Oğrun-oğrun boylanırsan, baxırsan içindən çölə

Oğrun-oğrun boylanırsan, baxırsan içindən çölə
8 may 2015
# 10:20

Kulis Səhər Əhmədin yeni şeirini təqdim edir.

Oğrun-oğrun boylanırsan,

baxırsan içindən çölə.

Görürsən ki, heç kim yoxdu,

çıxırsan içindən çölə.

Taqətsiz bir quş aşağı

baxırmış kimi yuvadan.

Gün gözünü qamaşdırır,

Başın hərlənir havadan.

Qəfil nəsə tanış gəlir,

Bu duyğunu tanıyırsan.

Hər şeyi yaddan çıxarıb

uçmağı xatırlayırsan.

Anlayırsan, ən doğrusu

beləcə qanad açmaqmış.

Bir barama qurdu ikən,

kəpənək olub uçmaqmış.

# 1233 dəfə oxunub

Müəllifin son yazıları

# # #