Rəfdə paslı bir saat, xarab olmuş sərinkeş-YENİ ŞEİR

Rəfdə paslı bir saat, xarab olmuş sərinkeş-YENİ ŞEİR
20 oktyabr 2016
# 10:28

Kulis.Az Səhər Əhmədin yeni şeirini təqdim edir.

Dörd yanın toz bürümüş bu köhnə zirzəmidə

Nədi ki özün asmaq?

Bucaqdakı kəndirlə tavandakı halqaya

“Əlvida” sözün yazmaq.

Hər yerdə qalaq-qalaq, köhnə əlifbadakı

Unudulmuş kitablar,

Yerdə bir it zənciri, bir uşaq arabası.

Rəfdə paslı bir saat, xarab olmuş sərinkeş,

Boş bir araq şüşəsi və xiyar şorabası...

Küncdə hörümçək toru, tində siçan tələsi

Hərəsində bir qurban, ölümün təntənəsi...

Bircə insan cəsədi əskik bu zirzəmidə

Nədi ki özün asmaq?

Bucaqdakı kəndirlə tavandakı halqaya

Sonuncu sözü yazmaq...

# 1293 dəfə oxunub

Müəllifin son yazıları

# # #