

Bir gün qərar gəlir ki, sirkə kloun işinə getsin. Atası bu işdə ona dəstək verir. Yuri Moskva Bulvarını Dövlət sirkində kloun kimi işə başlayır.

1948-ci ildən Nikulinin sirk fəaliyyəti başlayır. Tərəf müqabili isə Boris Romanov idi. Sonralar Nikolay Şuydin də onlara qoşulur.

1946- cı ildə Nikulin Tatyana adlı qızla tanış olur. Timiryazev Akademiyasında dekorativ bağçılıq fakültəsində təhsil alan Tatyana həm də at idmanı ilə maraqlanırdı. Nikulinlə də elə orda tanış olmuşdular. Bir gün Nikulin onu sirk tamaşasında dəvət edir. Tamaşa vaxtı gözü dəvət etdiyi Tatyananı axtaran Yuri manejdə atın ayaqları altına düşür. Xəstəxanada müalicə alanda isə Tatyana özünü günahkar hiss etdiyi üçün onun yanına tez-tez gedirdi. Beləcə, müalicə qurtaran kimi onlar evlənirlər.

1956-cı ildə bu izdivacdan oğlu dünyaya gəlir, adını Maksim qoyurlar.

BU DA KİNO

1958-ci ildə Nikulin ilk dəfə filmə çəkilir. Onu rejissor Faynsimmer “Gitaralı qız” filminə dəvət edəndə onun yadına Kinematoqrafiya İnstitutunun imtahan komissiyasının dediyi rəy düşür: “Səni heç kim kinoya çəkməz”. Dəvətdən imtina edir, rejissor isə əl çəkməyib nəhayət onu filmə çəkilməyə razı sala, daha doğrusu əvəzsiz olduğuna inandıra bilir. Onun oynadığı pirotexnik rolu uğurlu alınır, tamaşaçı məıhz bu rola uğunub gedirdi. Film isə kinoprokatda onuncu olur.

Başqa bir rejissor Yuriy Çulyukin onu elə həmin filmdən bəyənib “Tabe olmayan” adlı filmə Klyaçkin obrazına çəkir.

Tezliklə Eldar Ryazanov onu “Əsilsiz adam ” filminə baş rola dəvət edir. Həmin filmin çəkilişləri vaxtı İqor İlinski Nikulini “Kiçik teatr”a dəvət edir. Niklulin deyir ki, gənc vaxtlarım olsaydı, gələrdim, indi qırxı keçəndən sonra yenidən başlamaq mənasızdır.

Filmin isə taleyi başqa cür dövr edir. Çəkilişləri ölkə rəhbərliyi dayandırır, illər keçəndən sonra həmin filmə qayıdan Ryazanov yaşına görə Nikulini baş rola çəkə bilmir. Ona yalnız epizodik rol düşür.

BALBES

60-cı illərin əvvəlində Leonid Qaydayın “Pyos Barbos” filmindəki Balbes rolu onu bütün Sovetlər Birliyində məşhur edir. Bu filmdəki üçlük isə hamının sevimlisinə çevrilir. Morqunov, Vitsin, Nikulin. Nikulin gündüzlər filmə çəkilir, axşamlar sirkdə çıxış edirdi. Nikulini heç qrim etmirdilər Qaydy demişdi ki, onun siması elə təbii ikən təbəssüm yaradır. Kipriklərini məzə ilə oynatması bu gün də tamaşaçının da yadında yaxşı qalıb.

Həmin üçlüyü- Nikulin, Vitsin, Morqunov - Qayday daha bir filmində çəkir - “Araqçəkənlər”. Film çox böyük uğur qazanır.
1964-cü ildə Nikulin “Yanıma gəl, Muxtar” filminə milis roluna dəvət alır. Deyir mən milis rolu oynaya bilmirəm, son iki filmdə cinayətkarı oynamışam. Rejissor razı salır və Nikulin daha bir uğurlu obrazın altından imza atır.

Leonid Qaydayın “I əməliyyatı”, “Qafqaz əsiri” filmlərinə çəkiləndə Nikulin artıq çox tanınmış, populyar aktyor idi. “Qafqaz əsiri”nin ssenarisi aktyorun xoşuna gəlmədiyindən çəkilməkdən imtina edir. Qaydaya yalnız bir şərtlə çəkiləcəyini söyləyir: “İmprovizələrə qarışmayacaqsan”. Rejissor razılaşır. Nəticədə “Qafqaz əsiri” filmi Sovetin ən gözəl komediyalarından biri olur. Nikulin, Vitsin, Morqunov tamaşaçını daha bir filmlə valeh edir.

1969-cu ildə Qayday daha bir komediyasında Nikulunu çəkir- “Brilliant əl”. Sakit, ciddi Semyon Semyonoviç eyni sevgi ilə tamaşaçı tərəfindən sevilir. Bu dəfə tərəf müqabilləri Andrey Mironov və Anatoli Papanov olur. Nəticədə bu film Leonid Qaydayın ən yaxşı komediyası hesab olunur. Bir sözlə, Nikulinlə Qayday yaradıcılığı Sovet kinosunun müəyyən bir dövrünü əhatə edir. Ardınca “12 stul” . Qayday onu daha bir komadiyasına dəvət etmişdi – “İvan Vasilyeviç peşəsini dəyişir” filminə. Sirk rəhbərliyi qastrol səfərinə görə Nikulinəı filmə çəkilməyə icazə vermir.

“Avtomobildən qorunun”, Quldur qocalar”, “Onlar vətən uğrunda döyüşmüşlər” sonrakı illərin filmləridir. Artıq Nikulinin yaşlı vaxtlarının. Serqey Bondarçukun daha bir filminə çəkilmə ərəfəsində aktyor yenə sirk kollektivi ilə qastrola getməli olur. Kinoda bir çox rollarını sirkə görə qurban verib Nikulin. “Məni kino qəbul etməyəndə sirk qucağını açıb, indi kino qəbul edir deyə sirki ata bilmərəm” deyib.


“20 gün müharibəsiz” filminə onu rejissor Aleksey Qerman çox maneələri aşıb dəvət etmişdi. Hamı deyirdi Lopatin obrazı Nikulinə görə deyil. Rejissoru yalnız Konstatin Simonov dəstəklədi. Çəkiliş vaxtı da Ludmila Qurçenko bir-neçə dəfə Nikulinlə çəkilməkdən imtina edir ki, bu tez-tez əsəbləşib məni obrazdan çıxardır. Sonralar filmin iki qəhrəmanı Nikulin və Qurçenko şedevr yaratdıqlarını dərk etdilər.
80-ci ildə “Çuçila” filminə çəkildi və ondan sonra Nikulini Moskva sirkinə direktor təyin etdilər.

İllər sonra aktyor onu “böyük kloun” adlandıranla cavab verir: “Məndən böyük klounlar var, haqsızlıq etməyin. Məni publikaya kino sevdirdi sirk yox.”

Bu sözləri dediyi müsahibə onun həyatında sonuncu çıxışı oldu. 1997-nin yayında aktyor özünü pis hiss edib xəstəxanaya gedir. Məlum olur ki, ürəyində ciddi problemlər var, əməliyyat olunmalıdır. Əməliyyat vaxtı ürək damarları bağlanır, onu işə salmaq xeyli vaxt aparır. İşə düşəndə isə artıq başqa orqanlar sıradan çıxmış olur. Ciyərlər, beyin, böyrəklər bərpa olunmur ki, olunmur. Onun həyatla mübarizəsi 16 gün çəkir. 1997-ci il avqustun 21-i səhər saat 16.00-da Nikulinin evində bütün saatlar onun ürəyi dayanan zaman kimi dayandırıldı. Ölmüşdü...

Nikulinin xanımı dünyasını ondan az sonra dəyişir. Oğlu Maksim ixtisasca jurnalistdir. Əvvəlcə Rusiya kanallarında, sonra atasının adını daşıyan sirkdə direktor işləyir. Hazırda Almaniyada yaşayır.

Ramilə QURBANLI

# 2837 dəfə oxunub

Oxşar xəbərlər

Etoliyalı - Eyvind Yonsonun hekayəsi

Etoliyalı - Eyvind Yonsonun hekayəsi

15:00 24 noyabr 2024
Evində timsah saxlayan şair - O niyə milçəyinin dəfninə milyon dollar xərcləmişdi?

Evində timsah saxlayan şair - O niyə milçəyinin dəfninə milyon dollar xərcləmişdi?

17:00 23 noyabr 2024
Gertruda Komorovskaya - Həmid Piriyevin yeni hekayəsi

Gertruda Komorovskaya - Həmid Piriyevin yeni hekayəsi

15:00 22 noyabr 2024
"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

12:26 22 noyabr 2024
Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

17:00 19 noyabr 2024
"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

15:00 19 noyabr 2024
# # #