Yüz il əvvəlin Bakı homoseksualları - ARAŞDIRMA

Yüz il əvvəlin Bakı homoseksualları - ARAŞDIRMA
8 iyul 2011
# 15:46
Hüseynqulu Sarabski adını hər kəsin eşitdiyi bir aktyordur.
1902-ci ildən teatr tamaşalarında rollar alan aktyor 1908-ci ildə bir rolu ilə tarixdə qaldı.
O ildə ilk operamız “Leyli və Məcnun” səhnəyə qoyulmuş, Məcnun rolunu da Hüseynqulu Sarabski oynamışdı.
Ömrünün sonuna qədər Məcnun rolunu 400 dəfə oynayan aktyor ölüm ayağında da Həqiqət Rzayevanın ifasında Leylinin monoloqunun sədaları altında gözlərini dünyaya yummuşdu.
1922-ci ildən əməkdar, 1932-ci ildən xalq artisti idi.
Sarabskini indiki aktyorlardan fərqləndirən böyük istedadı deyildi, o eyni zamanda bir sıra əsərlər də yazmışdı.
İnqilabdan qabaq yazdığı dramlar səhnəyə qoyulmuşdu.
Bundan başqa Sarabski memuar janrında da bir neçə əsər yazmışdır.
Bu baxımdan onun 1938-ci ildə yazdığı “Köhnə Bakı” kitabı xüsusilə seçilir.
Kitab 1958-ci ildə yenidən çap edilmişdir.
2006-cı ildə “Şərq-Qərb” nəşriyyatı “Köhnə Bakı” kitabını latın əlifbasında nəşr etdi.
Bu kitabda yüz il əvvəlki Bakının məişəti, adətləri, küçə həyatı haqda qiymətli məlumatlar var.
Müəllifin Bakı toyları haqda təfərrüatlı qeydlərindən mütrüblərlə bağlı bir hissəni sitat verirəm:

Mütrüb qadın tumanı geyib baş barmağı ilə şəhadət barmağına zəng keçirib başına bir kəlağayı salıb “xalabacı oynardı. Cavanlar özləri ilə toyxanaya alma, portağal, şamama, qənfet, püstə, badam gətirərdilər. Mütrüb oynayan zaman onu çağırıb mütrüblə o başa dostlarına almadan, portağaldan, qənfetdən göndərər və belə sifarişlər edərdilər: “Abbasa deyinən ki, axşamı xeyir olsun, bunu Mirzəbala göndərdi”. O biri tərəfdən bağırardılar:

-Ay balam, bu başa da gəl də! Bizim də qabağımızda oyna da! Bizim pulumuz qəlp deyil ki?!.

Mütrüb oynayaraq o biri başa gedərdi. Bu zaman o, əlini cibinə salıb pulu bir az cınqıldadar, ikişahılıq, ikiabbasılıq çıxarıb mütrübün alnına, yanaqlarına yapışdırardı. Bəzən üzlü gənclər mütrübü dizləri üstə otuzdurub öz cibinin yaylığı ilə onun tərini silərdi və dübarə cibinə qoyardı. Sonra da cahıllar arasında “mən bununla tərlanın tərini silmişəm” deyə fəxr edərdi. Bəzən yerbəyerdən mütrübü çağırardılar. Şuluqluq başlardı.

Qapının ağzında oturan nüfuzlu cahıl işin şuluq olduğunu görüb nütrübün oyununu saxlardı. Xanəndə yastı balabanla oxuyub gecəyə xitam verədi. Bəzən toyda mütrüb üstündə dava düşərdi, adamlar yaralanar və ölərdi.


H. Sarabski mütrüblərin əsasən İrandan gəldiyini də bildirir.

Wikipediadanın “Mütrüb” məqaləsində isə heç bir mənbəyə istinad etmədən aşağıdakılar yazılıb:

“XIX əsrdən etibarən toylarda, el şənliklərində, qapalı əyləncə mərasimlərində incə, zərif bədənlərinə qadın paltarı geyinib rəqqaslıq edən oğlanlar mütrüb adı ilə çağırılıblar. Rəqqas mütrüb uzun saç buraxır, dırnaqlarına xına yaxır, gümüşdən belbağı, sinəbənd taxır, boynundan həmayil asır, dikdaban ayaqqabı geyinirdi. Barmaqlarına taxdığı mis halqalarla musiqinin ritmini tutan mütrüb tamaşaçılara işvə, naz atır, danışmadan erotik ruhlu qaş-göz oynadırdı”.

Azərbaycanda mühafizəkarlıq dərsi verənlər, Avropanın yad təsirindən danışmaqdan doymayanlar üçün yazılan bu məqalə yüz il əvvəlin də heç də məsum olmadığını gözlər önünə sərir.

Əxlaqsızlıq adlandırdıqları homoseksuallığın Avropadan ixrac olunduğunu deyənlər altı əsr Azərbaycanda dərs kitabı olan Sədi Şirazinin “Gülüstan” əsərinin homoseksual məqamlarla zəngin olduğunu unudurlar.

Çünki bu ölkədə “havadan danışmağa” mühafizəkarlıq deyirlər.

Mentalitet tərəfdarlığının savadsızlıqla bir əlaqəsi olmalı...

Qan TURALI
# 5276 dəfə oxunub

Oxşar xəbərlər

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

17:00 19 noyabr 2024
"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

15:00 19 noyabr 2024
"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

10:10 18 noyabr 2024
Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

15:00 16 noyabr 2024
Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

12:00 16 noyabr 2024
"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

15:00 15 noyabr 2024
# # #