Kimsə bilmir - Cavid Qasımov

Cavid Qasımov

Cavid Qasımov

13 dekabr 2022
# 19:00

Kulis.az "İlin hekayəsi" müsabiqəsində iştirak edən Cavid Qasımovun "Kimsə bilmir" hekayəsini təqdim edir.

Benyamin ciblərinə doldurduğu qəpiklərin ağırlığından pulunun nə qədər olduğunu yaxşı bilirdi. Bu fitri istedadın ona anasından keçdiyini deyirdilər. Ondan yaşını kim soruşsaydı, bu suala ya on, ya da iyirmi cavab verərdi. Saymağı ovcuna qoyulmuş qara qəpiklərdən öyrənən Benyamin heç vaxt əllərinin iç tərəfdən səksən yaşlı birisinin üzü kimi qırışlandığına fikir verməmişdi. Bəlkə də təkcə Benyamin deyil, hamı qocalığa ilk öncə əllərinin içindən yoluxur. Bir də onun dilənmək üçün oturduğu küçələrin heç birində sahibsiz itə rast gəlmək olmazdı. İtlər gözəl bilirdilər ki, Benyaminin oturduğu küçədə gəzişsələr, insanların diqqətini özlərinə çəkmiş olacaqlar. Benyamin də bu mənzərədən hirslənib, onları bacardığı qədər uzaqlara qovacaqdı. Axı heç bir dilənçi uşağa xoş gəlməz ki, onların yanında sahibsiz itləri sığallayıb, çörək atsınlar. Çörək demişkən, onu da xatırladım ki, bu balaca qəhrəman nə vaxt səkidə çörək tikələrinə rast gəlirdisə, orada bir itin yemləndiyini düşünürdü. Bu səhər it düşməni olan dostumla salamlaşıb, hal-əhval tutmaq istəyəndə, uzaqdan hansısa qadının yüksək səslə "İt oğlu it, tez bura gəl" deməsini eşitdim. Səsi qulaqlarıma çatmamış, Benyamin əlindəki qəpikləri tikəsi yarımçıq qalan itlər kimi yerə atıb, səs gələn tərəfə qaçmağa başladı.

Əzizim, bəlkə də, insanı sevdikləri çağıranda hər bir şeyini atıb getməyi məhz belə olur...

# 3273 dəfə oxunub

Oxşar xəbərlər

"Qadın cinsi ilə rəftar eləməyi bacarmayan..." - Şillerin "Məkr və məhəbbət"indən bir hissə

"Qadın cinsi ilə rəftar eləməyi bacarmayan..." - Şillerin "Məkr və məhəbbət"indən bir hissə

10:00 9 may 2026
"Qınadığım şeylərə qarşı məndə maraq oyatmağa haqqınız yoxdur..." - Floberin "Hisslərin tərbiyəsi" romanından sitatlar

"Qınadığım şeylərə qarşı məndə maraq oyatmağa haqqınız yoxdur..." - Floberin "Hisslərin tərbiyəsi" romanından sitatlar

10:00 8 may 2026
Dilənçi -  Bəhruz Tağızadənin yeni hekayəsi

Dilənçi - Bəhruz Tağızadənin yeni hekayəsi

10:45 7 may 2026
Ac daşlar - Rabindranat Taqorun hekayəsi

Ac daşlar - Rabindranat Taqorun hekayəsi

10:00 7 may 2026
Qaranlığı yaran işıq - Coşqun Xəliloğlunun hekayəsi

Qaranlığı yaran işıq - Coşqun Xəliloğlunun hekayəsi

15:08 6 may 2026
Tısbağa şorbası - Sevinc Elsevərin hekayəsi

Tısbağa şorbası - Sevinc Elsevərin hekayəsi

14:57 6 may 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər