Televiziyalara işarət dili tələbi

Televiziyalara işarət dili  tələbi
11 aprel 2025
# 12:25

Əlilliyi olan şəxslərin məlumat əldə etməsinin təmin olunması qaydası müəyyənləşir.

Kulis.az xəbər verir ki, bu, bu gün Milli Məclisin iclasında müzakirəyə çıxarılan "Əlilliyi olan şəxslərin hüquqları haqqında" qanuna təklif edilən yeni – 12-1-ci maddədə əksini tapıb.

Layihəyə əsasən, dövlət əlilliyi olan şəxslərin məlumat əldə etmək hüququna təminat verir. Azərbaycan Respublikasının dövlət dilinin şifahi formada istifadəsi zamanı eşitmə qabiliyyəti tam məhdud olan şəxslər üçün Azərbaycan işarət dili ünsiyyət dili kimi rəsmi tanınır. Dövlət büdcəsindən maliyyələşən, habelə ictimai yayımçı statusuna malik olan ümumölkə yerüstü televiziya yayımçıları praym-taym zamanı yayımladıqları informasiya xarakterli proqramlarının Azərbaycan işarət dilinin tərcüməsi ilə müşayiət olunmasını təmin edirlər. Azərbaycan işarət dilinin tərcüməsini müvafiq təhsilə və ixtisasa malik olan şəxslər həyata keçirirlər. Dövlət tərəfindən audiovizual əsərlərin subtitrləşdirilməsi təşviq edilir.

Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.

# 1407 dəfə oxunub

Oxşar xəbərlər

Azərbaycan xalçaçıları “Tərəqqi” medalı ilə təltif edildi

Azərbaycan xalçaçıları “Tərəqqi” medalı ilə təltif edildi

17:10 4 may 2026
“Space” televiziyasına yeni direktor təyin edildi

“Space” televiziyasına yeni direktor təyin edildi

16:13 4 may 2026
Bəstəkarlar İttifaqına yeni mətbuat katibi təyin olundu

Bəstəkarlar İttifaqına yeni mətbuat katibi təyin olundu

15:54 4 may 2026
Şəfa əvəzinə aqressiya...- Qarşılıqlı həkim - pasiyent münaqişələri bizə nə verəcək?

Şəfa əvəzinə aqressiya...- Qarşılıqlı həkim - pasiyent münaqişələri bizə nə verəcək?

15:30 4 may 2026
Günəş Mehdizadənin əri vəfat etdi

Günəş Mehdizadənin əri vəfat etdi

15:10 4 may 2026
Moskvada Azərbaycan musiqisi müsabiqəsinə start verildi

Moskvada Azərbaycan musiqisi müsabiqəsinə start verildi

15:02 4 may 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər