Eldar Mansurov: “Hamı oxumağa can atır, bəs kim işləyəcək?”
19 iyul 2012
04:00
Qonağımız musiqiləriylə könülləri oxşayan, hər zaman gülərüz, şən və mehriban görünən, gənclərə dəstəyini əsirgəməyən, Kinematoqrafçılar İttifaqının üzvü, Mansurovlar ailəsinin layiqli davamçılarından olan bəstəkar Eldar Mansurovdur. Kulis.az Eldar Mansurovun müsahibəsini təqdim edir.
- Son bir neçə ildə telekanallarda bir-birindən fərqli ulduz seçimi müsabiqələri keçirilir, Niyə əvvəlki kimi ümumi bir yarışma olan “Bakı Payızı” layihəsi keçirilmir?
- Əvvəl Azərbaycanda vahid televiziya kanalı var idi, indi isə maşallah, kanallarımızın sayı durmadan artır. Hər kanal da öz yarışını keçirir, bir-biriylə ayaqlaşırlar.
- Deyirsiz ki, əvvəl vahid televiziya kanalı- AzTV var idi, əslinə qalanda o kanal elə indi də var, indi də o yarışmanı davam etdirə bilərlər, bəs niyə etmirlər?
- Dövlət televiziyası ciddi layihələr verir, dediyiniz o “Bakı Payızı” yarışması xalqa xidmət edən ciddi əyləncəli müsabiqə idi, amma indiki kanallarda yayımlanan yarışlar əyləncə xarakterlidir, ciddilikdən əsər-əlamət yoxdur. Mən özüm “Bakı Payızı”nın tərəfdarıyam, həm də 1970-ci ildə iştirakçısı olmuşam, doğrudan da dünyaya səs salan möhtəşəm yarışma idi, bu gün isə hər yerindən duran oxumağa can atır, bunların içində istedadlılar da var, istedadsızlar da, 80 cür yarışmalar keçirilir, 80 cür də adam gəlir o yarışmalara. Əvvəllər bu yarışmalara həvəslə baxardıq, çünki yenilik idi, bizə maraqlı gəlirdi, indi isə həvəsimiz yoxdur baxmağa, çünki artıq maraqsızlaşıb. Bu gün Azərbaycanda daha çox “Avroviziya” yarışlarına böyük maraq var və elə istedadlı uşaqların böyük əksəriyyəti də ora axın edir. Sizə bir şeyi deyim, “Azəri Star” və “Yeni Ulduz” telelayihələrinə olur ki, hərdən istedadsız, baxımsız uşaqlar da gəlir, amma “Avroviziya” nın seçim turlarına sanki seçmə uşaqlar gəlir, həm istedad, həm də görünüş baxımdan, hərdən mən özüm də məəttəl qalıram ki, bu uşaqlar hardan gəlib?! Hər şey yaxşıdır, amma bir şey məni narahat edir, əgər hamı oxumağa can atırsa, bu ölkədə işləyən kim olacaq?(gülür)
-Fikir versək, görərik ki, artıq sözü gedən həmin yarışlarda əyləşən münsiflər heyəti, başda bəstəkarlar olmaqla, o uşaqların gələcəyinə ciddi yanaşmırlar, sizcə, bu, nədən irəli gəlir?
- Bu, həmin yarışların təşkilatçılarından asılıdır. Təşkilatçılar yarışmanın sabit keçməsi üçün elə adamlara müraciət edir.
- “Bakı Payızı” layihəsindən çıxan gənclər, artıq bu günün parlayan ulduzlarıdır. Zaman dəyişir, həmin ulduzlar, həmin aparıcı, həmin bəstəkarlar, həmin münsiflər heyəti bir də olmayacaq, o insanların müəyyən qismi həyatda varkən, bu fürsəti dəyərləndirib, yenidən həmin layihəni bərpa etmək olmazmı?
- Eləmək olar, sadəcə, buna tələbat olmalıdır, kimsə istəməlidir, bizə dəstək olmalıdır. Məsələn, mənim belə bir arzum vardı ki, 60-cı illərdə “Bakı Payızı”nda iştirak edən gəncləri (indi hərəsinin 60-dan yuxarı yaşı var, nəzərə alın ki, aralarında ən cavanı mənəmsə və mənim 60 yaşım var, onlar məndən də böyük idilər) bir araya toplayıb klub təşkil edim və keçmişin rokerlərini indi özünə roker deyən bəzi gənclərə göstərib “baxın, görün roker necə olar” deyim. Özü də onda əsl sənət vardı, indikilər kimi qalmaqal həvəskarı deyildilər. İndiki səhnəmizə baxanda isə ancaq dava-dalaş, sənətdən başı çıxmayan bəzi ulduzcuqların illərin sənətkarına sataşmasını görmək olar, bir sözlə sənətdən başqa hər şey görmək olar. İndi ən acınacaqlısı odur ki, əvvəl mədəniyyət yazardılar, indi isə mədəniyyətin quyruğuna şou-biznes ifadəsini də bağlayırlar.
- Söz şou-biznesdən düşmüşkən, sizin üçün mədəniyyətlə şou-biznesin fərqi nədədir?
- Şou-biznesin mədəniyyətlə yaxından-uzaqdan heç bir əlaqəsi yoxdur. Şou-biznesdə ancaq sənəti ölmüş, gündəmə gəlmək üçün hər cür yol axtaran insanları görmək mümkündür. Bir sözlə, şou-biznes gündəmə gəlməkçün vasitədir. Mədəniyyət isə mədəniyyətdir, sənətdir, burda artıq şeylərə rast gəlmək olmaz.
- Yaxın keçmişdə “Sevgi faytonu” adlı konsert proqramı keçirilirdi, bəstəkarların yaradıcılığı müğənnilərin ifasında bir daha dinləyicilərin nəzərinə çatdırılırdı. Axı niyə indi keçirilmir?
- Şəxsən mənim 9 müəllif konsertim keçirilib, o ifaçıların içində tanınan, gündəmdə olan müğənnilər də var, tanınmayan gənclər də. Bu cür konsertlər tanınmayan gənclər üçün bir növ açıq qapı rolunu oynayırdı. Bu gün isə hamı Avropaya can atır, orda tanınmaq istəyir, halbuki mənim “Bayatılar”ımı dünyanın hər yerində yeni oranjemanda eşitmək mümkündür, avropalaşmaq istəyirsən, götür mənim mahnımı nəsə yeni bir formatda təqdim et, olsun yenilik, güya Avropa nə edir ki? Biz nə qədər Avropa stilinə can atsaq da, bu mümkün deyil, çünki bizim onlardan fərqliliyimiz də elə bundadır ki, biz azərbaycanlıyıq.
- Elə mahnınız olub ki, ürəyiniz istədiyi kimi ifa olunmayıb?
- Musiqi elə bir aləmdir ki, dörd insanın ürək döyüntüsünü burda duymaq mümkündür: bəstəkar, şair, oranjemançı və ifaçı. Əgər bunlardan biri zəif olarsa, mahnı öz gücünü itirər. Belə hallar olub, çox olub, ona görə də müəyyən vaxtdan sonra həmin musiqini başqa ifaçı oxuyub.
- Hər kəs deyir ki, mənim şeirlərim, mahnılarım mənim övladımdır, bir-birindən seçə bilmirəm, bəs siz necə? Yəni elə bir bəstəniz yoxdur ki, o, sizə görə daha mükəmməldir?
- Elə bir bəstəm yoxdur, çünki mən hətta bir mahnını sifarişlə yazmış olsam belə, onu ürəyimdə duyuram, ürəklə yazıram, sonra da həmin mahnının ərsəyə gəlməsi üçün canımı qoyuram, deməli mənə əzizdilər və heç birini seçmirəm.
- Bir çox şairlərlə işləmisiz, ən çox hansı şairin şeirləri sizi ilhama gətirir?
- Mən hansı şairlərlə ki, işləmişəm, onların böyük əksəriyyəti mənim
dostlarım olub. Məsələn, Nüsrət Kəsəmənli, Vahid Əziz, Vahid Əlioğlu, Baba Vəziroğlu, İsmayıl Dadaşov, Pənah Rüstəm. Adlarını çəkdiyim şairlər mənim həmişə yanımda olanlar, ürəyim istəyən mətni mənə verən insanlardır. Amma klassiklərimizi də çox sevirəm, Bəxtiyar Vahabzadəylə, Nəbi Xəzriylə də işləmişəm, ünsiyyətdə olmuşam. Onların yazdığı şeirlər başqa aləm idi, sanki fəlsəfə idi. Onlardan öncəki şairlərin də - Almaz İldırım, Əhməd Cavad, Səməd Vurğun, Hüseyn Cavid, Süleyman Rüstəm, sonra isə İbrahim Göyçaylı və Dəmir Gədəbəyli - sözlərinə musiqilər bəstələmişəm.
- Sizinçün sevgi nədir və əsl sevgi necə olmalıdır?
- Sevgi ailədəki tərbiyəyə bağlıdır, əgər ailəndə münasibətlər sağlamdırsa, deməli sənin daxilində olan bütün hisslər sağlamdır. Sevgi ilk olaraq Allaha, valideynlərə, vətənə, ailəyə qarşı olur, sonra isə xanıma qarşı. Bir də var məşğul olduğun peşəyə qarşı sevgi, əgər bir insan çalışdığı sənəti sevmirsə, onunla qazanc xatirinə məşğul olursa, bəhrəsi istər-istəməz ürəklə görülən işin bəhrəsindən zəif olacaq. Xalqın gözü tərəzidir, bu, o dəqiqə gözə çarpacaq. Allah insanı yaradanda neçə cür hisslər verib ona, qorxu, kədər, sevinc, sevgi, nifrət və s. Sevgi də bu hisslərdən biridir, hətta qatilin daxilində də sevgi hisləri gizlənir. Sevgi gözəl şeydir. Mən ümumiyyətlə, çalışıram ki, bu suala cavab verməyim, çünki dahi Nizami Gəncəvidən tutmuş Nüsrət Kəsəmənliyə kimi, bütün şairlər öz kəlamlarında bu sualın cavabını veriblər.
- Bildiyimiz qədərilə Aygün Kazımova və Brilliant Dadaşova sizin həm sənətdə, həm də həyatda dostlarınızdır və birlikdə gözəl sənət nümunələriniz olub, niyə indi onlar sizinlə çox işləmir?
- Hər şeyin əvvəli olduğu kimi, sonu da var. Əlaqələrimiz çox yaxşıdır, ümumiyyətlə, onlar sənətə başlayanda mənimlə başladılar. Hərəsiylə 40-50 mahnım var, əksəriyyəti uğurlu olub, çünki efirlərdə ifa olunub, hərdən sosial şəbəkələrdə həmin mahnıları yerləşdirəndə görürəm ki, rəy bildirilir ki, biz bu mahnını eşitməmişik, hərdən də deyirlər ki, filan mahnıda müğənnini elə bil zorla oxutdurmusunuz. Mən ömrümdə heç kəsə heç bir mahnımı zorla oxutdurmamışam, mahnını onlara təqdim etmişəm, istəyiblər, oxuyublar. İstəməyiblər, oxumayıblar. Amma onu deyərdim ki, Azərbaycanda bu gün bütün müğənnilərin professoru Brilliant Dadaşovadır, ondan böyük müğənnimiz yoxdur. Aygün Kazımova da gözəl müğənnidir, amma Brilliantımız təkdir, bənzərsizdir.
- Amma Brilliant xanım indi Azərbaycan mədəniyyətindən tədricən uzaqlaşaraq Türkiyəyə üz tutub, axı ona Azərbaycanda da tələbat çoxdur.
- Bəli, tələbat çoxdur, amma Brilliantı da qınamalı deyil, o, gördü ki, burda sənətə qiymət yoxdur, hər şey gündəmdə olmaq üzərində qurulub, buna görə də o, abrını qoruyub çəkildi kənara və Türkiyə mədəniyyətinə qatıldı. Elə mənim özüm də heç bir televiziya verilişlərinə getmirəm, bircə dövlət televiziyasındakı “Musiqi Xəzinəsi”ni çıxmaq şərtilə. Çünki əsl mədəniyyət verilişidir, mənə bu lazımdır, görkəmli şəxslər haqda bildiklərimi tamaşaçılarla bölüşürəm.
- Konsert proqramıyla yenidən tamaşaçıların qarşısına çıxmaq fikriniz varmı?
- Bu yaxınlarda televiziyada mənim “I Bəhramnamə” adlı layihəm təqdim olundu. Sonra “II Bəhramnamə” adlı konsert vermək istədim, açığı, sponsor baxımdan əziyyət çəkdik deyə, planımız baş tutmadı.
- Bəs həmin konserti dövlət hesabına təqdim etmək mümkün deyil?
- Xeyr, çünki müharibə şəraitində olan bir vaxtda bunu heç mən özüm istəmərəm, indi o dəstək qaçqın və məcburi köçkünlərə, ölkənin abadlıq işlərinə olunmalıdır.
- Gənclərə sözünüz nədir?
- Gənclərə sözüm odur ki, hər anlarının qədrini bilsinlər, çünki bu anlar ömürdən gedir, bir də təkrar olmayacaq, insanın ən gözəl yaş dövrü onun məktəb illəri və gəncliyidir, sözsüz, hər dövr gözəldir, hər yaşın öz gözəlliyi var, amma etiraf edək ki, bu illər bənzərsizdir. Sonra isə məsuliyyətli bir dövr olan evlilik və ata-ana olmaq gəlir, daha sonra nənə-baba olmaq, görürsünüz, necə gözəldir. Çalışsınlar Allahın onlara verdiyi ömrü elə yaşasınlar ki, bu şirinliklərin hər birini dadsınlar və layiqincə yaşasınlar, inanın ki, ən gözəl şey insanın öz nəvəsini qucağına almaqdır, o zaman bütün illərin gözünün önündən keçir və evliliyin gözəl bəhrəsi olan övladını, övladının da sənə olan gözəl bəhrəsi- nəvəni gördüyünə şükür edirsən. Çalışsınlar bizdən də böyük nailiyyətlər qazansınlar, çünki biz gələcəyimizi onlara vəsiyyət etmişik.
Arzu Hümbətova

2027 dəfə oxunub
Oxşar xəbərlər
Etoliyalı - Eyvind Yonsonun hekayəsi
15:00
24 noyabr 2024
Evində timsah saxlayan şair - O niyə milçəyinin dəfninə milyon dollar xərcləmişdi?
17:00
23 noyabr 2024
Gertruda Komorovskaya - Həmid Piriyevin yeni hekayəsi
15:00
22 noyabr 2024
"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif
12:26
22 noyabr 2024
Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın
17:00
19 noyabr 2024
"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi
15:00
19 noyabr 2024