Gözəl günlər gələcək! - Günün şeiri

Alik Əlioğlu

Alik Əlioğlu

4 noyabr 2022
# 11:20

Kulis.az Günün şeiri layihəsindən Alik Əlioğlunun yeni şeirini təqdim edir.

Qatar səsilə xatırladığım
O kasıb kənddə
Tez-tez sönərdi işıqlar.
Və ən çox uşaqlar
Sevinərdi işığın yanmağına.
"İşıq gəldi, işıq gəldi,
İşıqları yandırın artıq"
Qışqıraraq küçə boyu qaçışardıq.
Zavod siqnal verərdi
Saatın hər vaxtını,
Nənəm təsbehdən bilərdi
Axşamın şər vaxtını.
Göy yerə yaxın idi...
Əvvəl böyük əmim,
Sonra atam, sonra o biri əmim öldü.
Sonra da bibimi yola saldım.
O biri bibim ağladı:
"Mən daha tək qaldım..."
Bütün qalan adamlar da
Harasa köçüb getdilər.
Göy yerdən uzaqlaşdı.
İndi işıq sönmür deyə,
Uşaqlar əylənə bilmir
Qatarlar keçir, amma
Səsləri eşidilmir.
Dostlar elə dağıldı,
Doğmalar elə getdi,
Kimin dalınca baxasan,
Hansını səsləyəsən,
Hansını axtarasan.
Onda şər vaxtı deyildi,
Təbiət səsli idi.
İt vaxtında hürürdü,
Vaxtında açırdı çiçək.
Nənəm təsbehdən bilirdi
Atam nə vaxt gələcək.
Atamın gəlişi
Mandarin qoxuluydu.
İndi mən də atayam,
Mandarinlər qoxusuz.
İndi atalar yorğun
Atalar indi yuxusuz,
Sizə çəkmə alacam,
Bir də hamınıza əlcək.
Uşaqlar, qar yağacaq,
Gözəl günlər gələcək!

# 2822 dəfə oxunub

Oxşar xəbərlər

Hamı qol saatıynan aldadır yetim uşağı... - Ruzbeh Məmmədin yeni şeirləri

Hamı qol saatıynan aldadır yetim uşağı... - Ruzbeh Məmmədin yeni şeirləri

17:00 23 sentyabr 2024
Sağ əlim sənin başına – Yeni şeirlər

Sağ əlim sənin başına – Yeni şeirlər

14:00 28 fevral 2023
Yuxularıma gələndə də saçlarını topla - Güneydən şeirlər

Yuxularıma gələndə də saçlarını topla - Güneydən şeirlər

17:00 27 fevral 2023
Sevgi vardır ki, dodaqlarda açar güllərini

Sevgi vardır ki, dodaqlarda açar güllərini

12:05 14 fevral 2023
Kimə inanıram aldadır məni - Loğmandan yeni şeirlər

Kimə inanıram aldadır məni - Loğmandan yeni şeirlər

17:00 13 fevral 2023
Kişiləri Allah özü qorusun... - Nəriman Həsənzadənin şeirləri

Kişiləri Allah özü qorusun... - Nəriman Həsənzadənin şeirləri

17:00 9 fevral 2023
# # #