Ayrılığın qoxusu
31 may 2011
16:45
Liman kimi
qalıb dəniz arxasında o şagirdlik illərimiz.
Duman kimi
əl açsaq da o illərə yetməz daha əllərimiz.
O illərdə
Neçə-neçə xatirəmiz qalıb bizim.
Qalıb sevgi dünyamızın təməl daşı,
İlk sevinci, ilk həsrəti, ilk göz yaşı.
İndi bizim hər birimiz bir dərədə, bir dağdayıq.
O illərdən sahil qədər, ümman qədər uzaqdayıq...
Bu şeiri bizim son zəngimiz üçün ədəbiyyat müəllimimiz yazmışdı. Gözləri dola-dola, dodaqlarının titrəyişi ilə vida günümüzdə, yəni son zəng mərasimində oxudu.
O vaxtlar son zəng mayın 25-də olardı. Müəllimlərimizin bizim sinfə xüsusi münasibətləri vardı. Hamının sevimlisi idik. Bizim buraxılış yalnız 10-cu sinfi orda oxumaq qismətimizə düşən yeni məktəbin binasında oldu. İki mərtəbəli gözəl bir bina idi. Qarşısında Aşıq Pərinin heykəli vardı, məktəb də onun adını daşıyırdı. Heykəlin ətrafı və bütün məktəb həyəti qızıl güllərə bülənd olmuşdu. Hamısını gənc biologiya müəllimimizin rəhbərliyi ilə bizim sinif əkmişdi.
Biz də müəllimlərimizi çox sevirdik. İndi çox nadir tapılan müəllim-şagird sevgisi adi hal idi.
İnformatikanı bizə tədris edən sevimli Əjdər müəllim də bizim son zəngdə şeir dedi. Bəxtiyar Vahabzadədən
Sonu olan ömrü istəmirəm mən,
Çıxaydım zamanın çərçivəsindən.
Yaman çox ağlayırdıq. Görünür saf, ağrısız qəlbimiz ilk ayrılığı yaşayırdı. Onun ilk acısını dadırdı. Yəqin sadəcə intuisiya bizə diktə edirdi ki, bu ayrılıq ilkdir, bundan sonra o qədər ayrılıqlar var ki qarşınızda. Əsas ilki yaşamaqdır, başlayır. Bir də anlayırdıq ki, orta məktəblə bahəm uşaqlığa da əlvida deyirik. Böyüdük, istədik, istəmədik.
Daha çox dinlədiyimiz “Əlvida” mahnısı idi. Bəlkə, o buraxılış gecəsi “Əlvida” mahnısı, bizim göz yaşlarımız həm də tanrının kodlaşdırdığı gələcəyə işarə idi. Bilmirdik ki, bizdən sonra əllərimizin bəhrəsinin məktəb həyətində gül açması ilə hər il öyünən, bizimlə fəxr edən Əjdər müəllim də, biz də əslində o məktəbə deyil, o güllərə, o torpağa da əlvida deyirik. Yalnız bir məzun günündə iştirak edə bildik. Sonra yağmalandı gülüstanımız.
İndi hər il son zəng günü (həm də təkcə o gün yox) o yerlər gəlib bir daha gözlərim önündən keçir. O qızıl güllərin ətri gəlir burnuma. Bir vaxtlar qızıl güllərin qoxusu bizə ilk ayrılığı xatırladardı. Şirin idi, indi acı qoxusu var ayrılığın. Bu il o məktəb neçənci buraxılışını edəcəkdi...
Nə yazıq ki, indi nə o güllük, nə qızıl güllər yoxdur. Mənə elə gəlir ki, onların yerini kol-kos əvəz edib. Gözlərim qarşısında kəndimizin, məktəbimizin xarabalıqları canlanır. Elə bilirəm divarlar da göz yaşı tökür. Bizi qınayırlar, dağ-daş, təbiət hamısı qınayır bizi.
Son zəngdə müəllimlərimiz ali təhsil alıb doğma ocağa qayıtmağımızı arzu etmişdilər. Biz də elə istəyirdik. Əksəriyyətimiz ali təhsil aldı, amma qayıtmağa yer tapmadıq.
Kaş, gələn son zəngə qədər gülüstanımızı qaytara bilək... oranı yenə gülüstan edərik. Onda daha başqa heç bir ayrılığa ağlamaram...Bütün ayrılıqların sonu olur...
Fikirlərim dağıldı. Mən son zəngdən yazmaq istəyirdim axı...

4616 dəfə oxunub