Uzaq tarixi demirəm, elə sovet dövründə ermənilər bizim millətə qarşı düşmənçilik siyasəti aparırdı. Sovetlər birliyi zamanı 15 respublika arasında yalançı “xalqlar dostluğu” deyilən bir şey vardı. Ona görə də Kreml heç vaxt icazə verməzdi ki, bu xalqlar bir-birinə qarşı düşmənçilik təbliğatı aparsınlar.
Bəs ermənilər bu işi neçə görürdü? Erməni yazıçıları və tarixçiləri dayanmadan yazıb öz xalqına bəyan edirdi ki, tarixən türklər onları qırıb, kökünü kəsmək istəyib. Yazılan belə əsərlər üzrə çoxlu faciə kinoları çəkirdilər. Ötən əsrin 80-ci illərində mən ermənilərin bu mövzuda çəkdiyi bir neçə filmi görmüşəm. Bu filmlərin tam süjet xəttini xatırlamasam da yadımda qalan bəzi təsirli epizodları danışmaq istəyirəm.
Məsələn, birində belə bir səhnə vardı. Yaz vaxtıdır, hər yan çiçəkləyib, bir yaşlı kişi öküzlərini qoşaraq 9-10 yaşlı gözəl, yaraşıqlı oğul nəvəsi ilə dağların ətəyində yer şumlayır. Bu mənzərəni gözəl bir musiqi müşayiət eləyir. Uşaq üzü dağlara durub eynilə bizim Qarabağ bülbülləri kimi oxuyur. Qəfil güllə səsi bu xoşbəxtliyi, bu həyat eşqini çilik-çilik eləyir. Bəxtəvərliklə aşıb-daşan həyat yarı yolda dayanır. Çünki, qəfil peyda olan əlisilahlı türklər uşağın babasını uzaqdan dayandoldurumla vurub qətlə yetirirlər. Uşaq mahnısını yarımçıq kəsərək dönüb babası tərəfə baxır. Bu tərəfdən uzun tüfəngli türklər uşağa tərəf hücum çəkir. Cütçü qoca al qan içindədir, əllərini cütdən buraxmayıb, öküzlər ürkərək onu şumluqda sürüyür. Uşaq bu mənzərəni görüb üzü dağlara tərəf qaçmaq istəyir.
Lakin “qaniçən türklər” o məsum erməni uşağı arxadan güllələyir. Bu zaman uşağın bayaq oxuduğu mahnı dağlarda əks-səda verir, uşaq yavaşıdılmış hərəkətlərlə yaşıl təpəliyə yıxılır. “Qaniçən türklər” uşağın meyitinə tərəf cumub onu yerdə təpikləyirlər. Təpiklər dəydikcə onun kürəyindəki güllə yeri geniş ekranda göstərilir. Qədimi güllü köynək və üstündə qanlı güllə yeri...
Digər kinodan bir epizod. Demək, türklər gəlib ermənilərin hansısa yaşayış yerini silah gücünə, qırğınlar bahasına tuturlar. Arvad, uşaq, qoca demədən qabaqlarına kim keçdi öldürür, evlərini yandırırlar. Dava-qırğın səngiyəndən sonra bu “vəhşi türklər”ə başçılıq eləyəni bir böyük otaqda göstərirlər.
Bu “başçı” o qədər eybəcərdir ki, adam ekrana baxanda iyrənir. Təsəvvür eləyin, ən eybəcər bir ermənini daha eybəcər eləmək üçün üstəlik yenidən qrimləyiblər. Çopur üzlü, eybəcər burunlu, balacaboy, yoğun qarınlı, əyri-üyrü dişli bir insan e! Güləndə elə bil it mırıldayır...
Başçının tabeçiliyində olan döyüşçü türklər əsir götürdükləri gözəl bir erməni qızını ayaqyalın, paltarı cırıq vəziyyətdə onun hüzuruna gətirirlər. O, mırıldayaraq gətirənlərə “çıxın” əmri verir. Əsgərlər otaqdan çıxırlar. “Eybəcər başçı” mırıldaya-mırıldaya divara qısılmış o gözəl, məsum erməni qızına yaxınlaşır. Qızı öpmək istəyəndə qız nifrət dolu sifətini ona tərəf çevirib üzünə tüpürür. Başçı hirslənərək bir neçə nəfəri içəri çağırır. Onlar zorla qızı soyundurub başçının qabağına yıxırlar. “Eybəcər türk” bu gözəl erməni qızını zorlayır. Sonra neyləyir, bilirsinizmi? Zorlayandan sonra ürəyi soyumayan bu “eybəcər türk” qızın döşünü alma kimi dişləyir...
Belə kinolara baxan erməni gəncləri böyüklərdən soruşurdu ki, bu türklər kimdir. Onlar da əlbəttə, azərbaycanlıları göstərirdilər, bax, oğul, bunlar bizim düşmənlərimizdir, hələ çoxu Türkiyədə yaşayır.
Bax belə! Ermənilər belə filmləri Kremlin senzurasından keçirmək üçün rəsmən deyirdilər ki, bu təbliğat sovet hökumətinin qatı düşməni olan Türkiyəyə qarşıdır. Ancaq praktikada ələ keçən biz idik. Onlar erməni gəncliyinə baş barmaqları ilə stolun altından bizi göstərirdi: “Düşmən budur!”
Azərbaycan isə onların yazdığı əsərlərə, tarixlərə, kinolara cavab verə bilmirdi. Çünki “xalqlar dostluğu”na xələl gətirmiş olardıq.
Mən çox şahidi olmuşam, erməni azərbaycanlılar arasında tək olanda o qədər ehtiyatlı və xoflu olur ki... Yəni, bizim vəhşi obrazımız, artıq onların yaddaşına əbədi hopdurulub. Erməni heç vaxt bizimlə dost ola bilməz. Onlar bizim əbədi düşmənimizdir. Bu düşmənçilik dünya durduqca duracaq! Əkrəmvarı humanist əsərlər üyütməklə, nə bilim, qrant alıb xərcləməklə ermənidən dost düzəltmək mümkün deyil. Nəinki Qarabağ ermənilərinə hansı cürsə muxtariyyət statusu əta eləmək, onları heç bu torpaqlarda saxlamaq düzgün deyil! Torpaqları silahla alıb o murdarları tamam qovmaq lazımdı. Onlar hansı düşmənçilikdən yazıb, kino çəkibsə, həmin müsibətləri ruslara qısılaraq, məhz bizim başımıza gətiriblər. Erməni ilə barışmaq üçün namussuz olmaq lazımdı!!!