Direktor: "BMT-nin Sivilizasiyalar Alyansı Azərbaycan hökuməti ilə sıx əməkdaşlıq edir"

Direktor:  "BMT-nin Sivilizasiyalar Alyansı Azərbaycan hökuməti ilə sıx əməkdaşlıq edir"
26 oktyabr 2026
# 12:38

Daha parçalanmış dünyada dialoqa 15 il əvvəlkindən daha çox ehtiyacımız var.

Kulis.az APA-ya istinadən xəbər verir ki, bunu BMT Sivilizasiyalar Alyansının (UNAOC) direktoru Nihal Saad 27–29 oktyabr tarixlərində Bakıda keçiriləcək VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna həsr olunmuş mətbuat konfransında deyib.

O bildirib ki, bu il Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun 15 illiyi qeyd olunur.

“15 il əvvəl bu konsepsiyanın yaranmasından sonra bu gün qlobal mənzərədə özümüzü daha parçalanmış dünyada görürük və dialoqa 15 il əvvəlkindən daha çox ehtiyacımız var”, - Nihal Saad vurğulayıb.

UNAOC direktorunun sözlərinə görə, təşkilat Azərbaycan hökuməti və Mədəniyyət Nazirliyi ilə yanaşı, Forumun digər tərəfdaşları ilə də sıx əməkdaşlıq edir.

O qeyd edib ki, UNAOC BMT sistemi çərçivəsində mədəniyyətlərarası və dinlərarası dialoqa rəhbərlik edən əsas qurumlardan biridir və dövlət, eləcə də qeyri-dövlət aktorlarını bir araya gətirən qlobal dialoq platformalarının yaradılması istiqamətində fəaliyyət göstərir.

Saad bildirib ki, VII Forum çərçivəsində əsas yeniliklərdən biri dinlərarası dialoqa həsr olunmuş plenar sessiyanın keçirilməsidir.

Onun sözlərinə görə, “Dialoq – ortaq gələcəyə aparan yol xəritəsi” adlı sessiyada müxtəlif dini icmaların nümayəndələri və ekspertlər iştirak edəcək.

“Biz dinlərarası dialoqun müasir qlobal çağırışların həllində, sülh quruculuğunda, barışıqda və sosial birliyin təmin edilməsində necə töhfə verə biləcəyini araşdıracağıq”, - UNAOC direktoru bildirib.

Nihal Saad Forum çərçivəsində gənclərlə bağlı tədbirlərin də xüsusi əhəmiyyət daşıdığını qeyd edib.

O bildirib ki, UNAOC-un təşkil etdiyi gənclər proqramında təşkilatın mentorluq proqramları və seminarlarının məzunları olan 60-dan çox gənc iştirak edir.

“Onlar öz təcrübələrini və bu seminar və mentorluq proqramlarından necə faydalandıqlarını bölüşmək üçün buradadırlar. Onlar öz ölkələrinə və icmalarına qayıdaraq bu proqramlardan əldə etdikləri təcrübəni tətbiq ediblər”, - Saad vurğulayıb.

O əlavə edib ki, Qubada keçirilən Beynəlxalq Gənclər Forumu çərçivəsində 44 ölkədən 100-dən çox gənc, o cümlədən azərbaycanlı gənclər bir araya gəlib.

“İştirakçılar icmalarının qarşılaşdığı problemləri müzakirə edib, müxtəlif fəaliyyətlər vasitəsilə qarşılıqlı hörmət, etimad və birlik dəyərlərini təşviq ediblər”, - UNAOC direktoru bildirib.

UNAOC direktoru Forum çərçivəsində keçiriləcək “One Humanity” konserti barədə də məlumat verib.

O bildirib ki, “Our Oldest Future” adlı konsert mədəniyyət və incəsənətin insanları sərhədlərdən asılı olmayaraq bir araya gətirmək gücünü nümayiş etdirəcək.

“Musqinin fərqlilikləri aşmaq və bizi birləşdirən dəyərləri xatırlatmaq üçün unikal qabiliyyəti var”, - Saad bildirib.

Onun sözlərinə görə, konsertdə XX əsrin iki böyük musiqiçisi — Mstislav Rostropoviç və digər görkəmli musiqiçinin yaradıcılığı təqdim olunacaq və onların süni intellekt vasitəsilə səhnədə “yenidən görüşməsi” nümayiş etdiriləcək.

# 104 dəfə oxunub

Oxşar xəbərlər

Tanınmış aktyor vəfat etdi

Tanınmış aktyor vəfat etdi

13:30 26 oktyabr 2026
Azərbaycanla  Özbəkistan arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında saziş təsdiqləndi

Azərbaycanla Özbəkistan arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında saziş təsdiqləndi

13:17 26 oktyabr 2026
“Bridcet Cons”un yaradıcısından yeni addım:  Ən gülməli yazılara pul mükafatı

“Bridcet Cons”un yaradıcısından yeni addım: Ən gülməli yazılara pul mükafatı

13:00 26 oktyabr 2026
Mehriban Əliyeva Xalq rəssamı Fərhad Xəlilovu  yubileyi münasibətilə təbrik etdi

Mehriban Əliyeva Xalq rəssamı Fərhad Xəlilovu yubileyi münasibətilə təbrik etdi

12:51 26 oktyabr 2026
ISECO:  "Bakı prosesi müxtəlif mədəniyyət nümayəndələrini bir araya gətirib"

ISECO: "Bakı prosesi müxtəlif mədəniyyət nümayəndələrini bir araya gətirib"

12:40 26 oktyabr 2026
Salli Runi ilə həmrəylik:  İki uşaq yazıçısı qonorarlarını ona verəcək

Salli Runi ilə həmrəylik: İki uşaq yazıçısı qonorarlarını ona verəcək

12:40 26 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər