Günay Əfəndiyeva Qazaxıstanın Milli Kitabxanasında

Günay Əfəndiyeva Qazaxıstanın Milli Kitabxanasında
21 fevral 2018
# 13:18

Qazaxıstanın Astana şəhərində səfərdə olan Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə silsilə tədbirlərdə iştirak edəcək. Kulis.azın məlumatına görə G.Əfəndiyeva səfər çərçivəsində Qazaxıstan Milli Akademik Kitabxanasının baş direktoru Umutkan Munalbayeva ilə görüşüb.

Görüşdə Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədov da iştirak edib.

Günay Əfəndiyeva bildirib ki, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prioriteti türk dünyasının sahib olduğu mədəni irsi qoruyaraq, araşdıraraq, dünyada tanıdaraq və gələcək nəsillərə miras qoyaraq özümüzə qaytarmaqdır. O, türkdilli xalqların dünya tarixində və mədəniyyətində əhəmiyyətli rol oynadığını, türkdilli dövlətlərin və xalqların ümumi tarixi köklərə, ortaq zəngin irsə, dilə, incəsənətə, ədəbiyyata, adət-ənənələrə, milli mənəvi dəyərlərə malik olduğunu qeyd edib.

G.Əfəndiyeva Fondun yeni yaradılmasına baxmayaraq, türk tarixi və mədəniyyəti ilə bağlı bir sıra layihələr üzərində işlədiyini qeyd edib. Bildirib ki, bu layihələrdən biri də “Koroğlu” dastanının çap edilməsidir. Üzv ölkələrin hər birinin özünə xas tarixi və ədəbi variantı var. Fondun prezidenti mart ayının sonunda hazır olacaq “Fəlsəfi türk düşüncələri antologiyası” layihəsi haqqında da ətraflı danışıb. Qeyd edib ki, layihənin mart ayında Bakıda, sonra Astanada təqdimatının keçirilməsi nəzərdə tutulur. O, kitabxanada üzv ölkələrin guşəsinin yaradılmasını da təklif edib.

“Türk dünyası qadın şairələrinin antologiyası” ideyası üzərində də işlədiyini vurğulayan Günay Əfəndiyeva deyib ki, Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin latın qrafikalı qazax əlifbasının yeni versiyasını təsdiqləyən fərmanı da türkdilli ölkələrin yaxınlaşmasına, ümumi dildə danışmasına imkan verəcək.

Qazaxıstan Milli Akademik Kitabxanasının baş direktoru Umutkan Munalbayeva iki ölkənin kitabxanaları arasında əməkdaşlığın daha da genişləndirilməsində maraqlı olduqlarını bildirib. Türk xalqları haqda sənədli və bədii filmlərin çəkilməsini təklif edən kitabxananın baş direktoru təbliğatın daha da artırılmasının önəmini qeyd edib.

Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədov Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun türkdilli xalqların tarixi-mədəni irsinin qorunması və təşviqinə dair fəaliyyətindən söz açıb, Fondun fəaliyyətinin genişləndirilməsində üzv ölkələrin dəstək olmasının, əlaqələrin gücləndirilməsinin vacibliyini vurğulayıb. Səfir ümumtürk mədəniyyətinin dünya mədəniyyətinə böyük töhfələr verdiyini, türkdilli xalqların dahi şəxsiyyətlərinin - mütəfəkkirlərinin, yazıçılarının, şairlərinin, alimlərinin bəşəri nailiyyətlər qazandıqlarını bildirib.

Görüş zamanı Milli Akademik Kitabxana ilə tanış olan Fondun prezidentinə “Qazax xanlığı 550 illik” kitabı hədiyyə verilib.

Günay Əfəndiyeva latın dilində çap olunmuş “Nursultan Nazarbayev. Həyat yolu” kitabını kitabxanaya bağışlayıb.

# 1309 dəfə oxunub

Oxşar xəbərlər

Pezeşkian Bakıda bu şeiri dedi - Video

Pezeşkian Bakıda bu şeiri dedi - Video

20:53 28 aprel 2025
"Baku Flames Beynəlxalq Yaradıcılıq və Effektivlik Festivalı" keçiriləcək

"Baku Flames Beynəlxalq Yaradıcılıq və Effektivlik Festivalı" keçiriləcək

18:30 28 aprel 2025
"The Mayhem Ball" başladı

"The Mayhem Ball" başladı

16:35 28 aprel 2025
İranla qarşılıqlı mədəniyyət günləri keçiriləcək

İranla qarşılıqlı mədəniyyət günləri keçiriləcək

16:15 28 aprel 2025
Bahəddin Həzi - 60

Bahəddin Həzi - 60

14:30 28 aprel 2025
Heydər məscidinə memarlıq abidəsi statusu verildi

Heydər məscidinə memarlıq abidəsi statusu verildi

14:15 28 aprel 2025
#
#
# # #