Yuxularıma gələndə də saçlarını topla - Güneydən şeirlər

Məsud Haray

Məsud Haray

27 fevral 2023
# 17:00

Kulis.az güneyli şair Məsud Harayın şeirlərini təqdim edir.

Məsud Haray 1974-cü ildə Güney Azərbaycanın Xoy şəhrində anadan olub. Güneydə yaşadığı dövrdə 4 şeir kitab mualifi olsa da, İran rejiminin İrşad idarəsi tərəfindən heç bir kitabına yayın haqqı verilməyib. Onun şeirləri İran, Iraq, Azərbaycan və Türkiyədə müxtəlif dərgilərdə, antologiya kitablarında yer alıb. Məsud Harayın “Qurşun və şeir” adlı ilk şeirlər kitabı 2019-cu ildə Ankarada işıq üzü görüb.

Bunca Zülüm

Bunca zülümə,
Dağıtılmış yuvaya,
Qəfəsə,
Qırılmış qanadlarıma rəğmən
Heç bir quşun dimdiyindən,
Dən düşməsin deyirəm.

Özgürlük

Yuxularıma gələndə də saçlarını topla,
Başını ört, gülüm
Həm də,
Özgürlükdən söz etmə, ne olur!
Artıq yuxularımda da emniyyətimiz qalmayıb.
Tılım-tıplaq gədələrlə dolur daşır yuxularım.

Bomba

Bu il,
Könlümün bütün əkinəcək yerlərini,
Bomba əkəcəyəm.
Özgə əllərindən yem yiyən quşların,
Builki dən payı məndən.

Ankara

Vətəndən uzaqdayam
O qədərdə uzaq deyil
Ankaradayam yani.
Qar yağır.
Buradakı çisginliyin qucağındakı ağacların,
Bəbələr kimi üşüyür əlləri.
Ama mən,
Əlcəklərimi onlara verəməm!
Axı!
Dırnaqları çəkilmiş barmaqlarımı,
Kimsə görsün istəməm.


# 3247 dəfə oxunub

Oxşar xəbərlər

Sağ əlim sənin başına – Yeni şeirlər

Sağ əlim sənin başına – Yeni şeirlər

14:00 28 fevral 2023
Sevgi vardır ki, dodaqlarda açar güllərini

Sevgi vardır ki, dodaqlarda açar güllərini

12:05 14 fevral 2023
Kimə inanıram aldadır məni - Loğmandan yeni şeirlər

Kimə inanıram aldadır məni - Loğmandan yeni şeirlər

17:00 13 fevral 2023
Kişiləri Allah özü qorusun... - Nəriman Həsənzadənin şeirləri

Kişiləri Allah özü qorusun... - Nəriman Həsənzadənin şeirləri

17:00 9 fevral 2023
Bir dostumuz olsaydı, satardıq – İlqar Fəhminin yeni şeirləri

Bir dostumuz olsaydı, satardıq – İlqar Fəhminin yeni şeirləri

17:00 30 yanvar 2023
Dağın Məhəmmədə tərəf gəldiyini bilmirdim - Yeni şeirlər

Dağın Məhəmmədə tərəf gəldiyini bilmirdim - Yeni şeirlər

16:00 29 yanvar 2023
# # #