Gülüş - Rüfət Kazımov

Rüfət Kazımov

Rüfət Kazımov

22 noyabr 2022
# 12:00

Kulis.az İlin hekayəsi müsabiqəsində iştirak edən Rüfət Kazımovun "Gülüş" hekayəsini təqdim edir.

Qeyd edək ki, anonim şəkildə münsiflərə təqdim olunan hekayələr yalnız qiymətləndirildikdən sonra sayta yerləşdirilir.

Hekayələrin qəbulu dekabr ayının 10-a qədər davam edəcək. Qeyd olunan tarixdən sonra göndərilən hekayələr müsabiqəyə qəbul edilməyəcək.

Gülüş

Həsən ürəyi açıq, şən, gülərüz biri idi. Lakin tək olanda onun üzü suyuq ifadə alırdı.
Bir gün Həsən dostları ilə deyib gülərək evə gedərkən, ona tez-tez ilişib incidən, Rauf adlı sinif yoldaşı onun arxasınca qaçıb çantasından dartdı. Həsən tarazlığı saxlaya bilmədi və yerə yıxıldı. Rauf qəzəbli səslə dedi.

— Sən niyə yalandan gülürsən?? Sən şən biri deyilsən! Səni tək olanda görmüşəm. Sənin üzün iradəsiz olur. Deməli sən yalandan gülürsən. Bu ise o deməkdir ki sən yalançısan!
Rauf gülməyə başladı. Dostları Həsənə təəccüblə baxdılar. Onlardan biri Həsənə qalxmağa kömək etdi, digəri Raufa qarşı dönüb dedi.
— Tək olanda kim gülür? Sən axmaqsan ay Rauf?? Yalnız dəli adam tək oturanda gülə-gülə oturar.
Rauf gülməyi dayandırdı və qaşların büzdü.
— İndi inanmırsan ki o yalançıdır. Adam necə insanların içində həmişə güle bilər amma tək olanda ifadəsiz oturar? Yalnız ikiüzlü və yalançı biri.
Həsənin digər dostları Raufa güldülər. Həsən bunları izləyərək özünü qəribə hiss edirdi. Dostları güldüyündən Raufun qəzəbləndiyin görən Həsən onları sakitləşdirmək istəyərək dedi.
— Olur da, insan bir şeyə görə çox qəribə bir nəticəyə gəlir. Mənim özümdə tez-tez belə olur. Rauf yəqin sadəcə bizimlə danışmaq üçün bəhanə axtarırdı. O sinifdə tək oturur, yalnız ev tapşırıqlarının nə olduğun bilməyəndə qızlardan dərslərin yerin qeyd etmək üçün soruşur.
Həsən Raufa qarşı dönüb soruşdu.
— Rauf əgər istəyirsənsə gəl bizimlə danışaq. Birlikdə deyib gülək.
Rauf qəzəblənib dedi.
— Mən ikiüzlü yalançılarla dostluq etmirəm!
Bu sözləri dedikdən sonra Rauf sürətlə qaçıb onlardan uzaqlaşdı. Həsənin dostlarından biri dedi.
— Boş ver onu. Gəlin gedək.
Digərləri onunla razılaşdılar. Həsən Raufa görə narahat olsa da dostları ilə yoluna davam etdi.
Rauf evinə daxil olub nənəsini gördü. Nənəsi mətbəxdən başın çıxardıb Raufu salamladı.
— Nənəsinin can balası, necəsən?
Rauf kinin gizlətməyə çalışaraq dedi.
— Y-yaxşıyam. Narahat olma. N-nənə mənə nə hazırlamısan?
Üzündə təbəssümlə Nənə cavab verdi.
— Balamın ən sevimli yeməyin. Get əl-üzünü yu, əynini dəyiş və gəl. Mən də süfrəni hazırlayım.
Rauf nənəsinin dediyin etmək üçün hamam otağına getdi. Əlinin yuyarkən əvvəlcə olanları xatırladı və sinirləndi. Yadına atası düşdü. Atası anası ilə tez-tez mübahisə edirdi. Lakin Raufu görəndə hər ikisi üzlərindəki qəzəbli ifadəni təbəssümlə gizlədirdilər. Bu bir neçə il belə davam edirdi. Lakin bir gün dərsdən gələndə Rauf atasını əlindəki çamadanla gördü. Atası ona baxıb soyuq tonla dedi.
— Özünə yaxşı bax. Birdə belə axmaq qadınla ailə qurma.
Bu sözləri eşidəndə Raufun ürəyi sürətlə çırpınırdı. Uşaq olsa da sanki bunun nə demək olduğun hiss edirdi. Atası ayaqqabıların geyinib evdən çıxdı. Arxasınca qapını ötəndə qapı bərk bir səslə bağlandı.
Raufun beyni suallarla doldu. Qapını açıb bu sualları atasına vermək istədi. Amma qapı açılmırdı. Daha doğrusu bərk dəmir qapını açmağa, kiçik Raufun gücü yox idi.
Rauf anasını mətbəxdə ağlayan gördü və özünün də gözləri göz yaşları ilə doldu. Anasına qaçıb onun qoynuna girdi. Ana və övlad qucaqlaşaraq ağlamağa başladılar.
Rauf titrədi və özünü hamam otağında aşkar etdi. Nənəsi artıq bir neçə dəfə idi ki onu səsləyirdi. Rauf həyəcanlanıb ona cavab verdi.
— G-gəlirəm nənəcan.
Otağına gedib tez əynini dəyişdi və mətbəxə yönləndi. Yeməyini yeyəndən sonra başını qaldırıb nənəsindən soruşdu.
— Nənəcan, anam nə vaxt işdən gələcək.
Nənəsi dərindən nəfəs alıb verdi və dedi.
— Sən dərsdən qayıtmamışdan əvvəl mənə zəng edib xəbər verdi ki bu gün işi çox olduğuna görə gec gələcək.
Bu tez-tez baş verirdi. Ailəni dolandırmaq üçün anası çox işləyirdi və tez-tez xəstələnirdi. Buna görə işləri daha da artırdı. Raufun yaşıdlarının gün ərzində ən çox gözlədikləri dərslər bitəndən sonra dostları ilə oynaya bilmək imkanı, evə getmək idi. Rauf isə hər gün anasının işdən dönəcəyi anı gözləyirdi. Buna görə olan bütün ev tapşırıqlarını tez bitirirdi ki Anası gələndə anası ilə vaxt keçirə bilsin. Dərslər ona mane olmasın. Ev tapşırıqlarının bir hissəsini tənəffüsdə edirdi. Buna görə heç kimlə danışmağa vaxtı yox idi. Rauf sakitcə otağına döndü və yenə dərslərinə davam etdi. Bu onun üçün adiləşmişdi.

Raufun hər günü belə keçirdi. Həftə sonları buna görə onun ən sevimli vaxtları idi. Anası evdə olurdu. Onlar birlikdə kino izləyirdilər. Bəzən harasa gedirdilər. Nənəsi onlarla qaldığına görə anasının ev işləri görməyinə ehtiyacı qalmırdı. O öz vaxtını Raufa keçirə bilirdi.
Anası evə gələndə Rauf onu sevinclə qarşıladı və gündəliyindəki yeni qiymətlərin göstərdi. Oğlunun əzmlə dərs oxuduğuna sevinən, və onun üçün darıxan ana onu bağrına basırdı. Bu anlar Rauf özünü cənnətdə hiss edirdi.

Günlərin bir günü, dərs bitəndən sonra, sinif müəllimlə sağollaşıb onu gözləri ilə yola saldılar. Rauf başını salıb tapşırıqlarını etməyə çalışdı. Tək oturub rəsm çəkən Həsəni görəndə təəccübləndi. Həsənin üzündə heçbir ifadə yox idi. Bunu görüb qəzəblənən Rauf ona yaxınlaşdı və onun gözəl bir şəkil çəkdiyin gördü. Həsən bayraq qarşısında duran əsgər resmi çekirdi. Rauf maraqla soruşdu.
— Sən nə çəkirsən? Bizə təsviri incəsənət dərsindən belə tapşırıq verilməmişdi. Və bundan əlavə, niyə dostlarınla deyilsən?
Həsən onun son sualın cavablandırdı.
— Çünki onlar gəlməyiblər. Bayaq müəllimə dedi axı. İkisi qrip olub, Amil isə sadəcə gəlmiyib.
Gülümsəyib əlavə etdi.
— Amil həftədə bir dəfə dərs buraxmasa olmaz. Deyir ki yuxumu sona kimi görmək istəyirəm. Soruşanda isə deyir ki yadımda qalmayıb, amma çox maraqlı idi.
Rauf təəccüblə soruşdu.
— Bəs şəkillə əlaqəli suala cavab vermədin. Niyə? Nə çəkirsən?
Həsən suala cavab verməyə çəkinirdi, lakin şəkli çəkməyə davam edirdi. Rauf qəzəblənib şəkli masadan götürdü ve sinif otağının qapısına qaçaraq dedi.
— Demədin, görmədin! Həsənin qəzəblənərək Raufun arxasınca qaçması hamını təəccübləndirdi. Həsənin onun arxasınca qaçdığın görən Rauf gülümsədi və sinifdən çıxdı. Dəhlizdə çıxıb qaçmağa davam etmək istəyəndə Həsən onun qolundan tutub özünə çəkdi. Rauf sürüşdü və yıxıldı. Başı yerə bərk dəydi və Rauf qışqıraraq şəkli cırdı.
— Ala sənə! Bu da başıma görə.
Üzərində çalışdığı, zəhmət çəkdiyi rəsmin cırıldığın görən Həsən daha da qəzəbləndi. Yıxıldığına görə qəzəblənən Rauf və Həsən dalaşmağa başladılar. Bunu görən müəllimlər yaxınlaşıb onları ayırdılar.
Bundan sonra bütün dərs boyu onlar ayrı-ayrı künclərdə durdular. Hətta tənəffüs zamanı belə. Rauf tənəffüslərdə dərslərin edə bilmədiyinə görə daha da kinli idi.

Dərslərdən sonra sinif rəhbəri olan müəllim onları öz qarşısında əyləşdirib baş verənlərin səbəbinin soruşdu. Heç birindən cavab ala bilməyən müəllim onların valideynlərinə zəng vuracağını bildirdi. Müəllimlər otağına gedib jurnaldan onların valideynlərinin nömrələrinə baxıb gələcəyin bildirdi. Əgər bu zamana kimi onlar olanların səbəbi danışıb barışmasalar valideynlerinə zəng olunacağın anlatdı. Müəllim otağı tərk edən kimi Rauf qəzəblə dedi.
— Hamısı sənə görədir! İndi anam mənə qəzəblənəcək.
Həsən qəfildən dedi.
— Sən mənim atamın rəsmin cırdın! Mən onu kiçik qardaşım uçun çəkirdim!
Rauf sanki dondu. O bilirdi ki Həsənin atası şəhid idi. Bilirdi ki ikisi də atasız idilər. Lakin səbəbləri fərqli idi. Özü nadir halda gülürdü, o hallar ise anası ile olanda idi. Həsən isə həmişə gülərüz biri idi. Yalnız və yalnız təklikdə emosiyasız idi. Rauf bunu valideynlərinin münaqişə zamanı onu görəndə etdikləri təbəssümə bənzədirdi. Bunu bir cür ikiüzlülük sayırdı. Dərslərin birində onlar yalanın və ikiüzlülüyün pis olduğunu keçmişdilər. Buna görə Rauf Həsəni ikiüzlü biri sayırdı. Düşünürdü ki o dostlarına ziyan vura bilər. Bütün bunları Həsənə deyəndə aldığı cavab onu sözsüz qoydu.
Həsən dərin qəhqəhə çəkdikdən sonra bir neçə dəqiqəlik sükut çökdü. Rauf başını qaldırıb soruşdu.
— Bir dəqiqə, Sən nəyə gülürdün?
Həsən gülümsəyərək dedi.
— Bəzən sən astagəl təəssüratı yaradırdın, amma bu artıq yeni səviyyədir. Güləndən bir neçə dəqiqə sonra bunun səbəbini soruşmaq çox sürətlidir.
Raufun sifətində kinli və narazı ifadə əmələ gəldi.
Həsən başını salıb dedi.
— Atam şəhid olandan bəri anam kiçik bacı və qardaşım narahat olmasınlar deyə həmişə gülümsəməyə çalışır. Onlar kiçikdirlər, ölümün, müharibənin nə olduğunu bilmirlər. Anam onların kədərlənməyin istəmir. Məndə anama yardımçı olmaq üçün, itkimizi dərk etdiyim halda büruzə verməməyə çalışıram. Bunun üçün həmişə gülərüz olmağı öyrəndim. Amma bəzən adam bundan yorulur. Ona görə ətrafındakılar mənə baxmayanda və ya tək olanda istəyirəm üzüm dincəlsin. Adam gülümsəməkdən də yorulur. Üz əzələləri də yorulur.
Bu sözləri eşidəndə sonra Raufun başına sanki soyuq su aşırdılar. Gözlərini bərəldib Həsənə baxırdı. Həsənin gözlərinin yaşardığını görüb kədərləndi. Həsən üzündən göz yaşlarının açdığın hiss edəndə üzür istəyib, ayaq yoluna yönləndiyin bildirdi və otağı tərk etdi. Bu zaman qapının arxasında duran sinif rəhbərin görmədi.
Rauf çox təsirlənmişdi. Əlin qəlbinin üzərinə qoydu. Qəlbində sanki acı bir ağrı var idi. Vicdan ağrısı bunamı deyirlər?
Müəllimə otağa daxil olub Həsən görməyəndə Rauf dedi.
— H-Həsənin ehtiyacı olduğuna görə ayaq yoluna getdi. M-müəllimə, davamızın səbəbi... Mən sadəcə zarafat etmək istəyirdim lakin axmaq zarafat alındı. Həsənin üzerində işlədiyi rəsmi cırdım və o qəzəbləndi. Xahiş edirəm, onu bağışlayın. Çünki səbəbkar mənəm. Onu mən sinirləndirdim və buna görə günahı yalnız özümdə bilirəm. Onu əfv edin.
Raufun gözləri yaşardı. O müəllimin qarşısında diz çökməyə çalışdı lakin müəllim onu dayandırıb dedi.
— Sən nə edirsən? Biz Yaponiyada deyilik. Orda insanlar üzür istəmək və nə isə xahiş etmək üçün diz çökürler. Bizdə nə vaxtdan belə adət olub?! Mən nədənsə bilmirəm. Eşitməmişəm bəlkə?
Müəllimin üzündəki təbəssümü görən Rauf gülümsədi. Müəllim onun başın sığallayıb dedi.
— Əgər sən günahını dərk etdinsə və boynuna aldınsa, onda səni bağışlamamaq günah olar. Qalx ayağa və get üzünü yu.
Bu gündən sonra Rauf heç bir zaman Həsəni incitməyə çalışmırdı. Hətta onun gözlərinə belə baxa bilmirdi. Həsən Raufa dostlaşmağa çalışa belə alınmırdı. Dostları da Həsəni bu fikirdən döndərməyə çalışırdılar.
Artıq illər ötdü. Rauf böyüyüb dərdləri, problemləri olan insanlara kömək etmək üçün psixoloq oldu. Lakin günlərin bir günü anası ağır xəstələnib yatağa düşdü. Anasına lazım olan dərmanları alıb, vaxtı vaxtında qəbul etməsinə nəzarət edən Rauf anladı ki onlar kömək etmir. Həkim çağırandan sonra onlar Raufa anasının əməliyyata ehtiyacı olduğunu dedilər. Lakin əməliyyat çətin və bahalı idi. Buna çarə axtarmaq üçün xəstəxanaları bir-bir gəzən Rauf xəstəxanalardan birində həkimləri yalvar-yaxar edərkən arxadan bir həkim yaxınlaşıb onu qaldırdı və onunla birlikdə xəstəxanadan çıxdı. Rauf həkimin hərəkətindən kədərlənib dedi.
— Siz də məni qovmayın ay həkim mən…
Həkim onun sözlərinə kəsib dedi.
— Sabah saat 10:00 ananızı bura gətirin. Onu bir daha müayinə edib dəqiq nə olduğun öyrənək. Əməliyyatı şəxsən özüm edərəm. Narahat olmayın, mən kifayət qədər peşəkar bir həkiməm.
— Həkim lakin mənim əməliyyatı ödəməyə kifayət qədər pulum yoxdur.
— Sizin dediklərinizi eşidirdim. Narahat olmayın.
Raufun gözləri doldu. Həkimi bağrına basıb ağladı.
Növbəti gün Rauf anasını xəstəxanaya gətirdi. Anası müayinələrdən keçdi, diaqnoz qoyuldu. Onları qeydiyyatdan keçirərkən sənədlərinə baxanda həkim təəccübləndi. Onların soyadı ona sanki tanış gəldi. Bir neçə gündən sonra həmin həkim əməliyyat keçirməyə başladı və müvəffəqiyyətlə bitirdi. Anasının əməliyyatdan sağ-salamat çıxdığın eşidəndə Rauf dünyanın ən xoşbəxt adamı idi. Anasının tezliklə sağalacağı xəbəri onu daha da sevindirdi.
Həkimə yaxınlaşıb onu bağrına basıb təşəkkür edərkən onun adını soruşdu. Həkim sakit tərzdə cavablandırdı.
— Mənim adım Əhmədov Həsən.
Raufun gözləri bərəlmiş qaldı. Bunu görən həkim şübhə ilə ona baxıb soruşdu.
— Üzür istəyirəm, sual qəribə olacaq, amma mənə çox maraqlıdır. Rauf bəy, siz 76 saylı məktəbdə təhsil almısınız?
Rauf avtomatik olaraq başını yellədərək müsbət cavab verdi. Bunu eşidəndən sonra həkimin üzü güldü.
— Ay Rauf, bu ki mənəm! Həsən!
Raufun gözləri yaşardı və bərəldi. Onun məktəb illərində uzun zaman incidib sonra isə söz belə kəsmədiyi şəxs onun anasının həyatın qurtarmışdı. Raufun uzun görən Həsən əllərini onun çiyinlərinə qoyub dedi.
— Allah xətrinə ağlama. Məndə ağlayacam! Gəl ən yaxşısı kafeteriyaya gedək və adama bir neçə fincan çay içib hal-əhval edək.


# 3445 dəfə oxunub

Oxşar xəbərlər

Gertruda Komorovskaya - Həmid Piriyevin yeni hekayəsi

Gertruda Komorovskaya - Həmid Piriyevin yeni hekayəsi

15:00 22 noyabr 2024
Yay tətilini necə keçirdim - Əli Zərbəlinin hekayəsi

Yay tətilini necə keçirdim - Əli Zərbəlinin hekayəsi

11:24 22 noyabr 2024
İdmançının sevgilisi - Günün hekayəsi

İdmançının sevgilisi - Günün hekayəsi

13:16 21 noyabr 2024
Azyaşlı baldızı ilə evlənən qoca – Çəmənzəminlinin hekayəsi

Azyaşlı baldızı ilə evlənən qoca – Çəmənzəminlinin hekayəsi

16:40 18 noyabr 2024
“Ka”nı xoşbəxt edən yazıçı - Sonası Vəliyevanın hekayəsi

“Ka”nı xoşbəxt edən yazıçı - Sonası Vəliyevanın hekayəsi

15:00 17 noyabr 2024
Tənhalıq həsrəti - Rüstəm Dastanoğlunun hekayəsi

Tənhalıq həsrəti - Rüstəm Dastanoğlunun hekayəsi

13:05 16 noyabr 2024
# # #