“Ata, uşaqlar necə yaranır?”

“Ata, uşaqlar necə yaranır?”
5 avqust 2011
# 06:00
“Uşaqlar doğulurlar…
Uşaqlar soruşurlar…
Uşaqlar yox olurlar…”


Bu şair Aqşinin “Uşaqlar haqda mühazirə” şeirindəndir.

Dünyanı dərk edən balacalar daim sual verirlər. Lakin çox vaxt biz böyüklər bu suallar qarşısında aciz qalırıq.

Kulis.az uşaqların verdikləri və cavablandırılması çətin olan sualları təqdim edir:

Uşaqlar necə yaranır?

Uşaqların ən çox verdikləri sualdır. Bu sualdan qorxmaq lazım deyil. Bunu uşaqlara başa salmağın öz zamanı var. “Hacıleylək” rəvayətini danışmayın, sonradan təkzib vermək çətin olur. Bunu onsuz da indiki uşaqları aldatmaq çətin işdir.

Məktəbə niyə gedirəm?

Bu sualara doğru cavab vermək lazımdır. Oxumağı öyrənmək, savadlanmaq, ağıllı insan olmaq… Amma “hər səhər tez duracaqsan, üstünə bu paltarları geyinəcəksən və müəllimin nə dedisə, edəcəksən”i başa salmaq o qədər asan deyil.

Siqaret məsələsi

Siqaretin insanın səhhətinə zərər yetirməsi bəllidir. Lap siz uşağın yanında siqaret çəkməsəniz də, onu kimdəsə görəcək. Onda soruşacaqlar: “Əgər zərərli olduğun bilirlərsə ,niyə çəkirlər?” Məntiqli sualdır. Di gəl cavabını tap!

Pulumuz niyə yoxdur?

Uşaq nəsə istəyir, almamaq üçün bəhanəmiz budur: “pulumuz yoxdur” Niyə pulumuz yoxdur? Bəs bu suala cavab vermək necə?

Boşanma məsələsi

“Biz bir-birimizi sevirdik. Ancaq indi ayrılmağa qərar vermişik. Artıq bir yerdə yaşamayacayıq. Amma yenə də bir-birimizi sevirik”. Bu bir uşaq çox çox qarışıq məsələdir. Uşaqda sual yaranır: indi sevirsiniz, ya sevmirsiniz?

“Sonra” nə vaxtdır?

Bütün işləri eyni vaxtda görmək istəyirlər. Hər şeyi dadmaq, hər yerə getmək. Məcbur qalıb “sonra” sözünü çox işlədirik. Ancaq bu sonra nə vaxtdır?

“Allah baba”

Uşaqlar din və Allah haqqında fikirləri çox maraqlı olur. Onların beyinləri hansısa dini inanclarla dolu olmadığına görə Allahla bağlı qəribə suallar verirlər. “Allah baba hardadı?”, “Allah kişidir, ya qadın?” və s.

Mən niyə tək yatıram?

Uşaqların yatmaqla bağlı çoxsu sualları olur. Yuxunun nə olduğunu soruşurlar. Həm də niyə tək yatmalı olduqların soruşduqda “hamının bir yatağı olur”. Bunun cavabı isə o dəqiqə verilir: “Amma siz ikiniz eyni yataqda yatırsınız…”

Gecə-gündüz məsələsi

Hava niyə qaranlıqlaşdı, sonra niyə gündüz oldu? Bu sualın cavabı var. Amma uşaqlara başa salmaq asandırmı? Uşaqlar zamanla bağlı çoxlu belə suallar verirlər.

Yataq otağının qapısı niyə bağlanır?

Otağın qapısının niyə bağlı olduğunu balaca yaşda uşaqlar heç vaxt başa düşməzlər. Ancaq böyüdükcə… başa düşsələr də, qəbul etmirlər ki, ana və atanın intim həyatı var.

Ölüm

Ölümün nə olduğun özümüz də yaxşı bilmirik. Ölüm haqdakı suallara verilən cavablar böyüklərin dünyagörüşünə görə dəyişir. Ancaq ölümə dair suallara qəti cavablar vermək mümkün deyil.

Günel ƏSGƏRZADƏ
# 5055 dəfə oxunub

Oxşar xəbərlər

Həyat yoldaşına tablolar həsr edən sənətkar  - Çarlz Blekmanın məşhur əsərləri

Həyat yoldaşına tablolar həsr edən sənətkar - Çarlz Blekmanın məşhur əsərləri

16:50 12 avqust 2026
Pabın qaranlığından səhnənin zirvəsinə... - Məşhur "Sultans of Swing" necə yarandı?

Pabın qaranlığından səhnənin zirvəsinə... - Məşhur "Sultans of Swing" necə yarandı?

14:25 12 avqust 2026
"Bu möhtəşəm günlərin qanlı köpükdən başqa bir şey olmadığını  bilirdim..." - Tomas Mannın "Almaniyaya məktub"u

"Bu möhtəşəm günlərin qanlı köpükdən başqa bir şey olmadığını bilirdim..." - Tomas Mannın "Almaniyaya məktub"u

12:00 12 avqust 2026
Damcıların xaosu, abstrakt inqilab... - Cekson Pollokun  məşhur əsərləri

Damcıların xaosu, abstrakt inqilab... - Cekson Pollokun məşhur əsərləri

14:00 11 avqust 2026
Raxmaninov melodiyası ilə insan tənhalığının vəhdəti   - Məşhur "All by myself"in tarixçəsi

Raxmaninov melodiyası ilə insan tənhalığının vəhdəti - Məşhur "All by myself"in tarixçəsi

13:30 11 avqust 2026
Cüzamlı uşaqlar,  rahiblərin nəzarətində çimənlər...  - "İşıq rəssamı"nın 3 məşhur əsəri

Cüzamlı uşaqlar, rahiblərin nəzarətində çimənlər... - "İşıq rəssamı"nın 3 məşhur əsəri

15:50 10 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər