"Qorxum budu, yar gəlməyə, birdən yarıla sübh..." - Məhəmmədhüseyn Şəhriyar

"Qorxum budu, yar gəlməyə, birdən yarıla sübh..." - Məhəmmədhüseyn Şəhriyar
31 iyul 2026
# 16:00

Bu gün şair Məhəmmədhüseyn Şəhriyarın doğum günüdür.

Kulis.az onun "Behcətabad xatirəsi" şeirini təqdim edir.

BEHCƏTABAD XATİRƏSİ


Ulduz sayaraq gözləmişəm hər gecə yarı,
Gec gəlmədədir yar, yenə olmuş gecə yarı.
Gözlər asılı, yox nə qaraltı, nə də bir səs,
Batmış qulağım, gör nə döşürməkdədi darı.
Bir quş: "Ayığam!"- söyləyərək, gahdan inildər,
Gahdan onu da, yel deyə laylay, huş aparı.
Yatmış hamı, bir Allah oyaqdı, daha bir mən,
Məndən aşağı kimsə yox, ondan da yuxarı.
Qorxum budu, yar gəlməyə, birdən yarıla sübh,
Bağrım yarılır, sübhüm, açılma, səni tarı!
Dan ulduzu istər çıxa, göz yalvarı çıxma!..
O çıxmasa da ulduzumun yoxdu çıxan.
Gəlməz, tanıram bəxtimi, indi ağarar sübh,
Qaş böylə ağardıqca, daha baş da ağarı.
Eşqin ki qərarında vəfa olmayacaqmış,
Bilməm ki təbiət niyə qoymuş bu qərarı?
Sanki xoruzun son banı xəncərdi, soxuldu,
Sinəmdə ürək varsa, kəsib qırdı damarı.
Rişxəndilə qırcandı səhər, söylədi durma,
Can qorxusu var eşqin, uduzdun bu qumarı,
Oldum qaragün ayrılalı o sarı teldən,
Bunca qara günlərdi edən rəngimi sarı.
Göz yaşları hər yerdən axarsa, məni tuşlar,
Dəryaya baxar, bəllidi, çayların axarı.
Əzbəs məni yapraq kimi hicranla saraldıb,
Baxsan üzünə, sanki qızılgüldi qızarı.
Mehrabi-şəfəqdə özümü səcdədə gördüm,
Qan içrə qəmim yox, üzüm olsun sənə sarı.
Eşqi var idi Şəhriyarın güllü-çiçəkli,
Əfsus ki,qəza vurdu, xəzan oldu baharı.

# 76 dəfə oxunub

Oxşar xəbərlər

"Dunay sahilində bir daxmacıq var..."  - Macarıstanın milli şairindən şeirlər

"Dunay sahilində bir daxmacıq var..." - Macarıstanın milli şairindən şeirlər

15:00 31 iyul 2026
Eşqimin təbəssümü idi o gecəki göz yaşı - Əhməd Şamlının şeirləri

Eşqimin təbəssümü idi o gecəki göz yaşı - Əhməd Şamlının şeirləri

15:00 23 iyul 2026
"Xoşuma gəlmir pişiklərin sevmədiyi adam olmaq..." - Sevinc Elsevərin yeni şeirləri

"Xoşuma gəlmir pişiklərin sevmədiyi adam olmaq..." - Sevinc Elsevərin yeni şeirləri

15:00 22 iyul 2026
Mən qurd kimi gəmirərdim bürokratizmi - Günün şeiri

Mən qurd kimi gəmirərdim bürokratizmi - Günün şeiri

12:07 19 iyul 2026
Gözəllər yanımda xəzələ döndü - Hüseyn Cavid

Gözəllər yanımda xəzələ döndü - Hüseyn Cavid

18:40 17 iyul 2026
Sеvgilim, dayanma, sahilə gəl - Mikayıl Müşfiq

Sеvgilim, dayanma, sahilə gəl - Mikayıl Müşfiq

18:40 16 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər