35 yaşlı müğənni xərçəngdən vəfat etdi

35 yaşlı  müğənni xərçəngdən  vəfat etdi
4 noyabr 2026
# 10:55

Amerikalı kantri müğənnisi Nikol Teylor vəfat edib.

Kulis.az xəbər verir ki, "Taylor Red" qrupunun solisti 35 yaşında, döş xərçəngi ilə uzunmüddətli mübarizədən sonra dünyasını dəyişib.

Müğənninin ölümü bacıları Natali və Nika tərəfindən yayımlanan videomüraciətdə ictimaiyyətə açıqlanıb. Onun xəstəliyi ilə bağlı mübarizəsi bir neçə il davam edib.

Bacılarının sözlərinə görə, Nikol 2022-ci ildə üçüncü mərhələ döş xərçəngi diaqnozu alıb. Xəstəlik sonradan dördüncü mərhələyə keçib. Onlar bacılarını qrupun qorxmaz lideri, ailənin dayağı və səhnədə əvəzolunmaz insan kimi xarakterizə ediblər.

Nikol, Nika və Natali üçəm bacılar idi. Onlar 2010-cu ildə "Red Roots" adı ilə musiqi fəaliyyətinə başlayıblar. Daha sonra qrupun adı "Taylor Red" olaraq dəyişdirilib. Nikol solist olmaqla yanaşı, gitara, banjo və skripka da ifa edirdi.

Qrupun 2021-ci ildə yayımladığı "Country Money" mahnısı TikTok-da geniş yayılıb. Kollektiv uzun illər ərzində ABŞ-də və digər ölkələrdə mindən artıq canlı konsert verib. Onların "YouTube" kanalı da 16 milyondan çox abunəçi toplayıb.

# 111 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur müğənni azadlığa buraxıldı

Məşhur müğənni azadlığa buraxıldı

11:30 4 noyabr 2026
Teatr və konsert müəssisələrinin fəaliyyətinə 51,6 milyon manat ayrılacaq

Teatr və konsert müəssisələrinin fəaliyyətinə 51,6 milyon manat ayrılacaq

11:15 4 noyabr 2026
77 illik cinayətin sirri yenidən açıldı – Fransanın ən nüfuzlu ədəbi mükafatı ona verildi

77 illik cinayətin sirri yenidən açıldı – Fransanın ən nüfuzlu ədəbi mükafatı ona verildi

10:17 4 noyabr 2026
Ayasofiyada qədim tunellər və yeraltı məzarlıq üzə çıxarıldı

Ayasofiyada qədim tunellər və yeraltı məzarlıq üzə çıxarıldı

10:00 4 noyabr 2026
Qobustan qayasında 2000 illik sirr: Roma legionu Xəzərə niyə gəlmişdi?

Qobustan qayasında 2000 illik sirr: Roma legionu Xəzərə niyə gəlmişdi?

10:00 4 noyabr 2026
Tanınmış kataloniyalı yazıçı bu ilin  "Servantes Mükafatı"nı  qazandı

Tanınmış kataloniyalı yazıçı bu ilin "Servantes Mükafatı"nı qazandı

09:55 4 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər