Uşağı birinci sinifə gedənlər bunu oxusun

Uşağı birinci sinifə gedənlər bunu oxusun
13 sentyabr 2012
# 05:00
Bu şənbə birinci sinifə gedənlər üçün ilk zəng çalınacaq. Minlərlə uşaq ilk dəfə məktəbə ayaq basacaq. Həmin gün ağlayanlar da olacaq, ağıllı olub müəlliminə qulaq asanlar da...
Bəs valideynlər uşaqların ilk günü həyəcansız, rahat keçirməsi üçün nələri bilməlidirlər?


1. Səhər məktəbə gedəcək uşaq axşam tez yatmalıdırmı?

Uşağı tez yatırtmaq ona həyəcan və stress kimi lazımsız hisslər yaşada bilər. Bu, onda məktəbin qorxulu yer olması ilə bağlı səhv fikirlər yaradar.

2. Bir gün əvvəl uşağı məktəbə aparıb tanıtmaq yaxşı olarmı?

Uşağınız məktəb barədə narahatdırsa, aparın. Müəlliməsi ilə tanış edin. Ona “Görəsən öhdəsindən gələr?” düşüncəsi ilə hərəkət edib uşağı qorxutmayın.

3.Məktəb qayda-qanunu necə öyrətməli?

Bağçaya gedən uşaqlar təbii ki məktəbə daha tez öyrəşirlər. Qayda-qanunlar da eynidir. Getməyibsə, ona məktəbin evdən azca fərqli olduğunu deyin, orda özünü daha ağıllı aparmağı məsləhət görün.

4. Müəllim haqda nələri demək lazımdır?

Müəllimi uşaqları döyən, danlayan biri kimi təsvir etməyin. Onun funksiyasını – yeni şeylər öyrətdiyini tez-tez vurğulayın.

5. Məktəbə getməyə razılaşsa da, yolda fikrindən daşındı...

Ola bilər, yaşıdlarının çoxluğu onu qorxuda bilər. Əsəbiləşmədən onu yola gətirin. Zorla heç nəyə məcbur etməyin, yoxsa məktəbi “cəza yeri” kimi görməyə başlayar.

<>6. Birinci gün onu neçədə oyadım?

Bundan sonra nə vaxt oyandıracaqsınızsa, bu gün də o vaxtda oyandırın. Yeməyi yeməsi, dişlərini fırçalaması, əynini geyinməsi üçün vaxt verin. Onu tələsdirməsəniz, məktəbdə daha rahat olar.

7. Xüsusi səhər yeməyi hazırlamaq lazımdırmı?

Nə qədər həyəcanlanmamağa çalışsanız da, çox gizlədə bilməyəcəksiniz. Ona görə, bir gün əvvəldən səhər nə yemək istədiyini öyrənin.

8. Paltarını kim geyindirəcək?

Uşaqlar böyüdükcə əvvəl soyunmağı, sonra geyinməyi öyrənirlər. Tək geyinə bilirsə, icazə verin özü geyinsin, siz lazımlı düzəlişləri sonda edərsiniz.

9. İlk gün yanında kimsə qalsınmı?

Ana-ata ilə, yaxud özündən böyük bacı-qardaşı ilə getsə, yaxşı olar. Sağollaşanda “hind filmləri”ndəki kimi ağlaşma qurmayın.

10. Forma geyinmək istəmirsə?

Məktəbə adi paltarla getmək istəyirsə, məktəbin başqa qaydaları olduğunu deyin. Ya da “Bu gün geyin, get. Dərsdə müəlliminə başa sal ki, bu paltarla gəlmək istəmirsən” – deyin, məktəbə gedəndən sonra hamının bu paltarda olduğunu görüb böyük ehtimalla fikrini dəyişəcək.

11. Ən sevdiyi oyuncaqdan ayrıla bilmir…

Məktəb icazə verirsə, oyuncağını da götürsün. Əgər icazə vermirlərsə, çıxanda oyuncaqla onu gözləyəcəyinizi deyin.

12. Qız uşaqları sırğalı, qolbaqlı, dırnaq boyası ilə dərsə getmək istəyərsə?

Evdəki kimi məktəbin də qaydaları olduğunu xatırladın.

13. “Məktəbdə nə edəcəyəm?”

Məktəbi gəzməyi, uşaqlarla oynamağı məsləhət görün.

14. Gözləməli, yoxsa yox?

Uşaqdan uşağa fərq var əlbəttə. İlk gün onu həyətdə gözləyəcəyinizə əmin edin.

15. Nə vaxta qədər gözləmək düzgündür?

Uşağa “Sən öyrəşənə qədər”- kimi qeyri-müəyyən sözlər deməyin. Məktəbə, müəlliminə öyrəşdiyini hiss edənə qədər həyətdə onu gözlədiyinizi bildirin.

16. Sinifdə heç kimi tanımır. Nə etməli?

Uşaqları ona “yeni dostların” kimi tanıdın. Cəsarətləndirin.

17. Elə ilk gün kimləsə dava etdi…

Ola bilər, ilk gün kimsə onu itələsin, söz atsın. Çalışın, belə hadisələrdə çox aktiv olmayasınız. Ona özünü qorumasını və kobudluğun pis şey olduğunu sinif yoldaşına başa salmağını məsləhət görün. Ya da problem olarsa, müəlliməyə deməyini tapşırın. Özünüz müdaxilə etməyin, bu, uşağınızın öz problemlərini həll etməsinə mane olar.

18. Dərs bitdi. Məktəblə bağlı suallar vermək lazımdırmı?

Çıxan kimi sorğu-suala tutmayın onu. Azca söhbət eləsəniz, onsuz da özü olanları danışmağa başlayacaq. Danışmırsa, şəxsi həyatına hörmətlə yanaşın və onu çox incitməyin.

19. “Müəllimin xoşuna gəldi?”

“Yox” desə, nə edəcəksiniz? Ən yaxşısı, “Müəllimim xoşuma gəlmədi” cümləsini qurmaq üçün imkan yaratmamaqdır.

20. Bir balaca problem var…

Uşağın ünsiyyət qurmaq problemi varsa, müəllimə bu barədə xəbərdarlıq etməyi qəti unutmayın.

Rəna Nevzat
# 2393 dəfə oxunub

Oxşar xəbərlər

Etoliyalı - Eyvind Yonsonun hekayəsi

Etoliyalı - Eyvind Yonsonun hekayəsi

15:00 24 noyabr 2024
Evində timsah saxlayan şair - O niyə milçəyinin dəfninə milyon dollar xərcləmişdi?

Evində timsah saxlayan şair - O niyə milçəyinin dəfninə milyon dollar xərcləmişdi?

17:00 23 noyabr 2024
Gertruda Komorovskaya - Həmid Piriyevin yeni hekayəsi

Gertruda Komorovskaya - Həmid Piriyevin yeni hekayəsi

15:00 22 noyabr 2024
"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

12:26 22 noyabr 2024
Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

17:00 19 noyabr 2024
"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

15:00 19 noyabr 2024
# # #