Bu il Azərbaycan Bəstəkarlar İttifaqının qurultayı keçiriləcək
Bu il Azərbaycan Bəstəkarlar İttifaqının qurultayı keçiriləcək. İttifaqın mətbuat katibi İltifat Hacıxanoğlunun APA-ya verdiyi məlumata görə, qurultay bu ilin sonuna kimi baş tutacaq və bu günlərdə keçirilməsi nəzərdə tutulan İdarə Heyətinin iclasında qurultayla bağlı bütün məsələlər, eyni zamanda tarixləri aydınlaşacaq. İ. Hacıxanoğlu deyib ki, artıq qurultaya hazırlıq prosesinə start verilib. Bu məqsədlə bəstəkarlar haqqında təfsilatı informasiyaların yer alacağı məlumat kitabçası hazırlanır.
Qurultay müddətində ABİ-yə yeni sədr və idarə heyəti də seçiləcək. Bəstəkarla İttifaqının sonuncu qurultayı beş il bundan əvvəl, 2007-ci ilin mart ayında keçirilib və Firəngiz Əlizadə ittifaqın sədri seçilib.
Qeyd edək ki, Azərbaycan Bəstəkarlar İttifaqı 1934-cü ildən SSRİ Bəstəkarlar İttifaqının respublika şöbəsi kimi fəaliyyətə başlayıb.

Oxşar xəbərlər
Sədaqət, itaət və andın ciddiliyi... - Edmund Leytondan "Cəngavər əməli"
16:30
1 sentyabr 2026
"Başqasının səmasında ulduz olacaqsan..." - Məşhur "Black" necə yarandı?
17:00
31 avqust 2026
Barokko işığında küçə estetikası - Dan Vitzin məşhur əsərləri
16:00
31 avqust 2026
Əri güllələndi, övladı uşaq evində acından öldü, qızı həbs edildi... - Görkəmli rus şairin faciəvi taleyi
12:00
31 avqust 2026
Napoleonun portretlərini çəkən məşhur neoklassik rəssam - Jak-Lui David kimdir?
12:30
30 avqust 2026
"Zamanı kuryer çantasında daşıyan adam..." - Əli Şirin Şükürlünün şeirləri
14:00
29 avqust 2026