Harda ki, mən varam, sən yoxsan - Səhər Əhməddən yeni şeir

Harda ki, mən varam, sən yoxsan - Səhər Əhməddən yeni şeir
24 fevral 2020
# 11:33

Burda ki, sən yoxsan, mən varam,
Necə ki, qışda bahar yoxdu.
Orda ki, mən yoxam, sən varsan,
Necə ki, gecə səhər yoxdu.

Elə bil, kağız var, qələm yox,
Elə bil, ağzımda dilim yox,
Elə bil, gedən var, gələn yox,
Elə bil, hər kəs var, heç kəs yox.

Harda ki, mən varam, sən yoxsan,
Elə bil, quşda qanad yoxdu.
Harda ki, sən varsan, mən yoxam.
Elə bil, Marsda həyat yoxdu.

# 4851 dəfə oxunub

Müəllifin son yazıları

# # #