Rəssamlarımız Beynəlxalq rəsm festivalında - Fotolar

Rəssamlarımız Beynəlxalq rəsm festivalında - <span style="color:red;">Fotolar
6 noyabr 2019
# 17:40

Türkiyənin Fethiye bölgəsində noyabrın 1-dən başlanan və 8-dək davam edəcək “II Dənizlərimiz və Rənglərimiz” adlı Beynəlxalq Rəsm Plener-Festivalı davam edir.

Kulis.az-ın verdiyi xəbərə görə, Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin üzvləri həmin festivalda iştirak edir.

Egey və Ağ dəniz sularında iki hissəli olaraq keçirilən festivalda Azərbaycanı, eləcədə onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının Rəssamlar Birliyinin sədri, Azərbaycanın əməkdar rəssamı Ülviyyə Həmzəyeva, Naxçıvan Dövlət Universitetinin “Təsviri İncəsənət” kafedrasının müdiri, Naxçıvanın əməkdar rəssamı Həbibə Allahverdiyeva, Heydər Əliyev Uşaq Yaradıcılıq Mərkəzinin direktoru, Rəssamlar Birliyinin üzvü Murad Nurlu, Naxçıvan Rəssamlar Birliyinin üzvləri Arzu Novruzov, Həbib Allahverdiyev, Bakı şəhərindən rəssam-keramikaçı Ramiz Abbasov və rəssam-heykəltaraş, musiqiçi Vədut Muəzzin təmsil edir.

Festivalın əsas hissəsi dənizdə keçirildiyindən, iştirakçılar iki gəmidə həm plenar ediblər, həm xüsusi olaraq dəniz altında plenar etmək üçün məşqlər keçiblər. Məşqlər 2 günlük, çox dərin məsafədə olmamaq şərti ilə professional dalğıclar tərəfindən keçirildikdən sonra, növbəti günlər su altında xüsusi kətanlar üzərində yağlı boyalarla əsərlər çəkilib.

Rəssamlarımızın gərgin iş prosesinə baxmayaraq, rəssam dostların əhatəsində 9 Noyabr "Dövlət Bayraq günü"nü də qeyd edərək foto vasitəsi ilə əbədiləşdiriblər.

Qeyd edək ki, Azərbaycanlı rəssamlar su üstündə və dəniz altında ümumilikdə 25 əsər işləyiblər.

# 5392 dəfə oxunub

Oxşar xəbərlər

Buxaranın daş yaddaşı: əsrlərdən gələn Azərbaycan izi - Reportaj

Buxaranın daş yaddaşı: əsrlərdən gələn Azərbaycan izi - Reportaj

18:20 25 avqust 2026
Milli Kitabxanada “Beynəlxalq Azərbaycan Muğamı Günü” sərgisi

Milli Kitabxanada “Beynəlxalq Azərbaycan Muğamı Günü” sərgisi

17:50 25 avqust 2026
Məşhur serialın çəkilişləri başladı

Məşhur serialın çəkilişləri başladı

17:30 25 avqust 2026
Məşhur repçinin Rusiya konserti təxirə salına bilər

Məşhur repçinin Rusiya konserti təxirə salına bilər

17:00 25 avqust 2026
Türkiyədə 11 min illik heykəl tapıldı

Türkiyədə 11 min illik heykəl tapıldı

16:30 25 avqust 2026
Mühasirədən qalan çörək, Afrika maskaları, tarakanlar... - Dahilərin qəribə kolleksiyaları

Mühasirədən qalan çörək, Afrika maskaları, tarakanlar... - Dahilərin qəribə kolleksiyaları

15:30 25 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər