“Uşaq teatr festivalı”nın qalibləri mükafatlandırıldı

“Uşaq teatr festivalı”nın qalibləri mükafatlandırıldı
9 iyun 2022
# 14:20

Azərbaycan Teatr Xadimləri İttifaqı (ATXİ) kiçikyaşlı uşaqların rəngli dünyasına qucaq açmaqla teatrın, səhnənin ecazkar gücünü bir də şirin-şəkər fidanların simasında isbat edib. Mərasim “Bağçam” uşaq bağçaları şəbəkəsinin təşkilatçılığı ilə keçirilən “Uşaq teatr festivalı”nın yekununa həsr olunub.

Kulis.az xəbər verir ki, uşaqların bədii təfəkkürünün, ünsiyyət və özünüifadə bacarığının, eləcə də estetik yaradıcı təxəyyülünün inkişaf etdirilməsi məqsədilə reallaşan festivala ümumilikdə 6 tamaşa təqdim olunub. Altı ay ərzində ərsəyə gələn bu tamaşaların nümayişçiləri 4-6 yaşlı uşaqlardır.

Bütün səhnə nümunələrinin quruluşu Dövlət Gənc Tamaşaçılar Teatrının rejissoru Elşad Rəhimzadə tərəfindən aparılıb. Nümunələr ATXİ-də təşkil olunan münsiflər heyəti tərəfindən baxış keçirilərək qiymətləndirilib.

İlk festivalın mükafatlandırma mərasimi uşaqların rəngarəng ifaları ilə də yadda qaldı. Seçilən nümunələrin hər birindən ən yaddaqalan səhnəciklər ittifaqın foyesində göstərildi.

Sonra tədbir seçilən qrupların və onların yetirmələrinin mükafatlandırılması ilə davam edib.

ATXİ-nin sədr müavini, Xalq artisti Hacı İsmayılov, Xalq artisti İlham Namiq Kamal, Əməkdar artistlər Rasim Cəfər, Elnur Hüseynov və başqa çıxış edənlər balacaların teatra, sənətə sevgi ilə böyüməsində, teatra maraqlı tamaşaçı kimi yetişməsində bu kimi tədbirlərin xüsusi əhəmiyyətə malik olduğunu dedilər, təşkilatçılara təşəkkür etdilər.

Sonra müvafiq nominasiyalar üzrə qiymətləndirmə oldu. “Ən yaxşı tamaşa nümayişi”, “İlin aktyoru”, “İlin aktrisası” nominasiyalarında kollektivlər və azyaşlılar fəxri fərmanlarla təltif olundular.

# 2351 dəfə oxunub

Oxşar xəbərlər

Buxaranın daş yaddaşı: əsrlərdən gələn Azərbaycan izi - Reportaj

Buxaranın daş yaddaşı: əsrlərdən gələn Azərbaycan izi - Reportaj

18:20 25 avqust 2026
Milli Kitabxanada “Beynəlxalq Azərbaycan Muğamı Günü” sərgisi

Milli Kitabxanada “Beynəlxalq Azərbaycan Muğamı Günü” sərgisi

17:50 25 avqust 2026
Məşhur serialın çəkilişləri başladı

Məşhur serialın çəkilişləri başladı

17:30 25 avqust 2026
Məşhur repçinin Rusiya konserti təxirə salına bilər

Məşhur repçinin Rusiya konserti təxirə salına bilər

17:00 25 avqust 2026
Türkiyədə 11 min illik heykəl tapıldı

Türkiyədə 11 min illik heykəl tapıldı

16:30 25 avqust 2026
Mühasirədən qalan çörək, Afrika maskaları, tarakanlar... - Dahilərin qəribə kolleksiyaları

Mühasirədən qalan çörək, Afrika maskaları, tarakanlar... - Dahilərin qəribə kolleksiyaları

15:30 25 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər