Xəyanəti bağışlamaq olarmı? – Xanımlar danışdı

Xəyanəti bağışlamaq olarmı? – Xanımlar danışdı
28 avqust 2019
# 15:33

Son zamanlar xəyanət mövzusu müzakirələrə səbəb olub. Xəyanətə münasibətiniz necədir? Xəyanət cəmiyyətdə necə tənzimlənməlidir? Xəyanətə münasibət necə olmalıdır? Müxtəlif cəza tətbiq edənlər var xəyanət üstündə. Qadın və kişi xəyanətinin fərqi varmı?

Kulis.az bu münasibətlə sorğu keçirib. Cavabları təqdim edirik.

Ülvira Qarayeva:

Image result for ülvira qarayeva kulis.az

- İstənilən qətlə çağırış cəmiyyətdə aqressiyanın artırılması deməkdi. İnsanın mövqeyindən, şəxsi həyatından asılı olmayaraq. Mediya sifətləri verdikləri mesajlarda diqqətli olmalıdır, sıravi insanın fikri yüz nəfərə çatırsa, tanınmışların fikri milyonlara çatır. Xüsusən də qadınlara dair, onları cəzalandırmağa dair çağırışlar təhlükəlidir, çünki bu səpkili vahiməli cinayətlər həyatımızın tərkib hissəsidir. Beyni qan olan insan məşhurların mesajlarında özünə bəhanə tapmamalıdır. Hesab edirəm ki, aqressiya doğuran çağırışlara ictimai rəy tutarlı cavab verməlidir.

Rəbiqə Nazimqızı:

- Bütün xəyanətlərə dair belə deyə bilərəm: xəyanət faktı olubsa, heç nə onu dəyişdirmir, istəyirsən öldür, istəyirsən, bağışla. Bu halda ən yaxşısı, münasibətləri kəsməkdir - yəni ayrılmaq.

Bilmirəm, mən ümumiyyətlə, qadın, ya kişiyə bölməyin əleyhinəyəm insanları və eyni zaman kəsiyində, bir münasibət bitməmiş ikinciyə başlamaq mənim üçün çox ağır cinayətdir.

Elnaz Eyvaz:

- Mənim üçün insan anlayışı cins anlayışından çox üstündür. Əslində, danışanda deyirik, məsələn, filan şey kişiyə yaraşmaz, kişi filan işi tutmaz və sair. Burda da kişi sözünü insan kimi anlayıram.

Bir insanla yaşayıb başqasını düşünmək ilk növbədə, artıq insanın özünə xəyanətdir, özünü aldatmaqdır. Düşüncəsində başqasının, cismən başqasının yanında olmaq bədənlə edilən xəyanətdən daha ağırdır. Tənzimləmək deyirsiniz, biz adamların nəyəsə münasibətini, düşüncəsini nə tənzimləyə bilərik, nə də buna borcluyuq. Hərə öz bildiyini düzgün hesab edir, belə də olacaq. Məsələn, mən niyə içimdə, beynimdə bitirdiyim adamın yanında qalıram ki, sabah xəyanət etmiş də olum, deyə düşünürəm.

O ki qaldı öldürməyə, asmağa, kəsməyə, təbii ki, bunun əleyhinəyəm. Burax getsin davam etsin. Məni sevməyən, yaxud mənim sevmədiyim adamın yanımda nə işi var ki, sonra da onu öldürməyi düşünüm? Zatən insanlarla münasibətini düzgün qurub yaşaya bilməyən, nə istədiyini ayırd edə bilməyən adam ölmüş kimidir.

Belə də, qadının başını kəsməyi qeyrət əlaməti hesab edən kişinin qadını onun yanında, onun yatağında olar, başqasının yox. Özünü sevdirə bilməyən, qadına sahib çıxa bilməyən kişi niyə öncə özü ölmür ki?”

Sevinc Elsevər:

- Xəyanətin cinsi yoxdu. Xəyanət xəyanətdi. Xəyanətə görə qadını öldürmək, hansısa cəza vermək bizim cəmiyyətimizdə təəssüf ki, yayğındı. Heç kim arzulamaz ki, ona xəyanət etsinlər. Hələ sevdiyi kişi və ya qadının xəyanətini heç kim istəməz. Bu, olduqca dəhşətli yaradı. Bu dəhşətli yaradan hərə bir vəziyyətə düşür. Kimi qəzəb hislərilə sevdiyi adamı öldürür, kimi özünü öldürür, kimi araya girən üçüncü adamı. Məsələ ondadır ki, Şərq kişisi çox vaxt mental tələblərin təsiri ilə hərəkət edir. Köhnə dəyərlərin diqtəsi ilə. İnsanların normal münasibətlər qurduğu normal ölkələrdə mənə elə gəlir xəyanət daha az olur. Xəyanətlər ən çox bizim cəmiyyətimiz kimi qapalı, mühafizəkar cəmiyyətlərdə baş verir. Sevgi bitdisə də adamlar ailəni dağıtmamağa çalışırlar. Uşaqların xətrinə, başqaları nə deyər fikri ilə yaşamağa davam edirlər. Nəhayətdə, ya kişi, ya qadın bir gün ürəyinin səsinə qulaq verir, xəyanət edir. Əvəzini də çox vaxt ağır ödəyir. Bizim ölkədə də kişi-qadın münasibətləri normal olsa, xəyanətlər daha azalar. Qadın və ya kişi istənilən vaxt münasibəti bitirib, gedə bilər. Sadə könül məsələlərini insanlar ölüb-öldürmək məsələsinə çevirməzlər.

Fəridə Zero:

- Mənim fikrimcə, xəyanət münasibətlərdə qırılma nöqtəsi ola bilər və ya bağışlana bilər, amma əsla və əsla kimisə xəyanətə görə qarşı tərəfi öldürməsi sadəcə barbarlıq, vəhşilik, dəhşətdir. Ümumiyyətlə, səbəb nə olursa-olsun bir insanı qətlə yetirmək amansızdır. Qadın xəyanətini niyə tənzimləmək lazımdır ki?! Yəni, kişilər xəyanət edə bilər, qadın edirsə mütləq narahat olub, tənzimləmək lazımdır?!

# 21289 dəfə oxunub

Oxşar xəbərlər

İranda hicabsız konsert verən müğənni saxlanıldı

İranda hicabsız konsert verən müğənni saxlanıldı

14:10 14 dekabr 2024
Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

13:23 14 dekabr 2024
İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

12:00 14 dekabr 2024
Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

11:24 14 dekabr 2024
Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

18:40 13 dekabr 2024
Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

17:00 13 dekabr 2024
# # #