İkimizin balasıdı bu sınıq-salxaq ömür... – Səhər Əhməddən Yeni Şeirlər

İkimizin balasıdı bu sınıq-salxaq ömür... – Səhər Əhməddən Yeni Şeirlər
9 avqust 2019
# 17:32

Kulis.az Səhər Əhmədin yeni şeirlərini təqdim edir.

***

Bütün cəhdlərdən əl çəkdim, təslim olmaq vaxtıdı,

Mən usandım, sən qazandın, həyat, sən deyən olsun.

İkimizin balasıdı bu sınıq-salxaq ömür,

Adını mən qoyacağam, soyad sən deyən olsun.

Bitsin bütün təlatümlər, indi hüzur yaxşıdı,

Mən faniyəm, sən əbədi, öz postunda yaxşı dur,

Mənlə bir az güclü oyna, nə tor qursan, yaxşı qur,

Ovun nə söz haqqı var ki, səyyad, sən deyən olsun.

Sevgini qürur öldürsün, hissi ağıl aparsın,

Bəxti qızlarıma verim, şansı oğul aparsın,

Oyunçu aparammadı, neynək, cığal aparsın,

Nə kitablar ki yazmışdım, cır at, sən deyən olsun.

***

Küləkdi, qardı, çovğundu,

Yağışdı burdan o yana.

Yalvarıram, gəl qayıdaq,

Tanışdı burdan o yana.

Gecədi, qaranlıq düşüb,

Vaxt çatıb, vədə yetişib,

Yolumuz dolaşıq düşüb,

Yoxuşdu burdan o yana.

Dur, nəfəsini dər, barı,

Yarıb keçmə adamları,

Biz girişi axtarırıq,

Çıxışdı burdan o yana...

# 3590 dəfə oxunub

Oxşar xəbərlər

AYB-nin Yaradıcılıq Evi  yaxın günlərdə fəaliyyətə başlayacaq

AYB-nin Yaradıcılıq Evi yaxın günlərdə fəaliyyətə başlayacaq

16:07 18 dekabr 2025
Adil Kərimli Nəriman Həsənzadəni xəstəxanada ziyarət etdi

Adil Kərimli Nəriman Həsənzadəni xəstəxanada ziyarət etdi

15:53 18 dekabr 2025
Şimali Kiprə həsr edilmiş rəsm əsərləri nümayiş olundu

Şimali Kiprə həsr edilmiş rəsm əsərləri nümayiş olundu

15:42 18 dekabr 2025
"Məni sevirlərsə, Nərimanı təhqir etməsinlər" - Sığınacaqdakı Əkbərlə müsahibə

"Məni sevirlərsə, Nərimanı təhqir etməsinlər" - Sığınacaqdakı Əkbərlə müsahibə

15:12 18 dekabr 2025
Məcnunu yandırıb-yaxan, Kərəmi alışdıran səs - Fəxri adı olmayan Qulu Əsgərov

Məcnunu yandırıb-yaxan, Kərəmi alışdıran səs - Fəxri adı olmayan Qulu Əsgərov

14:29 18 dekabr 2025
Yeşilçamın “pis adamı” danışdı: Coşkun Göğen niyə seriallarda çəkilmir?

Yeşilçamın “pis adamı” danışdı: Coşkun Göğen niyə seriallarda çəkilmir?

13:44 18 dekabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər