Səhər Əhmədin şeiri

Səhər Əhmədin şeiri
28 dekabr 2013
# 08:45

Kulis.Az Səhər Əhmədin “Bu ili də qarşıladım” şeirini təqdim edir.

***

Bu ili də qarşıladım,

Yorğun və pərişan.

Arxada ötən ömür,

Qarşıda bayram.

***

Hər axşam soyuqdan və zülmətdən

Səngərdəymiş kimi üşüyürəm.

Amma yenə hərdən

Əsgər olmaq istəyirəm.

***

Nə fərqi var,

Ömrümün neçənci əsridir,

Hansı fəslidir.

Hələ də məni incitməyə

Kimsə həvəslidir.

***

Keçilmiş yollarda

Təzə sevdalar doğular.

Söndürün gözünüzü mən,

Ardını görmüş kimiyəm.

***

Hansı yola düşüm, görən,

Deməsinlər: yaxşı yol?

Ölümdən başqa ünvan yox,

Yaşamaqdan başqa yol.

# 4219 dəfə oxunub

Müəllifin son yazıları

# # #