Avqust

Avqust
17 avqust 2012
# 12:07
Bilmirəm, üç aylıq tətilin bitməsinə şüuraltı reaksiyadır, ya keçmişlə bağlı xoşagəlməz xatirələrlə əlaqəlidir, amma avqustda adamı kövrəkləşdirən, süst edən, bir şezlonq üstündə, bir miçətkən altında, səssizcə günəşin batmasını izləyib, siqaret tüstülətdirən bir ovqat var. Əslinə, bilirəm, çox yaxşı bilirəm, niyə beləyəm.

Kondisionerin altında, illərdi üzümə dişini ağardan tavana gözlərimi zilləyib, bir-birilə əlaqəsi olmayan, qarmaqarışıq, rabitəsiz şeylər düşünə-düşünə gün axşam olur. Arada nəsə oxuyuram, qəzetlərin, kitabların ağ yerlərinə nəsə bir-iki misra qaralayıram, facebook-da avaralanıram, sonrası təkrar oğlu təkrar. Gün bir az zəngin olanda, dost-tanışlar zəng vurur, görüşürük, bir-birimizə çoxlu suallar veririk, cavablar icad edirik; füqəra suallar eyni söhbətin inşaatında fəhləlik etməkdən boynunu bükür, yekəxana cavablarsa heç gözə dəymir.

Bu avqustda ilk dəfədir ki, ən xırda şeylərə də - diş məcunu reklamlarında məcburi gülümsəyən qızlara, xəbərləri aparan kişilərin dövlət patentli səliqəsinə, “neynirsən ? “ – mesajına, marşrutda rastlaşdığım tanışın, yolpulumu vermək üçün çabalamasına, “düşərsən” – deyib, qalibanə ədayla mənə əl sallamasına, çörəyin içini yeyən qocalara, dondurma görəndə gözləri parıldayan uşaqlara gözlərim dolur; içimdə adını bilmədiyim bir mexanizm işə düşür, mənə tanış olmayan bu nəhəng mexanizmin içimdə nə vaxtdan, necə işə düşdüyünü anlaya bilmirəm.

Avqust mahir illüzionistdi, o, məni durmadan dejavu hissinə sürükləyir, ilk dəfə gördüyüm yerləri, birinci dəfədir eşitdiyim musiqiləri, təzəcə çıxan filmləri, lap çoxdan, uşaqlıqdan bildiyim duyğusu ilə aldadır. Aldanıram.

Avqust, sən bilərsən, pivə parçlarını qaldırmaq, niyə “muskul” yox, qarın çıxardır ?!

Vaxt vardı mən gündə yüz dəfə telefonumu yoxlayırdım, görüm mənə zəng çatırmı, çox yığmışam ev telefonundan mobil telefonumu. Gözlədiyimiz mesajlara heç vaxt gəlmədi, avqust.

Avqust, əcdadın minotavrmı sənin, Allen Rob Qriyenimi sevirsən ? Mən Tesey deyiləm, avqust, yığışdır bu darıxmaq labirintini.

Telefon nömrələri qalan, özləri torpaq olan adamlardı dostlarım, avqust.

Avqust, sən hardan biləsən darıxmaq adama necə əzab verir, adam kimi darıxmaq...

Avqust, sən dırnaqlarını yeyib qanatmısanmı ?

Avqust, Zərdüştü qaytar...
# 1746 dəfə oxunub

Oxşar xəbərlər

Menqsin şah əsərlərindən biri - "Çobanların sitayişi" nəyi izah edir?

Menqsin şah əsərlərindən biri - "Çobanların sitayişi" nəyi izah edir?

15:00 29 iyun 2026
Muminlər vadisinin yaradıcısı: Tuve Yanssonun sehrli dünyası

Muminlər vadisinin yaradıcısı: Tuve Yanssonun sehrli dünyası

14:00 27 iyun 2026
Yetim oğlan  - Muxtar Auezovun hekayəsi

Yetim oğlan - Muxtar Auezovun hekayəsi

10:00 27 iyun 2026
Döyüş romantikasını darmadağın edən faktlar - Ölmədən öncə mütləq baxılmalı 10 müharibə filmi

Döyüş romantikasını darmadağın edən faktlar - Ölmədən öncə mütləq baxılmalı 10 müharibə filmi

14:00 26 iyun 2026
Bu sendviçdə mayonez yoxdur - Cerom Devid Selincerin hekayəsi

Bu sendviçdə mayonez yoxdur - Cerom Devid Selincerin hekayəsi

10:00 26 iyun 2026
Maska arxasındakı tənhalıq:  Key Seycin sirli əsəri

Maska arxasındakı tənhalıq: Key Seycin sirli əsəri

12:30 25 iyun 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər