Dünyanın ən yaşlı heyvanı: 194 yaşlı Conatan "Ginnesin Rekordlar Kitabı"nın rəmzinə çevrildi

Dünyanın ən yaşlı heyvanı: 194 yaşlı Conatan "Ginnesin Rekordlar Kitabı"nın rəmzinə çevrildi
19 iyun 2026
# 16:00

194 yaşlı Conatan adlı tısbağa rəsmən "Ginnesin Rekordlar Kitabı"nın rəmzi elan edilib.

Kulis.az xəbər verir ki, planetin ən qoca quru heyvanı olan bu unikal canlı Fransa imperatoru Napoleon Bonapartın sonuncu sürgün yeri kimi tarixə düşən Müqəddəs Yelena adasında yaşayır.

Adanın rəhbərliyi tərəfindən yayılan rəsmi bəyanatda qeyd olunur ki, dünyanın ən yaşlı quru heyvanı və adanın hər kəs tərəfindən sevilən sakini kimi Conatan rəsmən bu qlobal titula layiq görülüb. Hökumətin mətbuat xidməti qoca tısbağanın yaşına baxmayaraq, hələ də müxtəlif ictimai tədbirlərdə fəal şəkildə iştirak etdiyini diqqətə çatdırıb.

"Nəsillər boyu adanın kollektiv yaddaşına çevrilib"

Müqəddəs Yelena adasının qubernatoru Naycel Fillips tarixi kəşflə və rəsmi qeydiyyatla bağlı bu fikirləri səsləndirib:

"O, nəsillər boyu adanın özünəməxsusluğuna və kollektiv yaddaşına dərindən nüfuz etmiş yerli bir rəmz hesab olunurdu. Bu, cəmiyyətin çoxdan bildiyi bir həqiqəti əks etdirir: Conatan sadəcə ahıl yaşda olan ecazkar bir canlı deyil, həm də Müqəddəs Yelena adası və onun xalqı üçün, həqiqətən, xüsusi bir fenomendir".

# 1159 dəfə oxunub

Oxşar xəbərlər

"Buker"dən uşaq ədəbiyyatı üçün mükafat - Qısa siyahı açıqlandı

"Buker"dən uşaq ədəbiyyatı üçün mükafat - Qısa siyahı açıqlandı

19:19 24 noyabr 2026
Ariana Qrandedən yeni layihə - Konsert turu haqqında filmi yayımlanacaq

Ariana Qrandedən yeni layihə - Konsert turu haqqında filmi yayımlanacaq

18:44 24 noyabr 2026
Türkiyə serialı “Emmy” mükafatına layiq görüldü

Türkiyə serialı “Emmy” mükafatına layiq görüldü

17:46 24 noyabr 2026
Memarlıq abidəsinə qanunsuz müdaxilə ilə bağlı məsələyə münasibət bildirildi

Memarlıq abidəsinə qanunsuz müdaxilə ilə bağlı məsələyə münasibət bildirildi

17:14 24 noyabr 2026
"Təkəbbür insanın özü haqqında həddindən artıq yüksək fikirdə olmasından doğan həzzdir..." - Spinozanın sitatları

"Təkəbbür insanın özü haqqında həddindən artıq yüksək fikirdə olmasından doğan həzzdir..." - Spinozanın sitatları

17:00 24 noyabr 2026
Elizabet Holms haqqında sənədli film 100 milyon dolları keçdi

Elizabet Holms haqqında sənədli film 100 milyon dolları keçdi

15:46 24 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər