VIII “Muğam” müsabiqəsinin qalibləri müəyyən oldu

VIII “Muğam” müsabiqəsinin qalibləri müəyyən oldu
6 avqust 2022
# 09:58

Şuşada keçirilən VIII “Muğam” Televiziya Müsabiqəsinin qalibləri müəyyənləşib.

APA xəbər verir ki, müsabiqəsinin final konsert proqramında mədəniyyət naziri Anar Kərimov, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, eyni zamanda, mədəniyyət və incəsənət xadimləri, görkəmli xanəndə və musiqiçilər iştirak edib.

Konsert proqramı Vətən müharibəsi şəhidlərinin ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Sonra Xalq artisti Mənsum İbrahimovun ifası ilə final konsert proqramı açıq elan edilib.

Daha sonra müsabiqənin finalçıları çıxış edib. Çıxışlar bitdikdən sonra qaliblər müəyyənləşib:

Azyaşlı qrup üzrə üçüncü yerin qalibi Sabir Ağayev, ikinci yerin qalibi Fatimə Kərimova, birinci yerin qalibi isə Həzrət Əzizli olub.

Gənc xanəndələr arasında isə Daşqın Kürçaylı və Vüqar Əbilov üçüncü yer, Ülkər Abdullayeva və Aynur Həsənxanova ikinci yerin qalibi seçiliblər.

Birinci yerin qalibi isə Fuad Əzizzadə olub.

Məftun Səfərli və Pedram Rəncbər isə həvəsləndirici mükafatla təltif edilib.

***

16:06

Şuşada VIII “Muğam” Televiziya Müsabiqəsinin final mərasimi keçirilir.

APA xəbər verir ki, Heydər Əliyev Fondunun dəstəyi, Mədəniyyət Nazirliyi və Azərbaycan Televiziyasının təşkilatçılığı ilə keçirilən müsabiqənin final mərasimində mədəniyyət naziri Anar Kərimov, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, eyni zamanda, tanınmış sənət adamları, mədəniyyət və incəsənət xadimləri iştirak edir.

Müsabiqənin finalı Bülbülün ev-muzeyinin həyətində təşkil edilir.

Qeyd edək ki, müsabiqənin seçim turları aprelin 9-da başlanıb, Ağdam, Füzuli və digər işğaldan azad olunmuş ərazilər başda olmaqla bütün regionları əhatə edib. Yarışma mayın 10-da start götürüb. Müsabiqə üç ay müddətində həftədə iki dəfə olmaqla Azərbaycan Televiziyası və “Mədəniyyət” kanalı vasitəsilə canlı yayımlanıb.

2005-ci ildən etibarən keçirilən “Muğam” müsabiqəsinin builki özəlliyi yarışmaya azyaşlı muğam ifaçılarının da qatılması və mükafatlar uğrunda mübarizə aparmasıdır.

Xatırladaq ki, sabah Cıdır düzündə qala-konsert təşkil olunacaq. Qala-konsertdə bu günədək keçirilən səkkiz “Muğam” müsabiqəsinin qalib və mükafatçıları çıxış edəcəklər. İfalar müsabiqənin keçirildiyi illər üzrə duet şəklində təqdim olunacaq.

# 2990 dəfə oxunub

Oxşar xəbərlər

Pezeşkian Bakıda bu şeiri dedi - Video

Pezeşkian Bakıda bu şeiri dedi - Video

20:53 28 aprel 2025
"Baku Flames Beynəlxalq Yaradıcılıq və Effektivlik Festivalı" keçiriləcək

"Baku Flames Beynəlxalq Yaradıcılıq və Effektivlik Festivalı" keçiriləcək

18:30 28 aprel 2025
"The Mayhem Ball" başladı

"The Mayhem Ball" başladı

16:35 28 aprel 2025
İranla qarşılıqlı mədəniyyət günləri keçiriləcək

İranla qarşılıqlı mədəniyyət günləri keçiriləcək

16:15 28 aprel 2025
Bahəddin Həzi - 60

Bahəddin Həzi - 60

14:30 28 aprel 2025
Heydər məscidinə memarlıq abidəsi statusu verildi

Heydər məscidinə memarlıq abidəsi statusu verildi

14:15 28 aprel 2025
#
#
# # #