Yetim Eyvazın Kulis.az-a müsahibəsi
16 avqust 2012
11:00
Müsahibə təkrar çap olunur.
“21 il şofer işləmişəm”
Qalaaltında axtarıb Bakıda tapdığımız şair Yetim Eyvazla müsahibəmiz nəhayət ki, baş tutdu. Baxmayaraq ki, o, müsahibəni sabaha keçirməkdə israrlı idi. Biz “Şəki” kafesinə çatanda Eyvaz pivə içirdi. Bizə də təklif etdi. Çay içmək istədiyimizi dedik. “Nolub ala, bir avara mənəm bu ölkədə bəyəm?” dedi.
Sürücülükdən müğənniliyə...
- Özünüz haqda bir az məlumat verin.
- 1952-ci ildə Dəvəçi rayonunda anadan olmuşam. Siyəzən rayonunda Cəfər Cabbarlı adına 1 nömrəli məktəbdə oxumuşam. 10 ildən sonra hərbi xidmətə getmişəm. 21 il sürücü olmuşam. Rusiyadan tutmuş dünyanın hər yerin gəzmişəm. Allah-Təala mənə səs verib. Tale elə gətirdi ki, müğənni oldum. Əməliyyat olunduqdan sonra səsim itdi. 14 yaşımdan bəri şeir yazıram. Dörd mindən yuxarı şeirim, qəzəlim var. “Yaz yağışı” adlı kitabım çıxıb. 2-3 diskim buraxılıb. Hamısını qardaşlar, dostlar edib. Məni çəkib qabağa gətiriblər ki, ölməyim. Şükürlər olsun ki, bu gün yaşayıram. Televiziyadan xoşum gəlmir. Yoxsa elə günü bu gün ora çıxaram.
“Mən bu xalq üçün ölümə də gedərəm”
- Niyə?
- İstəmirəm. Xoşum gəlmir. Kişinin qapısına elçi gedərlər. Kişidən qız istəyərlər. Gündə “Toy olsun”da Ülviyyəylə Elgiz adam evləndirir. Bu, arvad almaq deyil. Bu, həyat deyil. 80 yaşı var, çıxıb ora ki, evlənməyə gəlmişəm. Ala, ayağın gordadır sənin. Bir otur, fikirləş. Bura Azərbaycandırsa, mən belə şeyi qəbul etmirəm. Sən eləyirsən, get elə. Mən açıq danışıram. Onsuz da mən ölümə hazırlaşıram. Mənim Azərbaycan üçün ürəyim partlayır. Təzə mod düşüb. “20 faiz torpağımız işğal olunub” deyirlər. Deyirəm, axı 54,36 faiz işğal olub. Deyirəm, Borçalı, Göyçə, İrəvan, Təbriz, Dərbənd... bunları saymırsınız? Mənə bir nəfər dedi ki, şair, torpaqlarımızı yaxınlarda qaytaracaqlar. Dedim, bəyəm 7 rayondu işğal olunan? Bəs yerdə qalanlar necə olacaq?
Mən Qalaaltında yaşayıram. Amma o toprağın davasını edirəm. Mənə erməni torpaq vermiyəcək. Mən onu qan bahasına almalıyam. Müharibə olsa, mən birinci gedərəm. Atamına goruna and olsun, birinci getməsəm, kişi deyiləm. Xeyir olsun, erməni gəlib dədəmin qəbrinin üstündə oturmalıdır?! Molla Pənah Vaqifin qəbrinə qoz, Natəvana qoz, Üzeyirin qəbrinə qoz, Nuru paşaya qoz. Xeyir olsun, niyə? Bakıda 14 min erməni yaşayır. Mən Yerevanda “Qırmızı kitab”a salmağa bir azərbaycanlı tapmıram. İki min əsirdən başqa. Onlar da orda zülm çəkir. Bu mənim anamı ağladır. Mən rəhmətlik Əlif Hacıyevin əsgər yoldaşıyam. Mən onunla qardaş olmuşam. Mən 29 yaşında qardaş itirmişəm, məni yandırmayıb. Amma Xocalıda Əlif yandırıb məni. Çünki o, oğul idi. O da gəlib burda özü üçün şadlıq sarayı tikərdi, kef edərdi. Mən qəbul etmirəm belələrini. Keçmir mənə belə qanun. Mənə düzgünlük qanunu qoy ortaya. Mənim başımdan vuracaqsansa, təmiz vur da. Kişi kimi vur. Adın qoy, sonra vur. Mən bu xalq üçün ölümə də gedərəm. İçim özümü yandırır, çölüm özgəni.
Dərdimi bir kəsə deyə bilmirəm,
Dərd, qan az qalır öldürə məni,
Çəkirəm bunları niyə, bilmirəm!
Dərdimi bir kəsə deyə bilmirəm!
Çırpınır gecə-gündüz qanlı ürəyim,
Bir Tanrıdan gəlir ancaq köməyim,
Harama çevrilib halal çörəyim,
Halal çörəyimi yeyə bilmirəm!
Mən haqqımı tələb edirəm. Başqa şey tələb edirəm bəyəm? Düzgünlüyü tələb edirəm. Mən də yaşamaq istəyirəm. Məni inək doğmayıb, arvad doğub. Gecə-gündüz mən Məmməd Arazın qəbrinə dua oxuyuram.
Soyun dərimizi, soyun yaşayaq,
Beş günlük dünyadı, qoyun yaşayaq,
Qurd ola bilmədik, qoyun yaşayaq.
Məni bağışlayan olarmı, çətin...
Ondan da qoymursan, bundan da. Hansından yaşamalıyam? Əjdahalar var meşələrin içində. Qorxudan səslərin çıxartmırlar. İndiyə kimi mənə heç kim təzyiq göstərməyib. Onda gərək Mirzə Ələkbər Sabiri ayaqlarından asaydılar. Mən Mirzəyə nəzirə yazmışam:
Sənə min rəhmət, Mirzə Ələkbər!
Bu millət hələ də ayılmayıbdı!
Millət sayılıblar qoyun millətlər,
Bu isə millət kimi sayılmayıbdı!
Hərə özü üçün imarət qurub,
Deyəsən, oxundan çıxıbdı dövran,
Nadyalar hələ də başda oturub,
Yenə süpürgəçi yazıq Tükəzban!
Puç olub, ay atam, neçə arzular,
Axşamı düşüb günümüz batdı.
Deyirik, səs salma, yatanlar durar!
Yatanlar durub, duranlar yatdı!
“İstədiyim qızı oğurlayıb gətirmişəm Qalaaltına...”
- Necə oldu ki, məşhurlaşdınız?
- Bir dənə “Yağış” şeiri ilə məşhurlaşdım. Mənim rəhmətlik dostum Şirəli müəllimin hesabına. Mən onunla 9 il qarajda şofer işləmişəm. Sonra mən çıxmışam ordan. Üstündən 25 il keçib. Mən Qalaaltında palıd ağacının altında oturmuşam, çay vururam, gördüm bir “Mersedes” girdi içəri. Düşdü yerə, qayıtdı ki, Yetim burdadı? Mən barmağımı dişlədim. Baxdım ki, budu da, Şirəli. Uşaqlar da məni “yetim” kimi tanımır. Amma bunlar qarajda məni “yetim” kimi tanıyırdılar. Deyirdim yetim oğlanam, yetim oğlanam... Hamı mənə yetim deyirdi. Qayıtdım ki, ala, Şirəli... Bu da çöndü dedi ki, nədi? Dedim, yetiməm də mən. Qayıtdı ki, get tullanmağının dalınca, yetim belə deyildi. Dedim, ala, gəl bura, bu mənəm. Filan qarajda şofer işləmişik. Bu gəldi, qucaqladı, öpüşdük. Oturduq çörək yeməyə. Yanında bir xanım da vardı. Başladı yağış atmağa... Bir dənə... İki dənə... Üç dənə... Dedim, Şirəli, çörək islanar, dur, gedək oturaq içəridə. Getdik içəridə oturduq. Pəncərəni açdıq. Qız qayıdıb dedi ki, sən torpağın iyinə fikir verirsən?
Birdən yadıma düşdü ki, 30 il bundan qabaq mənim başıma gəlib bu. Düz 1975-ci ildə istədiyim qızı oğurlayıb gətirmişəm Qalaaltına. Bundan da gözəl yağış yağırdı. Qız deyib ki, dur gedək maşına, yağış yağır. Demişəm, hara qaçırsan? Biz çörəyi xəmir kimi yemişik. 30 il fırlandı mənim üçün arxaya. Durdum stoldan, getdim 23 dəyqəyə “Yağış” şeirini yazdım. Gətirib qoydum stolun üstünə. Gəlin ürəyində oxudu, başladı ağlamağa... Şirəli dedi ki, ala, nə yazmısan, arvad ağlayır?! Dedim, şeir yazmışam... Dedi, onda özün bərkdən oxu. Mən də oxudum. Səsimi telefona yazdı. Sonra bunun telefonundan yayıldı bütün Azərbaycana. İnternetə qoyuldu. Mən beləcə məşhurlaşdım.
“On altı ildir ailəmdən kənaram”
- “Məhəbbət” adlı şeirinizdə “gör məni nə günə saldı məhəbbət” deyirsiniz. Bu şeirin tarixçəsi varmı?
- Heç bir oğlana xas deyil bu şeir. Mənim özüm üçün yazılıb.
- Danışa bilərsiniz?
- Danışaram. Mən 16 ildir ailəmdən kənaram. İki yaxşı oğlum var. Birinin restoranı var. Biri də müğənnidir. Toyların eləmişəm. Oğlumun toyunu meşədə eləmişəm. İki qızım var, köçürmüşəm. Mən şeirin ucbatından ailəm dağıtmışam. Yoldaşım deyib, yazmayacaqsan. Demişəm, niyə? Deyir, sən orda yazırsan ki, qaşların aladır, gözlərin qara, vurmusan şairə o qədər yara... Kimə yazmısan bunu? Deyirəm, bu kiminçünsə yazılmır, ümumi yazılır. Dedim, mən elə səninçün yazmışam. Dedi, yox. Dedim, onda bu oğlanların, bu da sən. Bu ev, bu da eşik. Yaşamıram mən sizlə. Mən getdim.
“Qış, yay, payız həmişə pivə içirəm”
- Onlara maddi dəstək göstərirsiniz?
- Hər gün. Hər dəqiqə. Oğlum zəng edir, deyirəm, get filan yerdən filan qədər pul götür, mənlikdir. Bu kafe onların əlindən qan ağlayır. 5 il bundan qabaq burda məni heç kim tanımırdı. Qış idi, Şəkidən toydan gəlmişdim. Rayona qayıtmalıydım. Bu kafedə oturmuşdum. Pivə içirdim. Mən qış, yay, payız həmişə pivə içirəm. Bunu sevirəm. Ürəyim istəyən şeydir. Bir nəfər gəldi ki, olar oturum? Dedim, otur. Mənə qayıdıb dedi ki, qışda pivə içərlər? Dedim, əmoğlu onda rusun ağlı yoxdu da, gündə vurur. Dedim, oturmusan otur da, mənlə işin olmasın. Gördüm yox e, əmoğlu qoyub üstünə. Qalxdım ayağa, dedim, nə deyirsən, ala? Sən demə, bu obyekti işlədənlər, bu qardaşı tanıyırlar, məni tanımırlar. Gördüm o tərəfdən biri də gəldi. Bunlar çoxaldılar. Çıxdıq çölə. Dedilər ki, sən bu qaqaşın xətrinə dəymisən. Dedim, qaqaş deyil bu, oğraşdı. Dedim, danışığına fikir ver, qabağındakı bilirsən kimdir? Soruşdu ki, kimsən e sən? Dedim, Yetim Eyvazam. Dedi, nə danışırsan, ala, qurban olum sənə... O vaxtdan bu uşaqlarla qardaş olduq.
“Lap əcəb edib vururam”
- Şeirinizdə tez-tez içməkdən danışırsınız. Həm də inanclı insansınız. Dində isə spirtli içkinin haram olduğu deyilir.
- Şeyx Nizami Gəncəvi 900 il bundan qabaq deyirdi ki, “bir inci saflığı varsa da suda, artıq içiləndə dərd verir o da”. Azərbaycanın gözəl bir şairi var: Marağalı Əhvədi. Deyir, “şərab içib ağlını gəl vermə yelə, özünü özgəyə tapşırma belə, şərab içdin gülüzarın ocaqxanadı, nəşə çəkdin üzün qəbiristanadır”. Şeyximizə olar, o birisinə olar, Eyvaza çatanda “zapret”? Mən qəbul etmirəm. “Dədə Qorduq”da Qazan xan tuluqla vurur. Əcəb edib vururam. Mən ömrü boyu içəndə çaşmamışam. Mən öz “kabinkama” görə götürürəm.
- Bəs narkotikə münasibətiniz necədir?
- Pis. Həmişə pis olub. Ömür boyu istifadə etməmişəm. Nifrət etmişəm. Bunu edən adamları kişi saymıram. Get özünçün vur pənco-pənco...
“Universitetlərdə təmiz oxuyanların ayaqqabasından öpərəm...”
- Gənclərimizdən razısınız?
- Yarısından razıyam, yarısından yox. Görürəm bir uşaq idmana gedir. Öpürəm onu, bağrıma basıram. Get, qaqaş, get, Allah yolunu açıq eləsin! Gecə saat üçdə məhləyə girirəm, görürəm, on nəfər oturub meyxana deyir. Deyirəm, nədi ala, niyə qoymursuz camaatı yatmağa? Bütün beş mərtəbə durub ayaq üstə. Kimsiz e siz? Deyirəm, ala, onun-bunun – Qaraçuxurun, Namiq Mənanın-zadın - sözünü demə, özündən de!
- İdmanla məşğul olmaq yaxşıdır. Amma təhsil almaq da vacibdir axı...
- Elm başqa şeydir. Bu universitetlərdə təmiz oxuyan uşaqların ayaqqabasından öpərəm. Bir gün bir vəzir qaçır padşahın yanına ki, şah sağ olsun, ölkə batır, hamı yazır. Şah deyir, nə yazır? Vəzir deyir, kimə yaxınlaşıram, deyir, şeir yazıram. Şah deyir, qorxma, bu qədər şairi olan ölkə batmaz. Vəzirə tapşırır ki, camaata de, kim yazsa asılacaq. Vəzir sabah gedib görür ki, hamı işləyir. Ancaq iki nəfər oturub yazır. Onlardan soruşur ki, sizə aid deyil? Cavab verirlər ki, bizim sənətimiz budur, biz yazırıq. Vəzir deyir, hamı işə getdi, ancaq ikisi yazır. Şah deyir, o iki nəfəri gətirin yanıma. Şah tapşırır ki, bu iki nəfərə sarayda hər cür şərait yaradın, şərab, nəşə, qadın verin. Qələm və vərəq verməyi unutmayın. İki gündən sonra vəzir gəlib görür ki, biri uyub yatıb, qız yalvarır. O birinə də qız yalvarır, ancaq şair yazmaqla məşğuldur. Şah deyir, yatanın başını vurun, o birini saxlayın, çünki ölkədə bircə şeir yazan olar.
- Saray şairlərinə münasibətiniz necədir?
- Biri var xalqın şairi. Toyda, çöldə, meşədə şeir deyən adam. Biri də var kimisə tərifləyir, özünə qardaş tutur. Mən də tərif edərəm. Milli qəhrəmanı, elimi-obamı, dağlarımı, gülümü, çiçəyimi... Mən durub kimisə tərifləsəm, sabah Azərbaycanın yaxşı oğlanları gəlib oturar mənim başımda ki, kimi tərifləyirsən...
- Amma tərif edənlər çoxluq təşkil edir.
- Onlara münasibətim çox pisdi. Toyda bir də görürsən deyirlər, filan müəllim gəlsin söz desin. O da traktoristdi. Mən müəllim olsam, xəcalət çəkərəm. 80 yaşında müəllimim var. Mən yaxamı düymələyib çıxıram onun qabağına. Oturur mənimlə. Deyirəm, sən artıq pensionersən, mən də “bradyaqa” şair. Gəl, qardaşyana söhbət edək. Deyirəm, məktəbdə vaxtı ikən dərsi bizə düz keçməmisiz. Deyir ki, sovet quruluşu idi. Deyirəm, ay müəllim, sən məni Nəsiminin üstündə döymüsən. Nəsimi kafirdi demisən, mən razılaşmamışam. Yalandan soxuşdururlar ki, “məndə sığar iki cahan”... Belə demiyib Nəsimi. Nəsimi deyir ki, məndə sığar ikən cahan, mən bu cahana sığmazam. Xeyir ola, sən onu pis günə qoyursan.
- Məşhurluğunuzu hiss edirsiniz?
- Hansı maşına minirəm, hansı evə gedirəm, diskdə, telefonlarda şeirlərimi görürəm. Bir dəfə mindim taksiyə, dedim sür filan restorana. Cavan bir oğlanıydı. Dedi ki, maqnitofon sənə mane olmaz? Dedim, yox. Mənim diskimi qoydu. Dedim, söndür o cındırı, bezmişəm onun əlindən. Maşını verdi sağa, saxladı, dedi, ala çaqqal, nə deyirsən? Düşdüm maşından yerə. Dedi, qoyaram atvyorkanı sənə, cırıq-cırıq olarsan. O tərəfdən başqa bir sürücü buna dedi ki, nə xoşbəxt adamsan, gör kimi aparırsan? Bu da qayıtdı ki, kimi aparıram, ala? Dedi, Yetim Eyvazdı da. Oğlan dəli oldu. Mənə dedi, otur maşına. Dedim, mən sənin kimi oğlanla getmərəm. Dedi, getməsən, özümü öldürərəm. Bunu da özümlə toya apardım. Yanımdan ayrılmaq istəmirdi. Axırda heç pul da götürmədi.
“Xalqı narkotiklə yatızdırırlar...”
- Şeirlərinizdə birində deyirsiniz ki, 19 il qabaq belə deyildi.Nəyi nəzərdə tutursunuz?
- Sovet dövrünü. Hamı zavodda işləyirdi, axşam evinə gedirdi. Vaxtında maaş alırdı. Sovet hökumətindən uşaqlıqdan xoşum gəlmir. Amma dolanışığa görə yaxşıydı. İndi cavan uşaqlar qalıblar çöldə. Düşmənlərimiz narkotik maddəni buraxıblar Azərbaycana ki, ölkəni məhv etsinlər.
- Deyirsiniz, qəsdən edirlər?
- Bəli. Bu ölkəni yatızdırmaq üçün edirlər. Maksim Qorki deyir ki, Azərbaycan yatmış bir pələngdir. Onu oyatsan, aləm qarışar. SSRİ-ni də dağıdan Azərbaycan oldu. Gənclərimizə arzum budur ki, gedib oxusunlar, elmli olsunlar. Yaxşı işlərlə məşğul olsunlar. Muğam ustası Hacıbaba Hüseynov öldü getdi, amma xalq artist adını sonra verdilər. Amma bu gün Aygün, Faiq Ağayev hamısı xalq artistidir. Türkiyəyə ona görə qurban olum ki, onlarda xalq artisti yoxdur, onlarda sənətçidir.
- Xalq artisti fəxri adını ləğv etmək lazımdır?
- Bəli, ləğv olunmalıdır. Deyilməlidir ki, Azərbaycanın sənətçisi filankəsov filankəs. Bu nə deməkdir başa düşmürəm. Çıxmısan ora, qaşını da aldırmısan. Kişisən, ala, sən? Mənə nə deyəcəksən?
- Gənclərin geyimini bəyənirsiniz?
- Mənə ləzzət eləmir.
Gəlginən Bakıya bax basabasa
Bakı dönüb Parisə, Texasa.
Qabaqdan qız gəlir göbəyi açıq,
Çevrilib görürsən kürəyi açıq
Gözü yaşıl rəngdə dodaq qırmızı,
Alabaşın günündədi bu oğraş qızı.
Atı at yanına bağlasan əgər
Bunu xasiyyəti o birinə dəyər.
Xoş günlərə çıxsın bu yurd bu ocaq,
Bu yurdda cayıllar yaşasın ancaq.
Mənim nə münasibətim ola bilər? Metroda jeton satarlar, Quran yox. Bəyəm əlifba kitabıdı? Siyəzənə gedəndə Beşbarmaq piri var. Orda nə qədər restoran var? Nə ürəyin istəyir satırlar. Pirə belə hörmət qoyurlar!? Bir də görürsən Həccdən gəlir, üzüyün içində qara gətirir. İmam Əlinin plakatını gətirir. İçində narkotik gizlədir. Ona imam qənim olsun.
- Bəs insanların fundamentalizmə meyillənməsinə necə baxırsınız? Uzun saqqal saxlamaq, başını bağlamaq və s.
- Mən Nizamini, Nəsimini, Füzulini, Vaqifi, Sabiri həmişə saqqalda görmüşəm. Söhbət dindən getmir. Vəhhabilik, hürufilik, sufilik... Bunlar mənlik deyil. Saqqal saxlamaq ayıb deyil. Kişini bığla, saqqalla tanıyarlar. Mən buna qarşı çıxmıram. Dinimə “protiv” gedənlərə. Bir də var dinin pərdəsi altıda pis-pis işlər görmək. Bu da ayıbdı.
“Ovqat”dakı şairlərin başını kəsərdim!...”
- Qəzet, kitab oxuyursunuzmu?
- Oxuyuram hamısını. Amma Azərbaycanda bugünkü gündə Ramiz Rövşəndən böyük şair tanımıram. Tanımaq da istəmirəm. Ramiz başqa bir aləmdir. Belə şairləri analar doğmur. İsmayıllı balası Musa Yaqubdan analar doğmur. Məmməd Arazdan analar doğmur. Onun bir şeirinə görə, Heydər Əliyev ona xalq şairi adı verib. Şair bunlara deyirlər. Televizorda “Ovqat” verilişi var. Ora şairlər çıxır. Gedib onların başın kəsərəm! Onlar şair deyil! Onların ora çıxmağa haqqı yoxdur.
- Televiziyalarda müsabiqələr olur. Muğam müsabiqəsi, “Yeni ulduz” və s.
- Mən təkcə muğama baxıram. Qalanlarına nifrət edirəm.
- “Eurovision”a baxdınız?
- Mən o uşaqlara qurban olum. Bağrıma basıram Eldarı da, Nigarı da.
- Toylara neçəyə gedirsiniz?
- Mən qiymət danışmıram. Nə verirlərsə, onu da götürürəm. Məni onsuz da kasıblar öz toylarına çağırır. Kasıb adamlara necə pul deyə bilərəm. Hara deyirlər, ora gedirəm.
- Nə qədər pul verirlər?
- Bayaq toydan gəlmişəm. 20 manat cibimə pul qoyublar. Mən toya pul xatirinə getmirəm,dilimin xatirinə gedirəm. Toy olub ki, beş yüz, min manat da qoyublar cibimə.
- Varlı toylarına çağırmırlar?
- Yox. Varlılar məni toylarına dəvət eləmir.
- Niyə?
- Nə bilim. Bir dəfə bir toyda dedilər ki, burda nazirlər oturub. Dedim neynim? Nazir oturub, indi mən sözümü deməyim? Mən qorxmuram şəxsən. Get, de ki, Eyvaz qorxmur.
“İstənilən nazirə zəng edirəm...”
- Dostlarınızın arasında yüksək vəzifəli adamlardan kim var? Eşitmişik Hacıbala Abutalıbovla dostluq edirsiniz.
- Hamısı məni tanıyır. Amma onlarla oturub durmuram. Sadəcə, bir problemim olanda telefon götürüb zəng eliyirəm. Mən respublika “QAİ”sindən tutmuş istənilən adama zəng edə bilərəm.
- Şeirlərinizə musiqi bəstələmək istəyən olmur?
- Çox adam zəng edir. Deyirəm olmaz. Mənim şeirimə gərək yaxşı musiqi bəstələsinlər. Röyanın prodüserləri neçə dəfə gəlib dalımca. Məndən icazəsiz reper Dado şeirimə mahnı bəstələmişdi. Onu axtarırdım. Əlimə keçsəydi, dərisini soyacaqdım. Getdi qardaşları tapdı. Onlar da gəldi xahiş elədilər, bağışladım getdi. Mən dedim ki, “Məhəbbət” şeirini ağrı-acıyla yazmışdım. Mən bu şeirdə dərdimi deyirəm, sənsə kayf tutursan. Kimsən e sən? Xeyir ola mənim şeirimi bu günə qoymusan? Dedi, ərk eləmişəm. Dedim, qələt eləmisən!
(Müsahibənin bu yerində Eyvaza zəng gəlir. Güzdəyə toya çağırırlar. Qiyməti soruşurlar. Deyir, nə versəniz gələcəm: “Lap “bir məmməd” verin. Bu nə sözdür danışırsan? Mən ora 3 dəfə toya gəlmişəm. Soruş gör kiməsə pul demişəm? Mənə deyirsən ki, Güzdəyə neçəyə gələrsən? Mən bəyəm ora kubik gətirirəm, daş gətirirəm? Gəlmirəm “vabşe” Güzdəyə!” Şair əsəbləşib telefonu söndürür. Söyməyini davam etdirir: “Bədbəxt oğlu, bədbəxt”)
- Toylarda şeirlər deyirsiniz. Bunları əvvəldən yazırsınız, yoxsa bədahətən gəlir?
- Bəzilərin yazıram. Bəzilərinsə bədahətən deyirəm. Hərdən əsəbləşdirirlər məni. Onda mikrofonu götürüb bir şeir deyirəm.
“Şeirlərimə görə kamerada oturmuşam...”
- Həbsdə olmusunuz?
- Kamerada olmuşam, sual-cavaba görə gedib gəlmişəm (inzibati həbs cəzasını nəzərdə tutur- E.H.). Amma zindanda olmamışam.
- Yazdıqlarınıza görə?
- Hə, şeirlərimə görə.
- Qəzetlərə niyə çıxmırsınız?
- Mən qəzetdə bir şeyə inanıram: ayın tarixinə. Qalan hamısı yalandı.
- Xatirələrinizi nə vaxtsa yazmaq fikriniz varmı?
- Yazıram. Mənim gündəliyim var. Oğluma verəcəm. Öləndən sonra çıxacaq. Mənim çox maraqlı həyatım olub.
- Azərbaycanda Yazıçılar Birliyi adlı qurum var. Ora üzv olmaq istəyərsiniz?
- Məni çağırıblar ora üzv olmaq üçün. Demişəm ki, heç vaxt Yazıçılar Birliyinə üzv olmaram. Amma Anar yaxşı oğlandı.
- Azərbaycanı necə görmək istəyirsiniz?
- Küveyt kimi. Heç kim işləməsin. Hamı özü üçün yaşasın. Doğulan kimi bankda hesabına pul qoyulsun uşağın.
- Çox sağ olun, şair.
- Sağ ol, qərdeşim. Nə vaxt istəsəniz, mən qulluğunuzda hazıram.
Elmin HƏSƏNLİ (İyul, 2011)

2157 dəfə oxunub
Oxşar xəbərlər
Etoliyalı - Eyvind Yonsonun hekayəsi
15:00
24 noyabr 2024
Evində timsah saxlayan şair - O niyə milçəyinin dəfninə milyon dollar xərcləmişdi?
17:00
23 noyabr 2024
Gertruda Komorovskaya - Həmid Piriyevin yeni hekayəsi
15:00
22 noyabr 2024
"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif
12:26
22 noyabr 2024
Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın
17:00
19 noyabr 2024
"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi
15:00
19 noyabr 2024