"Tarix həmişə qaliblər tərəfindən yazılır..." - Den Braundan sitatlar

"Tarix həmişə qaliblər tərəfindən yazılır..." - Den Braundan sitatlar
22 iyun 2026
# 11:30

Həqiqət ölümün gözlərində gizlənib.

Tarix həmişə qaliblər tərəfindən yazılır.

Kiçik beyinlər böyük zəkalardan daima qorxar.

Hər şey mümkündür. Qeyri-mümkün olan isə sadəcə bir az zaman alır.

Bəzən baxış bucağını dəyişmək, işığı görmək üçün kifayətdir.

Əgər gözlərin səni günaha sövq edirsə, onları çıxarıb at.

Keçmişdə verdiyimiz qərarlar gələcəyimizin memarıdır.

İnsan ağlı, bədənindən qat-qat ağır əzablar çəkə bilər.

Qəbul etmək nə qədər çətin olsa da, mən həqiqətin heyranıyam.

Uğur asanlıqla gəlmir, o həmişə tikanlı məftillərin arxasında gizlənir.

İnkar, insanın reallıqla başaçıxma mexanizminin mühüm bir hissəsini təşkil edir.

Bir uşaq üçün ümidini itirməkdən daha dağıdıcı bir şey yoxdur.

Zehninizi açın, dostlarım. Biz hamımız anlamadıqlarımızdan qorxarıq.

Özümüz üçün etdiklərimiz bizimlə bərabər yox olub gedir. Başqaları və dünya üçün etdiklərimiz isə ölümsüzdür.

Daha çox öyrəndikcə, daha çox sualım yaranır. Mənim üçün elmi və dərin bir araşdırma ömürlük bir məşğuliyyətdir.

Elm və din bir-birinə zidd deyil. Elm, sadəcə olaraq, dərk edilmək üçün hələ çox gəncdir.

İnam — sübut edə bilməyəcəyimiz, lakin doğru olduğunu qəbul etdiyimiz bir təsəvvürdür.

Heç bir şey bir məqsədə yönəlmiş zəkadan daha yaradıcı... və daha dağıdıcı ola bilməz.

***
Yaraşıqlı bir gənc yolla gedirdi. Bir qız ona yaxınlaşıb:
— Mən sizi çox sevirəm, — dedi.
Gənc isə:
— Mən səni sevmirəm. Bax, arxamca qardaşım gəlir, o məndən daha yaraşıqlıdır, — deyə cavab verdi.
Qız arxaya çevriləndə olduqca eybəcər bir adam gördü və yenidən gəncə tərəf dönüb:
— Xeyr, mən elə sizi istəyirəm, — dedi.
Gənc ona belə cavab verdi:
— Əgər məni həqiqətən istəsəydin, heç vaxt arxana dönüb baxmazdın...

# 96 dəfə oxunub

Oxşar xəbərlər

Xoşagəlməz hadisə - Nadir Yalçının hekayəsi

Xoşagəlməz hadisə - Nadir Yalçının hekayəsi

12:00 22 iyun 2026
Məsləhət gecəsi - Qərib Mehdinin hekayəsi

Məsləhət gecəsi - Qərib Mehdinin hekayəsi

13:30 21 iyun 2026
"Caz musiqisi sürətləndirilmiş bir laqeydlik formasıdır..." - Fransuaza Saqan

"Caz musiqisi sürətləndirilmiş bir laqeydlik formasıdır..." - Fransuaza Saqan

11:30 21 iyun 2026
"Hüzn nə deyirsə desin, həyat gözəldir..."  - Braziliyalı yazıçıdan sitatlar

"Hüzn nə deyirsə desin, həyat gözəldir..." - Braziliyalı yazıçıdan sitatlar

10:30 21 iyun 2026
"Ehtirasla sevdiyim dəqiqə artıq ötüb keçir..." - Jan Pol Sartrın "Ürəkbulanma" romanından bir hissə

"Ehtirasla sevdiyim dəqiqə artıq ötüb keçir..." - Jan Pol Sartrın "Ürəkbulanma" romanından bir hissə

10:00 21 iyun 2026
Əlvida, Cek  - Cerom Selincerin hekayəsi

Əlvida, Cek - Cerom Selincerin hekayəsi

11:30 20 iyun 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər