Kulis.az "İlin hekayəsi" müsabiqəsində iştirak edən Humay Allahverdiyevanın "Fındıq ağacı" hekayəsini təqdim edir.
İllər nə tez keçir... Sanki hər şey dünən olmuş kimi gəlir mənə. Xatırladıqca xatırlamaq istədiyim, lakin bir o qədər də şip-şirin acı xatirələrim...
Söhbət 31 il öncə 7 yaşlı bir qızcığazın xatirəsində həmişə yaşayacaq, silinməz izlər qoyan xatirələrdən gedir.
İllər öncə biz Füzuli rayonunda yaşayırdıq. Xoşbəxt heç vaxt ələ düşməyən gözəl qayğısız illər...
Həyətimizdə yan-yana iki fındıq ağacı vardı. Həyətə daxil olanda
sol tərəfdə əkilən fındıq ağacları sıradan bir ağac kimi gəlmir yadıma. O qədər füsunkar, əzəmətli qalıb ki yadımda.
Yaz gələndə bütün ağaclardan tez tumurcuq qoyar, sonra sarı saçaqlarını yerlə bir edərdilər. Daha sonra meyvə gətirər yetişərdilər. Heç vaxt üstündən dərməzdim. Gözləyərdim yerə tökülsün, yerdən yığım. Hər səhər sevincək ağacların altına gedib, əlimdəki kiçik səbətimə 10-15 fındıq tapıb atanda o qədər xoşbəxt olurdum ki...
Bu xoşbəxtlik uzun çəkmədi. Müharibə deyilən canavar, o sərt pəncələri ilə, iti dişləri ilə param-parça etdi çox insanların həyatını... Eyni zamanda bizim həyətimizi. Uzaq düşdük həyətimizdən, evimizdən, vətənimizdən.
İndi o vaxtdan düz 31 il ötür. Hal-hazırda 38 yaşım var. Saçlarımda çoxlu sayda ağ tüklərim var mənim. İki övlad anasıyam.
Çox şükür bu günümüzə. 30 ildən sonra möhkəm iradəli xalqımız, dəmir
yumruqlu prezidentimiz, qüdrətli ordumuz bir olub, işğaldan azad etdik torpaqlarımızı. Lakin işğaldan azad olunmuş topaqlarımıza erməni vəhşilərinin yerləşdirdiyi mina təhlükəsinə görə, hələdə doğma yurdumuza gedə bilmirik. Deyirlər Füzulidə daşı daş üstə qoymayıb qəddar düşmən. Gedib görənlər tanınmaz haldadır deyirlər.
Amma mənim qəlbimdə belə bir ümid var ki, mən həmin fındıq ağaclarımı görən kimi tanıyaram həyətimizi. Ara-sıra yuxumda gördüyüm kimi, o böyük göy qapını açıb həyətə daxil olacam, ətrafa göz gəzdirib hər şeyin yerində olub olmadığını nəzərdən keçirəcəm.
Zaman keçdikcə insan çox şeylərin fərqinə varır. Elə dəyərlər var ki, onların yanında ev-eşik, mal-mülk, qızıl-gümüş hamısı bir heç kimi görünür. Hal-hazırda mənim üçün ən böyük dəyər odu ki, kaş ki gedib o torpağa ayaq basım, yaşadığım o gözəl günlərin qoxusunu alım o yerlərdən. Heç nəyi yerində görməsəm də, daşı-daş üstə tapmasam da, bir tək arzum istəyim var... Vətənimin o torpağının üstündə sağlam, möhkəm, dayanıqlı görüm fındıq ağacalarımı...!
Fındıq ağacı - Humay Allahverdiyeva
Humay Allahverdiyeva
7 dekabr 2022
16:30
2732 dəfə oxunub
Oxşar xəbərlər
Gertruda Komorovskaya - Həmid Piriyevin yeni hekayəsi
15:00
22 noyabr 2024
Yay tətilini necə keçirdim - Əli Zərbəlinin hekayəsi
11:24
22 noyabr 2024
İdmançının sevgilisi - Günün hekayəsi
13:16
21 noyabr 2024
Azyaşlı baldızı ilə evlənən qoca – Çəmənzəminlinin hekayəsi
16:40
18 noyabr 2024
“Ka”nı xoşbəxt edən yazıçı - Sonası Vəliyevanın hekayəsi
15:00
17 noyabr 2024
Tənhalıq həsrəti - Rüstəm Dastanoğlunun hekayəsi
13:05
16 noyabr 2024